SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!
8 dekabr 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Saatlı şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və Kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (840 zəng) və çərşənbə (856 zəng) günləri, əsasən, saat 09:30-dan 12:00-dək və 14:30-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (923 müraciət), çərşənbə (853 müraciət) və cümə (881 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə yekun vurub.
Azərbaycan Respublikası təhsil nazirinin 3 iyul 2014-cü il tarixli, 768 nömrəli əmrinə əsasən təşkil olunmuş müsabiqəyə təqdim edilmiş layihələrin qiymətləndirilməsi müvafiq işçi qrupu tərəfindən həyata keçirilib. İki mərhələdən ibarət olan qiymətləndirmə prosesində ilkin olaraq, müvafiq şərtlərə cavab verməyən layihələr müsabiqədən kənarlaşdırılıb. Növbəti mərhələdə seçilmiş layihələr müvafiq meyarlara uyğun olaraq qiymətləndirilib. Müsabiqənin yekunlarına görə, 21 layihə məqbul hesab olunub və onların maliyyələşdirilməsi barədə qərar qəbul edilib. Müsabiqədə qalib gələn layihələrin siyahısı
08/07/2015 16:52
Dekabrın 14-də Təhsil Nazirliyində təhsil müəssisələrində metodiki işin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər. Təhsil naziri Misir Mərdanov tədbiri açaraq metodiki işin düzgün təşkilinin təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Nazir Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də metodiki mərkəzin fəaliyyətinin müsbət cəhətlərindən söz açaraq müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildirib. Misir Mərdanov metodiki mərkəzin fəaliyyətinin daha səmərəli təşkili üçün bir sıra addımların atılmasının zəruri olduğunu nəzərə çatdırıb və təhsil ocaqları ilə sıx əlaqələrin yaradılmasını tövsiyə edib. Təhsil naziri bu sahədə mövcud olan problemlərin müəyyən edilməsi, müvafiq dünya təcrübəsinin öyrənilməsi və təkliflərin hazırlanması məqsədilə işçi qrupunun yaradılmasının vacib olduğunu bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodiki mərkəzinin direktoru Vahid Qurbanov, mərkəzin direktor müavinləri Sitarə Məmmədova və Nazir Əliyev bu sahədəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat veriblər. Çıxışlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyəti dövründə mərkəzin kurikulumların tətbiqi, dərsliklərin müzakirəsi, qiymətləndirmə, qabaqcıl təcrübənin öyrənilməsi və başqa istiqamətlərdə apardığı işlərdən bəhs olunub, eləcə də qarşıya çıxan müvafiq çətinliklər diqqətə çatdırılıb. Müşavirədə müzakirə olunan məsələ ilə bağlı geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. Sonda yaradılan işçi qrupunun bir ay müddətində müvafiq təkliflər hazırlayıb təqdim etdikdən sonra bu məsələnin yenidən müzakirəyə çıxarılması qərara alınıb.
08/07/2015 16:52
Dekabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə mədəniyyət xadimlərinin, uşaq qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 11 saylı inteqrasiya təlimli və 8 nömrəli sanatoriya tipli internat məktəblərinə səfəri təşkil olunacaq.
Səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla yaxından təmas qurmağa şərait yaratmaqdan ibarətdir. Beynəlxalq Əlillər Gününə təsadüf edən səfər zamanı qonaqlar 11 saylı inteqrasiya təlimli internat məktəbində yaradıcılıq sinfinin açılışına qatılacaqlar. Onların tədris ocağının şagirdləri ilə birgə naharı da nəzərdə tutulur. Təhsil Nazirliyi ictimaiyyət nümayəndələrinin internat məktəbləri ilə ünsiyyətini genişləndirməyə xidmət edən belə səfərləri mütəmadi olaraq təşkil edəcəkdir.
08/07/2015 16:52
Bakı şəhəri 6 nömrəli məktəb-liseydə təşkil edilmiş reproduktiv sağlamlıqla bağlı təlim kursu başa çatıb.
Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və tam orta məktəblərin əməkdaşları üçün təşkil olunmuş üçgünlük kursu uğurla başa vuran 29 nəfər təhsil işcisinə serfikatlar təqdim edilib. Qeyd edək ki, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və “Ümidli Gələcək” Gənclər Təşkilatı reproduktiv sağlamlıqla bağlı xüsusi tədris və maarifləndirmə proqramı həyata keçirir. Proqram çərçivəsində Təhsil Nazirliyi və “Ümidli Gələcək” Gənclər Təşkilatı Azərbaycan Müəllimlər İnstitutu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Təhsil Problemləri İnstitutu ilə əməkdaşlıq çərçivəsində reproduktiv sağlamlıq, ailə planlaşdırılması sahəsində tədris proqramının hazırlanması, gələcək təlimçilər üçün təlim kurslarının təşkili, tam orta məktəblərin şagirdləri, müəllimləri, psixoloqları, habelə valideynlər üçün maarifləndirmə və tədris işlərinin həyata keçirilməsini planlaşdırır. Təlimlərin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Təlimlər Təhsil Nazirliyinin baş məsləhətçiləri Elnur Əlizadə, Vəfa Yaqublu, həmçinin Səhiyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin məsul əməkdaşları Nabil Seyidov, Teymur Hüseynov və Afət Məmmədova, eyni zamanda Azərbaycan Dövlət İdarəçilik Akademiyasının dosenti Gülarə Hüseynova tərəfindən aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edib.
Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla, kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə təqdim ediləcək əsərlər toplu şəklində hazırlanmalıdır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir: Nəsr əsərləri – 15 (1,5–2 çap vərəqi) Nəzm əsərləri – 20 (1–1,5 çap vərəqi) Dram əsərləri – 5 (2–2,5 çap vərəqi) Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə və diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə 1 iyun 2015-ci il tarixindən başlayaraq 1 (bir) ay müddətində qeydiyyat üçün Təhsil Nazirliyinə göndərilməlidir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılacaq və müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılacaq. Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndəriləcək. Həmçinin, qeyd olunan əsərlər ictimaiyyətin rəyini öyrənmək məqsədilə Təhsil Nazirliyinin rəsmi internet saytında (http://www.edu.gov.az) yerləşdiriləcək. Rəy və mülahizələr eser.musabiqe@edu.gov.az elektron poçtu vasitəsilə qəbul ediləcək. Müsabiqənin nəticələrinə əsasən, I yerə layiq görülən əsərə görə 5000 (beş min), II yeri tutan əsərə görə 3000 (üç min), III yerə layiq görülən əsər üçün isə 1500 (min beş yüz) manat mükafat fondu müəyyənləşdirilib. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir:
08/07/2015 16:52
Dekabrın 3-də Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin, qeyri-hökumət təşkilatları təmsilçilərinin və jurnalistlərin 8 nömrəli sanatoriya tipli, həmçinin 11 saylı inteqrasiya təlimli internat məktəblərinə səfəri təşkil olunub.
Səfərin təşkilində məqsəd internat məktəbləri ilə daha yaxından tanış olmağa, burada təhsil alan və yaşayan uşaqlarla təmas qurmağa şərait yaratmaqdan ibarətdir. Qonaqlar əvvəlcə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş 8 nömrəli sanatoriya tipli internatda şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. Sonra 11 saylı inteqrasiya təlimli internat məktəbdə yeni yaradılmış yaradıcılıq sinfinin açılışı olub. Açılışda bəstəkar Faiq Sücəddinov və müğənni İlqar Muradov da iştirak ediblər. Şagirdlərin hazırladıqları bədii proqrama tamaşa edən qonaqlar onların əl işlərindən ibarət sərgiyə də baxıblar. Şagirdlər dulusçuluq, təkalduz, xalçaçılıq, rəngkarlıq işlərindən ibarət əsərləri barədə məlumat veriblər. Sonra qonaqlar tədris ocağının şagirdləri ilə birgə nahar ediblər. Məlumat verilib ki, Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində ilk dəfə olaraq ötən tədris ilindən beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsi məqsədilə qidalanmanın vahid mərkəzdən idarə edilməsinə başlanılıb. Qeyd edək ki, internat məktəblərin avadanlıq, geyim və digər resurslarla təchizatı tələbata uyğun olaraq tam yerinə yetirilir. Məktəblər üçün müasir avtobuslar alınıb. Həmin nəqliyyat vasitələri ilə şagirdlərin Bakı şəhərində, habelə bölgələrdə yerləşən tarixi abidə və muzeylərə, ekskursiyalara və əyləncə məkanlarına aparılması təşkil olunur. Təlimin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə I-IV siniflər üzrə yeni tədris proqramları hazırlanıb, kiçik yaş qrupunda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni dərslik və “Loqopedik albom” çap olunub, pedaqoji heyət üçün kurikulum təlimləri keçirilib. Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə- ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası və 18 nəfər isə 400-500 arası bal toplayıblar. 2012-2013-cü tədris ilində rəsm, inşa müsabiqəsində və müxtəlif idman yarışlarında internat məktəblərinin 53 şagirdi I, 32 şagirdi II və 46 şagirdi III yeri tutub.
08/07/2015 16:52
Dekabrın 15-də “Excelsior” otelində “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda “Sevinciniz uğurumuzdur” adlı sənədli film nümayiş olunub. “2009-cu ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov uşaqların rifahının daha da yaxşılaşdırılması ilə bağlı məsələlərin Azərbaycanda daim diqqət mərkəzində saxlanıldığını, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində əsasını qoyduğu ənənələrin Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Nazir son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı sayəsində uşaq hüquqlarının qorunmasına yönəlmiş proqramların, o cümlədən də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini qeyd edib. Təhsil Nazirliyinin YUNİCEF-in ekspertləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları ilə birlikdə 55 dövlət uşaq müəssisəsində keçirdiyi qiymətləndirmə nəticəsində hazırlanan dövlət uşaq müəssisələrinin transformasiyası üzrə Baş Planın cari ilin aprelində hökumət tərəfindən təsdiq edildiyini söyləyən Misir Mərdanov artıq 9 uşaq müəssisəsinin ümumtəhsil məktəbinə çevrildiyini, hazırda dövlət uşaq müəssisələrindəki 10 054 uşaqdan 3 960 nəfərinin müəssisədə, 6 094 nəfərinin isə ailəsi ilə birgə gecələdiyini bildirib. Nazir deyib ki, övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması məqsədilə yerlərdə həyata keçirilən tədbirlər zamanı Təhsil Nazirliyi yerli və beynəlxalq QHT–lərlə sıx əməkdaşlıq edir, sağlamlıq imkanları məhdud və sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin uşaqlarının rifahının yaxşılaşdırılmasına, onların cəmiyyətə inteqrasiyasına, təhsilə cəlb edilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirir. Risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat məktəbin, Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat məktəbin və Suraxanı rayonu 2 nömrəli uşaq evinin nəzdində günərzi qayğı, Əzizbəyov rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika yardımçı internat məktəbin nəzdində isə reabilitasiya–inkişaf mərkəzlərinin yaradıldığını bildirən təhsil naziri yaxın vaxtlarda Göyçay şəhərində və Qaradağ rayonunda yerləşən internat məktəblərin nəzdində də belə mərkəzlərin açılmasının nəzərdə tutulduğunu söyləyib. Proqramın icrası ilə əlaqədar qarşıda duran daha ciddi vəzifələr, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiqi, risk qrupundan olan uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin həyata keçirilməsi üçün sosial işçilərin hazırlanması, ailələrə verilmiş uşaqların vəziyyətinin dövri monitorinqinin aparılması mexanizmlərinin yaradılması haqqında söz açan nazir birgə səylərlə bütün bu məsələlərin həllini tapacağına əminliyini ifadə edib. Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasnın sədri Hadi Rəcəbli, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, Türkiyə Respublikasının Ankara şəhər sosial xidmətlər müdiri Neriman Koca, YUNİSEF-in beynəlxalq eksperti Devid Larter, Avropa Sosial Şəbəkəsindən siyasət və inkişaf üzrə mütəxəssis Dorota Tomalak, YUNİSEF-in Uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə, YUNİSEF-in milli məsləhətçisi Aytəkin Hüseynli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Natiq Qasımov, Bakı Şəhəri üzrə Baş Səhiyyə İdarəsinin müdiri Leyla Seyidbəyli, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Vüqar Məcidli, Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyinin şöbə rəisi Kamal İmamverdiyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənubər Əlizadə və “Hər kəs üçün cəmiyyət–Azərbaycan” proqramının direktoru Ramiz Behbudov ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın əhəmiyyətindən söz açıb, bu sahədə Təhsil Nazirliyinin gördüyü işləri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra yerli və beynəlxalq qurumlar, QHT–lərlə yaradılan səmərəli əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Konfransı Misir Mərdanov yekunlaşdıraraq Dövlət Proqramının həyata keçirilməsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən müvafiq nazirliklərə, dövlət qurumlarına, yerli və beynəlxalq qeyri–hökumət təşkilatlarına təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı