SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının növbəti oyunu keçirilib.
“Baku Crystal Hall”da təşkil edilən və AzTV kanalı ilə yayımlanan yarışda noyabr ayı ərzində keçirilən oyunların qalibləri olan “Bakı Ali Neft Məktəbi”, “Sumqayıt”, “Romantik” və “Azərbaycan” komandaları ayın çempionu adı uğrunda mübarizə aparıblar.
Ənənəvi qaydada 2 seçim və 2 final görüşündən ibarət olan oyunda əvvəlcə “Azərbaycan” və “Romantik” komandaları qarşılaşıblar. Rəqibindən üstün olan “Romantik” qalib gəlib.
İkinci seçim görüşü “Bakı Ali Neft Məktəbi” və “Sumqayıt” komandaları arasında olub. Tələbələr böyük hesabla sumqayıtlı rəqiblərinə üstün gəliblər.
Finalda “Romantik” və “Bakı Ali Neft Məktəbi” qüvvələrini sınayıblar. “Romantik” ilk görüşdə 5:0, ikinci görüşdə isə 5:1 hesabı ilə qalib gələrək, noyabr ayının çempionu olub və yarışmanın finalında oynamaq hüququ qazanıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl