SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan alimlərinin I qurultayı keçirilib.
Qurultay Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub. Dövlət qurumlarının nümayəndələrinin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbir internet üzərindən canlı yayımlanıb. Qurultayda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, Azərbaycan elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. A.Əlizadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan onun ideyalarının və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi və təhsil işçiləri adından qurultay iştirakçılarını salamlayıb. Nazir qeyd edib ki, alimlərin ilk qurultayı ölkəmizin elmi ictimaiyyəti üçün çox əlamətdar bir hadisədir. Hamıya məlumdur ki, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elm və təhsil sahələri həmişə diqqət mərkəzində saxlanılıb. Ölkəmizdə milli elmi elitanın formalaşmasında Azərbaycan Milli Elmlər Akademiyasının önəmli roluu vurğulayan təhsil naziri qurultay münasibətilə Azərbaycan alimlərini, ziyalılarını təbrik edib və onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Müasir dövrdə ölkələrin inkişafının elm və təhsilin səviyyəsi ilə birbaşa bağlı olduğunu söyləyən təhsil naziri bildirib ki, dövlətin inkişaf səviyyəsini ölkənin təbii sərvətlərinin bolluğu deyil, bu sərvətlərin yüksək potensiala malik insan kapitalına çevrilməsi, bilik iqtisadiyyatının formalaşması müəyyən edir. Elmi potensialın qorunub saxlanılmasının, gənc elmi və elmi-pedaqoji kadrların hazırlanmasının əhəmiyyətinə toxunan nazir təhsil sistemində çalışan alim, professor–müəllim heyəti ilə bağlı ətraflı məlumat verib. Ali təhsildə istedadlı gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində görülən işlərə nəzər salan təhsil naziri SABAH qruplarının yaradılmasının əsas məqsədlərindən söhbət açıb, elmi və elmi-pedaqoji kadrların yetişdirilməsi işində xaricdə təhsilin müstəsna roluna diqqət çəkib. Nazir ali təhsilin əsas fəaliyyət istiqamətlərinə aid fundamental və tətbiqi elmi araşdırmaların aparılmasının müxtəlif obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçməsini, elmi işlərin beynəlxalq reytinqli jurnallarda dərc edilməməsini, elmlə tədris, elmlə istehsalat arasında əlaqənin zəifləməsini mənfi hal kimi dəyərləndirib: “Düşünürəm ki, qısa zamanda elmin prioritet inkişaf istiqamətləri müəyyənləşdirilməli, ali təhsil müəssisələrində elmin inkişafı konsepsiyası ortaya qoyulmalıdır. Dünya elminin inkişaf tələblərinə uyğun elmi tədqiqatlarının aparılmasının vahid standartlarını işləyib hazırlamaq məqsədilə universitetlərarası şura yaradılmalıdır”. Təhsil naziri Azərbaycan Milli Elmlər Akademiyasının elmi institutları nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığı həyata keçirmək təklifinin təqdirəlayiq olduğunu bildirib. Elm sahəsinin nüfuzunun yüksəldilməsi üçün aparılan tədqiqatların keyfiyyətinin artırılmasının zəruriliyini önə çəkən nazir bu işdə Elmin İnkişafı Fondu tərəfindən görülən işlərin əhəmiyyətini nəzərə çatdırıb: ”Dünyanın ən nüfuzlu jurnallarında, xüsusilə də “Thomson Reuters” Agentliyinin bazasına daxil olan impakt-faktorlu jurnallarda nəşr olunan məqalələrin sayının artırılmasına xüsusi diqqət yetirilməlidir. 2008-ci ildən başlayaraq toplanan məlumatların təhlili göstərir ki, impakt-faktorlu jurnallarda Təhsil Nazirliyi sistemində çalışan alimlər tərəfindən 2008-ci ilə nisbətən 2013-cu ildə nəşr olunmuş məqalələrin sayı təxminən 3,5 dəfə artıb. Ölkəmizdə nəşr olunan elmi jurnalların da “Thomson Reuters” Agentliyinin bazasına daxil olması olduqca vacibdir”. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov innovativ inkişaf və müasir baxışlara dair məruzə ilə çıxış edib. Ə.Abbasov bildirib ki, qurultayda müzakirə olunan məsələlər, irəli sürülən yeni ideyalar, qəbul edilən qərarlar elmi və texnikanın, bütövlükdə iqtisadiyyatın gələcək inkişafı üçün çox önəmlidir. Sonra digər çıxışlar dinlənilib və müzakirələr aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin aparatının əməkdaşları arasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.
Turnirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, təhsil nazirliyinin 30-ya yaxın əməkdaşı, milli tennis yığmasının üzvləri iştirak edib. Turnirin keçirilməsində məqsəd əməkdaşların fiziki hazırlığının möhkəmləndirilməsi və onların işdənkənar münasibətlərinin gücləndirilməsidir. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov Təhsil Nazirliyinin bu təşəbbüsünü alqışlayaraq belə təcrübənin geniş yayılmasının vacibliyini bildirib. Federasiya rəsmisi təhsil sahəsində çalışanların idmanın bu növünə marağının təhsilalanlar arasında da stolüstü tennisə həvəsin artmasına səbəb olduğunu vurğulayıb. Bu isə onların sağlam inkişafına müsbət təsir göstərir. Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana böyük marağın olduğunu bildirib. Dövlət başçısı İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində Azərbaycanın idman arenalarında uğurları ildən ilə artır. 1996-cı ildə Olimpiadada cəmi 1 medal qazanan Azərbaycan idmançıları hər sonrakı Olimpiadada əvvəlkindən çox medal əldə ediblər. Bu isə ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini göstərir. Daha sonra nazirliyin əməkdaşları arasında yarışa start verilib. Kişilər arasında birinci yeri təhsil nazirinin müavini Firudin Qurbanov, ikinci yeri şöbə müdiri Samir Vəliyev, üçüncü yeri sektor müdiri Namiq Məmmədov tutub. Qadınlar arasında turnirin qalibi Aysel Ağayeva olub. Sonrakı yerləri Fəridə Novruzova və Həbibə Fərzəliyeva tutublar. Qaliblər Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
08/07/2015 16:52
Dekabrın 22-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft Məktəbində “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib.
Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri, tanınmış təhsil ekspertləri, jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov açaraq qonaqları salamlayıb. “PR texnologiyaları” adlı I paneldə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov “Press relizlərin hazırlanması və yayılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda KİV-lə səmərəli və uğurlu münasibətlərin qurulması, press-relizin məzmunu və strukturu, xəbərlərdə nəyin əks etdirilməsinin vacibliyi, ictimaiyyətlə əlaqələrin qurulması məsələlərinə toxunulub. Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətov “Universitet saytları: hörümçək torunda haradasınız?” mövzusundakı təqdimatında ali məktəblərin veb resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinqi iştirakçıların diqqətinə çatdırıb. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının vitse-prezidenti Məqsəd Nurun “Televiziyanın təhsil gözlüyü” mövsuzundakı təqdimatından sonra ali məktəblərin ən fəal media təmsilçiləri Təhsil Nazirliyinin diplomu ilə təltif edilib. Sonra təqdimatlarla bağlı geniş müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb. Praktik konfrans Bakı Ali Neft Məktəbində davam etdirilib. II paneldə ilk çıxışı “Sosial media “mediadırmı?”” mövzusundakı təqdimatla Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimova edib. “APA-Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə onlayn medianın üstünlükləri, problemləri və inkişafı barədə danışıb. V.Mahirqızı “Onlayn media: tezbazar, yoxsa...?” adlı təqdimatında onlayn media nümayəndələrindən daha böyük məsuliyyət və peşəkarlıq tələb olunduğunu vurğulayıb. Sonra Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov 90 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbi tərəfindən təbrik edilib. Təhsil eksperti, professor Şahlar Əsgərov, Almaniyada yaşayan məşhur azərbaycanlı alim Məsud Əfəndiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. "Azad Azərbaycan" televiziyası və "APA-Holdinq"in informasiya dəstəyi ilə təşkil olunmuş konfransda media və təhsil dialoqunun daha da yaxşılaşdırılması ilə bağlı müzakirələr aparılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
08/07/2015 16:52
Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçiriləcək.
Tədbirdə 30-dan çox media qurumunun təmsilçisi iştirak edəcək. 1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
08/07/2015 16:52
Təhsil Nazirliyinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM) qılıncoynatma üzrə oğlanlar və qızlar arasında açıq birincilik keçirib.
Bakıdakı 54 nömrəli orta məktəbdə təşkil olunan birincilikdə 68 idmançı qılıncoynatmanın qılınc və şpaqa silah növləri üzrə güclərini sınayıblar. Açılış mərasimində İOEUGİM-in direktoru Elvin Məmmədxanov bildirib ki, yarışı keçirməkdə məqsəd yeniyetmələr arasında bu idman növünə maraqın yüksəldilməsi və gənc idmançıların yarış təcrübəsinin artırılmasıdır. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov Təhsil Nazirliyinin yeniyetmələrin məktəbdənkənar fəaliyyətinin səmərəli təşkilinə böyük diqqət ayırdığını vurğulayıb. Son dövrlər digər idman növləri ilə yanaşı qılıncoynatmaya da marağın artdığını deyən Federasiya rəsmisi belə yarışların tez-tez keçiriləcəyinə ümid etdiyini bildirib. İdmançıların valideynlərinin də həvəslə izlədiyi yarış gərgin mübarizə şəraitində keçib. Qılınc növü üzrə qızlar 1 yaş qrupu, oğlanlar 3 yaş qrupunda yarışıblar. Şpaqada da qızlar 1 yaş qrupunda, oğlanlar isə 2 yaş qrupunda mübarizə aparıblar. Yarışın ən balaca qalibi 8 yaşında olub. Yarışın nəticələrinə əsasən, I, II və III yerləri tutan idmançılara kubok, medal və diplomlar təqdim edilib.
08/07/2015 16:52
Dekabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri və 30-dan çox media qurumunun təmsilçisi iştirak edib. Şənlikdə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub. Məktəblilərin xor və rəqs qruplarının çıxışları maraqla qarşılanıb. Təhsil Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən internat məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub. Media nümayəndələri və qonaqlar fənn kabinetlərinə, emalatxanalara baxıb, şagirdlər üçün yaradılmış tədris və məişət şəraiti ilə yaxından tanış olublar. Şagirdlərin əl işlərindən ibarət nümunələr xüsusi maraq doğurub. Qonaqlar şagirdlərlə birgə nahar ediblər. Məlumat verilib ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. 1979-cu ildə fəaliyyətə başlayan məktəbin binası Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq yeni tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən yeni məktəb ləvazimatları, inventar, fənn kabinetləri üçün avadanlıqlar və laboratoriyalarla, məktəbli forması, geyim əşyaları və dərsliklərlə təmin edilib. Hazırda məktəbdə nitqi qüsurlu olan 173 nəfər uşaq təlim-tərbiyə alır. Müəssisədəki uşaqların təlim tərbiyəsi ilə 96 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
08/07/2015 16:52
Breyn-rinq intellektual yarışının 2014-cü il üzrə çempionu müəyyənləşib.
Yarışın 2014-cü ildə keçirilən son oyununda Azərbaycan İntellektual Klublar Assosiasiyası kubokunun qalibi “Kapital bank” ilə “Bilik kuboku”nun sahibi “Romantik” mübarizə aparıblar. “Baku Crustal Hall”da baş tutan və AzTV kanalı ilə yayımlanan oyun komandalardan birinin 3 xal toplamasına qədər davam edib. İlin qalibi adı uğrunda mübarizə aparan rəqiblər bir-birinə ciddi müqavimət göstəriblər. Nəticədə ikinci və dördüncü görüşlərdən sonra hesab bərabərləşib: 1:1 və 2:2. Qalibi myəyyənləşdirmək üçün bir sualdan ibarət beşinci görüş keçirilib. Həmin sualı daha tez cavablandıran “Kapital bank” komandası breyn-rinq üzrə 2014-cü ilin Azərbaycan çempionu olub. Qalib komandaya medallar təqdim edilib. Breyn-rinq intellektual yarışı Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, gənclərin yaradıcı və intellektual inkişafına təkan vermək, tələbələrin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən keçirilib.
08/07/2015 16:52
Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında məlumatların ictimaiyyətə təqdim olunmasını davam etdirir.
2014-cü ildə ali təhsil sahəsi üzrə həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri qəbul olunub. Əsas prioritetlər sırasında SABAH (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili, ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin təmin olunması, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi, dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması, ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə tədris proqramlarına (standartlarına) yenidən baxılması, Bolonya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması, abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi, aztəminatlı gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi, dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi, ali təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması kimi məsələlər əsas yer tutur. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar” qəbul edilib. Bu qaydalara əsasən, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçiriləcək. İndiyədək isə bu prosesləri ildə bir dəfə həyata keçirmək mümkün idi. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb. Təhsil uğurları ilə seçilən tələbələrlə görüş keçirilib. Görüşdə Azərbaycanın 22 universitetinin təhsil uğurları ilə seçilən tələbələri iştirak edib. Ölkənin 7 ali məktəbində 33 ixtisas üzrə SABAH qrupları fəaliyyətə başlayıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200-ə yaxını yataqxana ilə təmin olunub. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir. Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib. İkigünlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib. Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir. Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə 2014-2015-ci tədris ili üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq olunub. 2013-2014-cü tədris ilinin faktiki qəbuluna nisbətən Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə cari tədris ili üçün qəbul planı 12,9 faiz artırılıb. Qiyabi təhsil forması üzrə plan 2 dəfədən çox azaldılaraq bu yerlərin hesabına əyani tələbə qəbulu planı artırılıb. Ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə qiyabi təhsil forması nəzərdə tutulmayıb. Bakalavriat buraxılışı olmayan ixtisasların magistratura səviyyəsinə plan yerləri ayrılmayıb. Təhsil, texniki və texnoloji, eləcə də kənd təsərrüfatı ixtisaslarına dövlət sifarişi yerləri artırılıb. Kənd təsərrüfatı ixtisas qrupuna daxil olan ixtisaslara qəbul yalnız dövlət sifarişi əsasında aparılıb. 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramlarının və buna müvafiq hazırlanmış tədris planlarının tətbiqinə başlanıb. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamına uyğun olaraq, 102 nəfər ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü verilib. “Gələcəyin müəllimi təqaüdü” pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunub. Təqaüdün təsis edilməsi peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına, müəllim peşəsinin nüfuzunun yüksəldilməsinə xidmət edir. Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dövlət İqtisad Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb. Layihənin əsas missiyası gənc menecer və sahibkarların yetişdirilməsi, tələbə və gənclərin biznesə cəlb edilməsidir. Layihənin əsas hədəfi tələbə startapçılara bizneslərinin qurulmasında dəstək göstərmək və innovativ iqtisadiyyatın inkişafina töhfə verməkdən ibarətdir. “Universitet qrantı” müsabiqəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərir. Müsabiqənin təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir. Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri keçirilib. Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid materialların nümayiş olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak edib. Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı ümumrespublika bilik yarışı keçirilib. Layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin təbliği məqsədi daşıyır. Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Milli Elmlər Akademiyasının təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Bakı Elm Festivalı" keçirilib. Ölkəmizdə ilk dəfə olaraq keçirilən elm festivalı elmi nailiyyətlərin təbliği məqsədinə xidmət edib. Festivalda elmin inkişafı və qarşıda duran vəzifələr müzakirə olunub. Azərbaycan alimlərinin I qurultayı keçirilib. Qurultay Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı