SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dekabrın 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Memorandumu təhsil naziri Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov imzalayıblar.
Memorandum Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinin mühüm bir qisminin dövlət təhsil müəssisələrində reallaşdırılmasını nəzərə alaraq, bu işlərin səmərəliliyinin artırılması üçün qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədlərinə xidmət edir.
Memoranduma əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil müəssisələrindəki humanitar fəaliyyətini dəstəkləyəcək. Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin müraciəti əsasında təhsilalanları müvafiq seminar, təlim, sessiya, kampaniya, yay düşərgələri və digər müvafiq tədbirlərə cəlb edəcək. Həmçinin, dövlət ali təhsil müəssisələrinin humanitar fakültələrinin tələbələri üçün Qızıl Aypara Cəmiyyətinin strukturlarında müvafiq istehsalat təcrübəsinin keçirilməsinin təşkil olunması nəzərdə tutulur.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl