• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Keyfiyyət təminatı üzrə növbəti onlayn təlimlərə start verilib

Aprelin 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlər üçün  növbəti onlayn təlimlərə start verilib.

 

3 gün davam edəcək təlimlərdə 10 müxtəlif ali təhsil müəssisəsindən və Təhsil İnstitutunun nümayəndələrindən ibarət 15 mütəxəssis iştirak edir.

 

Virtual təlimlərdə yüksək nəticə göstərmiş namizədlər daxili və xarici keyfiyyət təminatı, həmçinin peşəkar ekspert olmaqla 3 səviyyə üzrə sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə edən ekspertlər Akkreditasiya Komissiyalarının akkreditasiya qiymətləndirmə fəaliyyətində iştirak edə biləcək.

 

Qeyd edək ki, mütəmadi təşkil olunan təlimlərin əsas məqsədi ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin milli və beynəlxalq standartlara cavab verən keyfiyyət göstəriciləri əsasında təşkil edilməsi ilə akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin Keyfiyyətin İdarəedilməsi Sistemi haqqında biliklərini artırmaq, daxili keyfiyyət təminatı və ali təhsil müəssisələrinin idarəedilməsi  arasında əlaqələri aydınlaşdırmaq, praktiki tapşırıqlar vasitəsi ilə daxili keyfiyyət təminatının tətbiq olunmasına dair bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.


3 il əvvəl