• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun birgə əməkdaşlığı ilə “Sağlam gələcək üçün sağlam qidalanma” proqramına start verilib.

 

Aprelin 28-də proqram çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən şagird və tələbələr üçün “Enerji içkilərinin insan orqanizminə təsiri” mövzusunda ilk vebinar keçirilib.

 

Tədbirin keçirilməsində məqsəd enerji içkilərinin insan orqanizminə zərəri, uşaq və gənclər arasında bu istiqamətdə təlim-tərbiyə və təbliğat işlərinin gücləndirilməsindən ibarət olub.

 

Görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodistləri, dərnək rəhbərləri, məktəblilər, Bakı Dövlət Universitetinin tələbələri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin konüllüləri iştirak edib.

 

Tədbir iştirakçılarına enerji içkilərinə dair sanitariya norma və qaydaları, onların daşınma, qablaşdırma və etiketlənmə qaydaları, həmçinin insan orqanizminə təsiri haqqında ətraflı məlumat verilib.

 

Vebinarda institut əməkdaşları tərəfindən həyata keçirilən maarifəndirici tədbirlərdən bəhs edilib, qida təhlükəsizliyi mövzusunda sosial videoçarx təqdim olunub, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.


3 il əvvəl