• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Məktəblilər arasında keçirilən “Ekoerudit” Respublika ekoloji breyn-rinq bilik yarışının final mərhələsi başa çatıb.

Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onların ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətinin və ekoloji mədəniyyətinin formalaşdırılmasıdır.
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan yarışın final mərhələsi Eko-parkda keçirilib. Final yarışmasında breyn-rinqin zona mərhələsinin qalibləri olan Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhər və Quba, Lerik, Füzuli, Ağdaş rayon tam orta məktəblərinin komandaları “Sağlam həyat-sağlam gələcək”, “Ekoloji təhlükəsiz nəqliyyat”, “Müharibə və ətraf mühit”, “Gələcəyin enerjisi”, “Meşə-həyat mənbəyidir”, "Ekoloji cəhətdən davamlı inkişaf”, “Yaşıl şəhər (Eko-mühafizəçi bitkilər)”, “Bioloji müxtəlifliyin qorunması” və digər ekoloji mövzularda hazırladıqları elektron təqdimatları nümayiş etdiriblər. Yarışmanın ikinci mərhələsində komandalar “Tullantılara yox deyək!” mövzusunda praktik çalışmanı yerinə yetirərək müxtəlif tullantılardan eksponatlar (süni quş yuvaları, ekoloji maketlər, modellər, suvenirlər və s.) hazırlayıb, tullantıların təkrar istifadəsi barədə təkliflərini bildiriblər.
Münsiflər heyətinin rəyinə əsasən, Bakı şəhəri 58 nömrəli tam orta məktəbin komandası I yerə, Şirvan və Gəncə şəhərlərinin komandaları II yerə, Bakı şəhəri 61 və 318 nömrəli, eləcə də Quba rayonu məktəblərinin komandaları III yerə layiq görülüblər. Sumqayıt şəhəri və Füzuli, Lerik, Ağdaş rayonlarının komandaları isə IV yeri tutublar.
 Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub. 


10 il əvvəl