SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
18 saylı Bakı Peşə Liseyində "2015-ci ilin gənc bərbəri" müsabiqəsinə yekun vurulub.
Müsabiqədə təhsil müəssisəsinin "Bərbər" ixtisasına yiyələnən şagirdləri iştirak ediblər. Öncə peşə bacarıqlarını nümayiş etdirən 14 şagird "2015-ci ilin gənc bərbəri" müsabiqəsinin yekun mərhələsi çərçivəsində təqdimat çıxışları ediblər.
Müsabiqədə I, II və III yeri tutan şagirdlərə Fəxri fərman və mükafatlar təqdim olunub. Digər iştirakçılara isə hədiyyələr verilib.
Təhsil Nazirliyinin "Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Eldar Studio” şirkəti ilə birgə ”Bərbər” ixtisası üzrə müasir tədris bazası yaradılıb. Burada beynəlxalq səviyyəli bilik və praktik bacarıqları aşılamaqla yeni məzmunlu proqramlar tətbiq olunur. Liseydə müasir məzmun keyfiyyətinə əsaslanan kurikulumlara uyğun kadr hazırlığı prosesi həyata keçirilir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl