• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) boks üzrə keçirdiyi açıq birincilik yekunlaşıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının boks zalında 2 gün ərzində keçirilən yarışda 83 idmançı iştirak edib. Yarış 11-12 və 13-14 olmaqla, iki yaş qrupunda keçirilib. Birincilik uğrunda mübarizəyə “Təhsil” Respublika İdman Mərkəzinin, 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, “İnter” və “Gilan” idman klublarının, Şəki və Sumqayıt Uşaq-Gənclər İdman məktəblərinin yetirmələri qatılıblar.
Açılış mərasimində 8 nömrəli İOEUGİM-in direktoru Elvin Məmmədxanov yarışın keçirilməsində məqsədin idmançıların yarış təcrübəsini artırmaqdan ibarət olduğunu deyib. Onun fikrincə, belə yarışlar uşaqların böyük idman mübarizəsinə hazırlaşmasına müsbət təsir edir.
Azərbaycan Boks  Federasiyasının rəsmisi, əməkdar məşqçi Tofik Babanlı uşaqların erkən yaşdan idmanla müntəzəm məşğul olmasını yüksək qiymətləndirib.
Gərgin mübarizə şəraitində keçən yarışda komanda hesabında I yeri 8 nömrəli İOEUGİM-in yetirmələri tutub. II yerə “Gilan”, III yerə “İnter” klublarının komandaları layiq görülüb.
Qaliblərə Kubok və medallar təqdim olunub. 


10 il əvvəl