• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 26-da Təhsil Nazirliyində 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin müşavirəsi keçirilib.

Müşavirədə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının məsul əməkdaşları, şəhər, rayon təhsil idarə və şöbələrinin nümayəndələri, eləcə də nazirliyin tabeliyində olan ümumi təhsil müəssisələrinin direktor müavinləri iştirak edib.
Tədbirdə Təşkilat Komitəsinin üzvləri 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçim turlarının təşkili və keçirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd olunub ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək Azərbaycan məktəblilərindən ibarət milli komandaya namizədlərin seçim turları 3 mərhələdən ibarətdir. Seçim turlarında X-XI sinif şagirdləri iştirak edəcəklər. İlk seçim turu 18 yanvar 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Rayon turunun nəticələrinə əsasən, zona turunda iştirak edəcək şagirdlər M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən müəyyən ediləcək.
Müşavirədə 47-ci Beynəlxalq Kimya Olimpiadasının seçim turlarının təşkili və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə bu işə məsul olan şəxslərə tövsiyə və tapşırıqlar verilib.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiya) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsi tərəfindən 47-ci Beynəlxalq Kimya Olimpiadasının 20-29 iyul 2015-ci il tarixlərində Bakı şəhərində keçirilməsi qərara alınıb. Dünyanın 80-ə yaxın ölkəsinin iştirakı nəzərdə tutulan 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakı şəhərində keçirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi qaydaları təsdiq edilib.  
47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/)  istifadəyə verilib.


10 il əvvəl