SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 18-də 6 nömrəli məktəb–liseydə «Müasir təhsil, müasir məktəb, müasir yanaşmalar» mövzusunda konfrans keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, nazirliyin məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, nazirliyə tabe olan ümumtəhsil məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfrans iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov tədbirin keçirildiyi yeni zalın müasir tələblərə uyğun olduğunu bildirib, bunu təhsil müəssisəsinin növbəti uğuru kimi dəyərləndirib. Nazir 6 nömrəli məktəb–liseydə bir sıra mütərəqqi ənənələrin formalaşdığını və təhsil sahəsinin ən aktual məsələlərinə həsr olunmuş müvafiq tədbirlərin tez-tez keçirildiyini qeyd edib.
Sonra tədbir iştirakçıları iştirak etmək üçün seçdikləri müasir təlim texnologiyaları və fəal təlim metodlarının tətbiqi ilə tədris olunan «açıq dərs»lərə dəvət olunublar. «Açıq dərs»lər Azərbaycan və rus bölmələrinin həm ibtidai, həm də yuxarı siniflərində təşkil edilib.
Təhsil naziri Misir Mərdanov Azərbaycan bölməsinin II sinfində Gülşən Orucovanın ana dili və rus bölməsinin I sinfində Səidə Nəcəfquluzadənin ingilis dili dərslərində iştirak edib.
Nazir və digər rəsmi şəxslər, eyni zamanda başqa sinif otaqlarında aparılan tədris prosesi ilə də maraqlanıb və Azərbaycan və rus bölmələri üzrə beşyaşlıların məktəbə hazırlıq qruplarında olublar. Konfrans iştirakçıları məktəbin foyesindəki fotostendlərlə tanış olduqdan sonra yenidən konfrans zalına toplaşıblar.
Məktəb–liseyin direktoru Ceyran Kuliyeva təhsil müəssisəsinin fəaliyyətindən bəhs edən təqdimatla çıxış edib. Təqdimatda təhsil ocağının tarixi, ən məşhur məzunları, keçdiyi inkişaf yolu, ölkədə uğurla həyata keçirilən təhsil islahatları, əldə olunmuş nailiyyətlər, liseydəki Heydər Əliyev muzeyində keçirilmiş tədbirlər və perspektiv vəzifələr haqqında ətraflı məlumat verilib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl