SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Təhsil" Respublika İdman Mərkəzinin yetirmələri Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq taekvondo yarışlarında uğurla çıxış ediblər.
50 ölkədən 2000-ə yaxın idmançının iştirak etdiyi taekvondo üzrə klublararası Avropa çempionatında "Təhsil" RİM-in 4 idmançısı şəxsi hesabda fərqləniblər. Belə ki, Mərkəzin yetirməsi İlham Əliyev 45 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq qızıl medal qazanıb. 44 kiloqram çəki dərəcəsində Təhminə Hüseynova II yeri, 48 kiloqram çəki dərəcəsində Rəvan Hüseynov və 59 kiloqram çəki dərəcəsində Rəfaello Hüseynova III yeri tutublar. Ümumi nəticələrə əsasən, “Təhsil” RİM-in yığması komanda hesabında III yerə layiq görülüb.
Azərbaycan idmançıları taekvondo üzrə Türkiyə-Open Beynəlxalq Turnirində də uğurla mübarizə aparıblar. Bu yarışda İlham Əliyev 45 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ilk pilləsinə yüksəlib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl