SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Mikayıl Cabbarov “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Trudi Norris-Qrey, “CİSCO” korporasiyasının vitse-prezidenti Conatan Sparrov və “İntel” korporasiyasının marketinq və satış üzrə vitse-prezidenti Con Deyvis ilə görüşlər keçirib.
Görüşlərdə təhsil sistemində multimedia vasitələrinin tətbiqinin genişləndirilməsi və təhsilin müxtəlif pillələri üzrə əlaqələrin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, tədris prosesində İKT-dən istifadənin səmərəliliyinin artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər müzakirə edilib.
Qeyd olunub ki, təhsilin müxtəlif istiqamətləri üzrə “Microsoft”, “CİSCO” və “İntel” korporasiyaları ilə birgə layihələrin reallaşdırılması tədris müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması imkanlarını artıracaq. Müasir dövrün tələblərinə uyğyn olaraq, tədris prosesində elektron tədris resursları və internet texnologiyalarının imkanlarından bəhrələnməyin əhəmiyyəti barədə fikirlər səsləndirilib, gələcək əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl