• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Dekabrın 15-də Təhsil Nazirliyi tərəfindən elektron resursların təqdimat mərasimi keçiriləcək.

Mərasimdə müvafiq dövlət qurumlarının rəsmiləri ilə yanaşı, elektron təhsil resursları ilə məşğul olan ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirakı edəcəklər.
Müasir dünyada kompüterlərin əsasında müəssisələrin informasiyalaşdırılması təhsildə elektron resursların istifadəsinə geniş yol açır. Elektron resurslar böyük həcmdə tədris və təlim materiallarını əhatə edərək ənənəvi öyrənmə formalarını zənginləşdirir. Bu amilləri nəzərə alaraq, Təhsil Nazirliyi 2014-cü ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib.
Qeyd olunan elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.


10 il əvvəl