• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Məktəblərarası Debat Forumu - 2014” layihəsi həyata keçiriləcək.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunan forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir şəhərlərinin orta ümumtəhsil məktəblərində təhsil alan 200-ə yaxın şagirdin iştirakı gözlənilir.
Forumun məqsədi debat-təhsil metodologiyası vasitəsilə Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil alan şagirdlər arasında sağlam həyat tərzi üzrə maarifləndirmənin aparılmasıdır.
Forum iştirakçıları müsabiqə əsasında seçiləcək. Seçilmiş şagirdlərə “sağlam həyat tərzi” mövzusunda təlimlər keçiriləcək, debatın prinsipləri və natiqlik mədəniyyəti öyrədiləcək.
Layihə çərçivəsində ölkənin 6 regionu üzrə hər bir şəhərdə 10 komandadan ibarət Debat forumları keçiriləcək. Forumlarda uğurlu nəticə göstərən şagirdlər və qalib komandalar mükafatlandırılacaqlar.
Məktəblərarası Debat forumlarının davamlı olaraq keçirilməsi planlaşdırılır.


10 il əvvəl