• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib.

“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb. İlk görüş şans oyununun qalibi “Fortuna” ilə “Ağdaş” komandaları arasında keçirilib. “Fortuna”ya üstün gələn “Ağdaş” daha sonra “Allians”ı da üstələyib.
Üçüncü görüşdə “Ağdaş” “Aypara” ilə qarşılaşıb. “Aypara” rəqibinin qələbə seriyasına son qoyub.
Dördüncü görüşdə “Aypara” “NORM Sement” komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq “Aypara” “Sumqayıt” komandasına üstün gələ bilməyib.
Altıncı görüşdə sumqayıtlılar “Bakı Ali Neft Məktəbi” ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında “Bakı Ali Neft Məktəbi” qalib gəlmişdi. Bu görüşdə isə “Sumqayıt” komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb.
Növbəti-yeddinci görüşdə “Sumqayıt” “Azərbaycan klubu” komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Azərbaycan klubu” komandası böyük finala vəsiqə alıb.
“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrda keçiriləcək. Bu oyunda sentyabrın qalibi “Kapital bank”, oktyabrın qalibi “Nar Mobile”, noyabrın qalibi “Romantik” və xüsusi seçim oyunu ilə seçilmiş “Azərbaycan klubu” komandaları qarşılaşacaqlar.


10 il əvvəl