• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İndoneziyada təhsil imkanı

İndoneziya hökuməti 2021-2022-ci tədris ili üzrə KNB (Kemitraan Negara Berkembang /İnkişaf etməkdə olan Ölkələr Tərəfdaşlığı) təqaüd proqramı elan edib. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.    Təqaüd proqramına müraciət üçün son tarix 5 may 2021-ci il nəzərdə tutulub.   Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Təhsil nazirinin videoqəbulu keçirilib

Aprelin 29-da təhsil naziri Emin Əmrullayev Ağcabədi, Beyləqan və İmişli rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.  Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.  Videoqəbulda vətəndaşlar daimiləşmə, müəllimlərin yerdəyişməsi, təhsil haqqından azad olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.  Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə  genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.  

Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat yekunlaşıb.  Namizədlərin apellyasiya müraciətlərinə əsasən, təkrar onlayn müsahibələr keçiriləcək.      Müsahibələrin 7-8 may tarixlərində təşkili nəzərdə tutulub. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifələrinə onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə I mərhələnin nəticələri

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb. Nəticələrə əsasən, müraciət edənlərdən 257 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb. Nəticələr müraciətçilərin şəxsi kabinetlərində yer alıb, həmçinin qeydiyyat nömrələrinə SMS bildiriş göndərilib.   Müsabiqənin növbəti test imtahan mərhələsi mayın 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Sözügedən mərhələyə dair məlumatlar namizədlərin şəxsi kabinetlərində yerləşdirilib.   Qeyd edək ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün ümumilikdə 31 vakant yer üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. 388 nəfəri ali təhsilli, 28 nəfəri isə orta ixtisas təhsillidir.

“Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib.   Aprelin 28-də proqram çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən şagird və tələbələr üçün “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda ilk vebinar keçirilib.   Tədbirin keçirilməsində məqsəd enerji içkilərinin insan orqanizminə zərəri, uşaq və gənclər arasında bu istiqamətdə təlim-tərbiyə və təbliğat işlərinin gücləndirilməsindən ibarət olub.   Görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin konüllüləri iştirak edib.   Tədbir iştirakçılarına enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib.   Vebinarda institut əməkdaşları tərəfindən həyata keçirilən maarifəndirici tədbirlərdən bəhs edilib, qida təhlükəsizliyi mövzusunda sosial videoçarx təqdim olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Bu gündən məktəb seçmək və müsahibəyə yazılmaq mümkündür

29 aprel saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci sinfə şagird qəbulu ilə bağlı sorğuların yerləşdirilməsi prosesinə başlanılır. Həmçinin, qeyd edilən tarixdən dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start verilir. Müsahibəyə yazılma mərhələsinin 8 iyun 2021-ci il saat 11:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələrin isə 4 may tarixindən 14 iyun tarixinədək təşkili planlaşdırılır.   Bu gün eyni zamanda saat 11:00-dan etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat başlanılır.   Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.   Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı vətəndaşlara dəstək məqsədilə və müraciətlərin operativ cavablandırılması üçün yeni xidmətlər təqdim olunur. Belə ki, nazirliyin rəsmi internet saytının “Sual-cavab” bölməsinə (https://edu.gov.az/az/faq) “Virtual bələdçi” xidməti əlavə edilib və birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp https://api.whatsapp.com/send/?phone=994512067848” hesabı ((+994) 51 206 78 48 ) yaradılıb. Həmçinin, Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni 146-0 nömrəsi aktivləşdirilib. Vətəndaşlar qeyd edilən xidmətlər vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.     2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna dair suallar və onların cavabları   2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul qaydaları - Videotəlimat   Tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibə mərhələsi - Videotəlimat

I sinfə qəbulla bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir

Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb. Məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.    Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.   Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

“Dərs vaxtı”nda əylənərək öyrənəcəyik

Aprelin 29-dan “Dərs vaxtı” proqramı çərçivəsində yeni formatda dərslərin yayımına start veriləcək.   Məktəbəqədər yaş dövründə olan uşaqların inkişafı məqsədilə hazırlanan “Oynaya öyrənə” teledərsləri vasitəsilə həm oynayacayıq, həm də öyrənəcəyik. Oyunlar vasitəsilə uşaqlara yeni məlumatlar, bacarıq və davranışlar aşılayan dərslərdə sadə və əyləncəli fəaliyyətlərlə tanış olacağıq.   Sözügedən dərslər Təhsil Nazirliyinin dəstəyi ilə hər həftə “Mədəniyyət” telekanalında yayımlanacaq.   Əziz uşaqlar, “Oynaya öyrənə” dərslərini qaçırmayın!  

Keyfiyyət təminatı üzrə növbəti onlayn təlimlərə start verilib

Aprelin 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlər üçün  növbəti onlayn təlimlərə start verilib.   3 gün davam edəcək təlimlərdə 10 müxtəlif ali təhsil müəssisəsindən və Təhsil İnstitutunun nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.   Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili və xarici keyfiyyət təminatı, həmçinin peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcək.   Qeyd edək ki, mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi ilə akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi  arasında əlaqələri aydınlaşdırmaq, praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının tətbiq olunmasına dair bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Maykl Fullan “Yeni çağırışlar”da qonaq olacaq

29 aprel saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan olacaq. Maykl Fullan ilə təhsildə liderlik və dərin öyrənmə barədə danışılacaq.   Maykl Fullan, həmçinin, Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilir. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifidir. Professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb. Maykl Fullan 2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.    Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.    “Yeni çağırışlar”da dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus,  dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner və Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu qonaq olub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı