• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 26-da Təhsil Nazirliyi tərəfindən keçirilən V “Elektron Təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon təhsil şöbələrinin rəsmiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov artıq 5-ci ildir keçirilən müsabiqəyə marağın böyük olduğunu bildirib. Ümumilikdə 1104 layihənin təqdim olunduğu müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) qeydiyyatdan keçmiş 6930 müəllim, 1877 tələbə, 5349 şagird və 638 valideyn layihələrin onlayn müzakirəsində iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini genişləndirmək, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqə 3 əsas istiqamət və 7 nominasiya üzrə təşkil olunub. Yüksək bal toplayan namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini nümayiş etdiriblər. Son nəticədə 21 nəfər qalib elan olunub. 47 nəfərin işi isə fərqləndirilib. Qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub. Fərqlənən iştirakçılara da müxtəlif hədiyyələr verilib. Müsabiqənin keçirilməsinə “AZEDUNET”, “Edumedia”, “Ultra”, “Mədəd Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Nar Mobile” və “Dr.Web” şirkətləri sponsorluq edib.

Dekabrın 26-da Təhsil Nazirliyində 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının məsul əməkdaşları, şəhər, rayon təhsil idarə və şöbələrinin nümayəndələri, eləcə də nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktor müavinləri iştirak edib. Tədbirdə Təşkilat Komitəsinin üzvləri 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçim turlarının təşkili və keçirilməsi məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan məktəblilərindən ibarət milli komandaya namizədlərin seçim turları 3 mərhələdən ibarətdir. Seçim turlarında X-XI sinif şagirdləri iştirak edəcəklər. İlk seçim turu 18 yanvar 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Rayon turunun nəticələrinə əsasən, zona turunda iştirak edəcək şagirdlər M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən müəyyən ediləcək. Müşavirədə 47-ci Beynəlxalq Kimya Olimpiadasının seçim turlarının təşkili və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə bu işə məsul olan şəxslərə tövsiyə və tapşırıqlar verilib. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar. Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən 47-ci Beynəlxalq Kimya Olimpiadasının 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb. Dünyanın 80-ə yaxın ölkəsinin iştirakı nəzərdə tutulan 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakı şəhərində keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.   47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/)  istifadəyə verilib.

"Dövlət Proqramı tələbələrimiz üçün çox böyük kömək və qayğıdır"

Avstraliyanın La Trobe Universitetində bakalavr təhsili alan Kənan İzzətlə söhbət                   Kənan İzzət 1996-cı il aprelin 25-də Bakı şəhərində anadan olub. 2002-ci ildə Bakıdakı 160 nömrəli klassik gimnaziyanın I sinfinə gedib.   Peşəkar şahmatçı, gənclər üzrə milli yığmamızın üzvü olaraq respublika, Avropa və dünya şahmat yarışlarında ölkəmizi təmsil edib. Müxtəlif səviyyəli yarışlara hazırlıqla əlaqədar VII sinifdən təhsilini 219 nömrəli evdə məktəbdə davam etdirib, 2013-cü ildə bu məktəbin məzunu olub.   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Melburn şəhərindəki La Trobe Universitetində nanotexnologiya ixtisası üzrə bakalavr təhsili alır.    Bu günlərdə Kənan uzaq Avstraliyada daha bir uğura imza atıb. Adelaida şəhərində Avstraliyanın gənc şahmat ustaları arasında keçirilən (Australian Young Masters) yarışda ölkə üzrə I yeri tutub. İndi təhsil aldığı universitetdə hər kəs Kənandan, azərbaycanlı tələbənin uğurlarından bəhs edir.   Yerli mətbuat isə uzaq Avstraliyada Azərbaycan bayrağını yüksəldən Kənanın öz rəqiblərinə qarşı yüksək texniki ustalıq nümayiş etdirməsindən yazır. Kənanla söhbətimizə orta məktəbdən, ilk təhsil illərindən, ilk uğurlardan başladıq.   - Uşaqlıqdan riyazi fənlərə daha çox üstünlük verirdim. IV sinifdə oxuyarkən Səbail rayonu üzrə keçirilən riyaziyyat fənn olimpiadasının qalibi oldum. Məktəb illərində daha çox şahmatla maraqlanırdım və buna görə də vaxtımın böyük hissəsi şahmat oyununa yönəlmişdi və bu da tezliklə öz bəhrəsini verdi. 2010-cu ildə Yunanıstanın Halkidiki şəhərində keçirilən gənclər arasında Dünya çempionatında 1-ci yerə, 2011-ci ildə Bolqarıstanın Albena şəhərində keçirilən Avropa çempionatında 2-ci yerə, həmin ildə Polşanın Krakov şəhərində keçirilən Dünya çempionatında da 2-ci yerə layiq görüldüm. Beynəlxalq usta titulunun sahibiyəm. - Bəs necə oldu ki, xaricdə təhsil almağa qərar verdiniz? - Xaricdə oxumaq məncə hər kəsin bir arzusudur. Səmimi desək, xaricdə təhsil almaq barədə qərarım, demək olar ki, bir ay içində tamamlandı. Artıq I ixtisas qrupu üzrə imtahanlara hazırlaşırdım və evdə qonaqlar olarkən sadəcə xaricdə oxumaqla bağlı söhbət açıldı və hamı məni dəstəklədi, uğur qazanacağımı, sadəcə çalışmaq lazım gəldiyini söylədilər. Valideynlərim də həmçinin mənə dəstək oldular və məni çalışmağa həvəsləndirdilər. Sözün düzü, Dövlət Proqramından keçmək şansımı az qiymətləndirirdim. Lakin prosesdə iştirak etməyə qərar verdim. Dediyim kimi, uşaqlıqdan riyazi fənlərə sevgim var idi, lakin ondan da böyük sevgim kainatın sirləri ilə bağlı idi. Uşaqlıq illərimdə həmişə xəyallar qururdum ki, kainatın sirlərini açıb digər intelligent varlıqlarla kontakt yaratmaq mümkün olacaq və beləcə də həyatımızı tamamilə dəyişdirən qlobal dönüşlər baş verəcək. Buna görə də internetdə kosmosla bağlı verilişlərə çox baxırdım və alimlər tərəfindən belə bir elmi fikir irəli sürülmüşdü ki, əgər molekulların fiziki və kimyəvi əlaqələri kiçicik miqyasda dərk edilsə, bu kəşf kainatın sirlərinin açılmasında irəliyə doğru böyük bir addım olacaq. Buna görə də nanotexnologiya fakültəsini seçdim, bildiyiniz kimi, "nano" çox kiçik deməkdir və ümid edirəm ki, mənim də kainatın sirlərinin açılmasında gələcəkdə hansısa köməyim olacaq. - Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız? - Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesini doğrudan da çox bəyəndim. İlk dəfə sənədləri təqdim etmək üçün Təhsil Nazirliyinə gedəndə uzun bir sıra gördüm, onlar da müsabiqədə iştirak edən tələbələr idi.   Hər kəsin öz xüsusi təyin edilmiş vaxtı var idi və bu vaxt 15 dəqiqədən   çox vaxt aparmır. Sıra mənə çatdıqda müsahibə kabinetinə daxil oldum və rəsmi surətdə qarşılandım. Çatışmayan sənədlərim haqqında məlumat aldım və onları necə əldə etməli olduğuma dair informasiya ilə təmin olundum. Sənədlərim qaydasına düşəndən sonra mənə müsahibə tarixi təyin olundu. Çox həyəcanlı idim, bu mərhələni keçəcəyimə inanmırdım. Müsahibəyə vaxtında gəldim və təyin olunmuş vaxtda   məni müsabiqə otağına dəvət etmələri mənə çox xoş gəldi. Təhsil Nazirliyi nümayəndələrinin gülərüz davranışları nəticəsində özümü bir az rahat hiss etməyə başladım. Ən çox bəyəndiyim o oldu ki, suallar tamamilə təhsil aldığım fakültə, ölkə ilə əlaqədar idi  və sərbəst bir şəkildə verilirdi. Demək istədiyim odur ki, verilən suallardan və alınan cavablardan   tələbənin nə dərəcədə xaricdə oxumağa hazır olduğunu və yaxud biliklərinin buna uyğun olub-olmadığını asanlıqla müəyyən etmək olardı. Dövlət Proqramı həqiqətən də tələbələrimiz üçün çox böyük kömək və qayğıdır. Hər bir xırda detalın rəsmi olması, hər bir prosesin tələbələrə aydın başa salınması, məlumatların və seçim prosesinin vaxt amili ilə tam üst-üstə düşməsi və aşkarlığın təmin olunması bu işin professional şəkildə təşkilinə dəlalət edir. - Tələbə həyatınız necə keçir? - Tələbə həyatım çox maraqlı keçir, dərslər vaxtımın böyük hissəsini alsa da, dostlarıma və sevdiyim əyləncələrə vaxt tapa bilirəm. Belə ki, yaşadığım Melburn şəhəri Böyük Britaniyanın Quacquarelli Symonds (QS) kompaniyasının 2014-cü il versiyasına görə dünyanın ən yaxşı tələbə şəhəri statusunu daşıyır, ona görə də burada tələbələrin öz asudə vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait mövcuddur. Şahmatçı olduğuma görə adətən şahmat yarışlarında iştirak edirəm, belə ki şahmat üzrə Viktoriya ştatının çempionatında qalib gəldim və burada keçirilən bir çox digər yarışların qalibi olmuşam. Mənim üçün adaptasiya prosesi çox tez keçdi, yəqin ki, bundan əvvəl də yarışlarla əlaqədar çox ölkədə olduğum üçün müxtəlif iqlim və şəraitə tez öyrəşdim. Yaşadığım şəhər çox gözəldir, insanları doğrudan da diqqətcil və mehribandırlar, burada çox şən və azad mühit var. Yeganə bir mənfi cəhət varsa, o da qiymətlərin çox yüksək olmasıdır. Belə ki, müqayisə üçün, Bakıda aldığımız 20 qəpiklik su burada 3 dollara satılır. - Seçdiyiniz ixtisas barədə nə deyə bilərsiniz? - Oxuduğum ixtisas nə qədər təəccüblü olsa da burada o qədər də populyar deyil. Müqayisə edəndə fakültəmizdə ancaq 100-ə yaxın tələbə var. Halbuki o biri ixtisasların    tədris olunduğu fakültələrdə minlərlə tələbə oxuyur. Buna baxmayaraq, bizə çox güclü mütəxəssislər dərs keçir, hər həftə Avstraliyanın müxtəlif güşələrindən alimlər dəvət olunur ki, nanotexnologiya elmləri haqqında 3 saatlıq seminar keçirilsin. Müəllimlər hər an tələbələrə kömək etməyə hazırdırlar. Yadımdadır, ilk tədris həftəsində bizə esse yazmaq tapşırılmışdı və deyilmişdi ki, internetdəki elmi materiallardan istifadə etmək qadağan deyil. Lakin informasiyanı oxuyub başa düşdüyün kimi yazmalısan, əks halda, plagiatçılıqda ittiham edilə və cəza ala bilərsən. Müəllimlərin bu xəbərdarlığından sonra mən indiyə kimi esse yazanda internet materiallarından minimum dərəcədə istifadə edirəm. - Universitetdə tədris semestri necə təşkil olunur? - Universitetimizdə təhsil 2 yarım semestrə bölünür, belə ki, hər yarım semestrin axırında imtahanlar keçirilir. Ancaq bu imtahanlar tədris olunan fənnin 15-20 faizini təşkil edir. Hər semestrin sonunda isə sessiya imtahanları keçirilir, onlar fənnin 60-70 faizini təşkil edir. Semestr boyu   tələbələrə müxtəlif tapşırıqlar verilir ki, onlar da sonda imtahan nəticələrinə əlavə olunur. Ən böyük əziyyət verən laboratoriya dərsləridir. Həftədə 3 laboratoriya məşğələsi olur, onların da hər biri 3 saat davam edir. Çətinlik barədə danışmaq istəməzdim, lakin 3 saat belə, laboratoriya tapşırıqlarının başa çatdırılmasına kifayət etmir.  - Universitet barədə nə deyə bilərsiniz? - Əsası 1964-cü ildə qoyulmuş La Trobe Universiteti xüsusilə də elm, texnologiya və mühəndislik sahəsində   beynəlxalq nüfuza malikdir. Universitetimizdə, Melburn şəhərinin özündə olduğu kimi, müxtəlif ölkələrdən tələbələr çoxdur. Asiya ölkələrindən tələbələr böyük çoxluq təşkil edir. Tələbələrin bir- birinə münasibəti çox mehribandır, hətta bu dərəcədə gözləməzdim. Belə ki, universitetdə çoxlu tanışlarım və hətta bir neçə yaxşı dostlarım var.  Oxuduğum ixtisas dünya miqyasında da yeni bir profildir. Bu sahə bütün dünya ölkələrindən olan tədqiqatçıların diqqətindədir. Universitetdə oxuduğum təhsil dövründə nanotexnologiya elmində ciddi irəliləyişlər və kəşflər baş verib. Belə ki, artıq xərçəng hüceyrələrinin nanotexnoloji liflərlə (fibre) aşkar olunması üsulu üzərində işlər aparılır. Düşünürəm ki, xaricdə təhsil almaq indi hər bir tələbənin prioritetidir, ancaq bu, sadəcə xaricdə təhsil almaq xatirinə olmamalıdır, gələcək planlar, perspektivlər, aldığın təhsilin nəyə yönəldiləcəyinə və s. amillər təhlil edilməlidir. - Avstraliyada təhsilə münasibət necədir? - Azərbaycandan çox uzaqda yerləşməsinə baxmayaraq, Avstraliya mədəniyyətinə və təhsil ənənələrinə görə demək olar ki, Avropa ölkəsi kimidir. İnsanlar sadə, azad, sosiallaşmağı sevən bir millətdir. Təhsilə böyük dəyər verilir, ancaq universitetdə 30-40 yaşlı bir tələbənin səninlə bir yerdə eyni dərsi öyrənməyini görəndə, yəqin edirsən ki, burada oxumağa hər yaş dövründə ciddi əhəmiyyət verilir. - Azərbaycanı uzaq ölkədə təbliğ edə bilirsinizmi? - Melburnda hardasa 15-20 azərbaycanlı tələbəmiz təhsil alır. Bir-birimizlə sıx əlaqə saxlayır, boş vaxtımız olan kimi görüşürük. Azərbaycanı çalışdığım qədər yüksək səviyyədə təmsil edirəm. Belə ki, iştirak etdiyim yarışlarda 20-yə kimi insan mənə yaxınlaşıb məndən Azərbaycan haqqında məlumat alırdılar. Burada ölkəmizə marağın yüksək olduğunu qeyd edə bilərəm. Bir şeyi də deyə bilərəm ki, Melburnun şahmat dünyasında ölkəmizin adını soruşsanız, 100 faiz tanıyacaqlar. - Gələcək planlarınız...  - Gələcək planlar yenicə bitirdiyim sessiyanın nəticələrindən asılıdır. Yaxşı qiymətlər almağı düşünürəm. Təhsilimin II ilindən fakültəmizdə bölgü baş verəcək. Bionanotexnoloji, kimyəvi-nanotexnoloji və fiziki-nanotexnoloji elmlərdən birini seçməliyəm. Fiziki-nanotexnoloji elmlərə daha çox üstünlük verirəm. Ancaq hələ qəti qərar verməmişəm. Bunu gələn il daha dərindən təhlil edib, gələcək perspektivləri və hansı sahələrə daha böyük tələbat olduğunu nəzərə alıb qərar verəcəyəm.   "Azərbaycan müəllimi" qəzeti

"Ən yaxşı müəllim" müsabiqəsinin iştirakçıları ilə söhbət

 

18 saylı Bakı Peşə Liseyində "2015-ci ilin gənc bərbəri" müsabiqəsinə yekun vurulub.

Müsabiqədə təhsil müəssisəsinin "Bərbər" ixtisasına yiyələnən şagirdləri iştirak ediblər. Öncə peşə bacarıqlarını nümayiş etdirən 14 şagird "2015-ci ilin gənc bərbəri" müsabiqəsinin yekun mərhələsi çərçivəsində təqdimat çıxışları ediblər. Müsabiqədə I, II və III yeri tutan şagirdlərə Fəxri fərman və mükafatlar təqdim olunub. Digər iştirakçılara isə hədiyyələr verilib. Təhsil Nazirliyinin "Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Eldar Studio” şirkəti ilə birgə ”Bərbər” ixtisası üzrə müasir tədris bazası yaradılıb. Burada beynəlxalq səviyyəli bilik və praktik bacarıqları aşılamaqla yeni məzmunlu proqramlar tətbiq olunur. Liseydə müasir məzmun keyfiyyətinə əsaslanan kurikulumlara uyğun kadr hazırlığı prosesi həyata keçirilir.

Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş tədbirlər   "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları əvvəlki illərlə müqayisədə 2014-cü ildə daha tez təsdiq olunub. 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Dövlət Proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib. Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılıb. Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib. Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Sevindirici haldır ki, ilk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb. Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi Qaydalarına bir sıra dəyişikliklər edilib. Müvafiq qaydalara əsasən, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcəkdir: - Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay; - Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay; - Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay. Dövlət Proqramı təqaüdçülərini geniş ictimaiyyətə tanıdan “Gəncliyin uğur formulu” layihəsinə start verilib. Layihə çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin müsahibələri dərc olunur. Azərbaycanlı tələbələr müsahibələrində oxuduqları universitetlərdəki təhsil mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək perspektivlər barədə fikirlərini bildirirlər.

Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) boks üzrə keçirdiyi açıq birincilik yekunlaşıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının boks zalında 2 gün ərzində keçirilən yarışda 83 idmançı iştirak edib. Yarış 11-12 və 13-14 olmaqla, iki yaş qrupunda keçirilib. Birincilik uğrunda mübarizəyə “Təhsil” Respublika İdman Mərkəzinin, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, “İnter” və “Gilan” idman klublarının, Şəki və Sumqayıt Uşaq-Gənclər İdman məktəblərinin yetirmələri qatılıblar. Açılış mərasimində 8 nömrəli İOEUGİM-in direktoru Elvin Məmmədxanov yarışın keçirilməsində məqsədin idmançıların yarış təcrübəsini artırmaqdan ibarət olduğunu deyib. Onun fikrincə, belə yarışlar uşaqların böyük idman mübarizəsinə hazırlaşmasına müsbət təsir edir. Azərbaycan Boks  Federasiyasının rəsmisi, əməkdar məşqçi Tofik Babanlı uşaqların erkən yaşdan idmanla müntəzəm məşğul olmasını yüksək qiymətləndirib. Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yeri 8 nömrəli İOEUGİM-in yetirmələri tutub. II yerə “Gilan”, III yerə “İnter” klublarının komandaları layiq görülüb. Qaliblərə Kubok və medallar təqdim olunub. 

Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası çərçivəsində 2014-cü ildə həyata keçirilmiş tədbirlər

Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfər həmin müəssisələrdə gecələyir. 2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub. Uşaqlara və ailələrə dəstək xidmətlərinin yaradılması, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə, ümumilikdə 589, 2014-cü ildə isə 15 nəfər uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. 2014-cü ildə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 33 nəfər uşaq bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 10 nəfər uşaq (4 nəfər uşağın isə övladlığa götürülməsi ilə bağlı məsələyə hazırda aidiyyəti üzrə rayon məhkəmələrində baxılır) övladlığa verilib. Təhsil Nazirliyinin investisiya proqramına əsasən, Lənkəran şəhərində oğlanlar üçün Ailə tipli kiçik qrup evinin tikintisinə başlanılıb. Həmçinin, Lənkəran şəhər uşaq evinin ləğv edilməsi və onun bazasında Günərzi qayğı mərkəzinin yaradılması ilə bağlı Nazirlər Kabinetinə müvafiq təklif göndərilib. İndiyə qədər bu istiqamətdə həyata keçirilmiş tədbirlər nəticəsində 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli və 3 nömrəli Respublika xüsusi internat məktəbləri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda Bakı şəhərində yerləşən 3 internat məktəbində əsaslı təmir və tikinti işləri yerinə yetirilir. 4 internat məktəbində isə 2015-ci ildə təmir işlərinə başlanması nəzərdə tutulur. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb. İnternat məktəblərinin avadanlıq, geyim və digər resurslarla təchizatı tələbata uyğun olaraq tam yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və muzeylərə, ekskursiyalara aparılması təşkil olunur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sağlamlıq imkanları məhdud uşaqların təhsili üzrə I-IV siniflər üçün yeni tədris proqramları hazırlanıb, həmin siniflər üzrə yeni nəsil dərsliklər və “Loqopedik albom” çap olunub və pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. Ötən tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub. Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar.

Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Məktəblərarası Debat Forumu - 2014” layihəsi həyata keçiriləcək.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir şəhərlərinin orta ümumtəhsil məktəblərində təhsil alan 200-ə yaxın şagirdin iştirakı gözlənilir. Forumun məqsədi debat-təhsil metodologiyası vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil alan şagirdlər arasında sağlam həyat tərzi üzrə maarifləndirmənin aparılmasıdır. Forum iştirakçıları müsabiqə əsasında seçiləcək. Seçilmiş şagirdlərə “sağlam həyat tərzi” mövzusunda təlimlər keçiriləcək, debatın prinsipləri və natiqlik mədəniyyəti öyrədiləcək. Layihə çərçivəsində ölkənin 6 regionu üzrə hər bir şəhərdə 10 komandadan ibarət Debat forumları keçiriləcək. Forumlarda uğurlu nəticə göstərən şagirdlər və qalib komandalar mükafatlandırılacaqlar. Məktəblərarası Debat forumlarının davamlı olaraq keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş cüdo üzrə məktəb birinciliyi keçirilib.

          10-11 və 12-13 yaşlı oğlanlar arasında keçirilən yarışda birinci gün 10 çəki dərəcəsində 120 cüdoçu iştirak edib. Yarışın ikinci günü daha 10 çəki dərəcəsində 90 cüdoçu mübarizəyə qatılıb.            Gərgin mübarizə şəraitində keçən yarışın qalib və mükafatçılarına Təhsil Nazirliyinin diplomları və medallar təqdim olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı