• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Whatsapp”a yazın, suallarınız cavablandırılsın!

Birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı fəaliyyət göstərir. Vətəndaşlar sözügedən “Whatsapp” platforması vasitəsilə 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.   Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır.    “Whatsapp” nömrə: (+994) 51 206 78 48

“Nizami Gəncəvi ili”nə həsr olunan vebinar keçirilib

Təhsil Nazirliyinin təşkilatçılığı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi irsinə həsr edilən onlayn vebinar keçirilib.   Vebinarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin və Prinston Universitetinin professoru, Nizami Gəncəvi irsinin tədqiqatçılarından olan Maykl Bəri iştirak edib. Vebinarda Maykl Bəri tərəfindən mövzuya dair təqdimat nümayiş edilib.   Vebinar Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanıb.    

Müəllimlərin iş yerinin dəyişdirilməsinə start verilir

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.   Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Eyni zamanda, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.   Müsabiqə zamanı "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları"nda qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.

"Dərs vaxtı”nda əlavə dərslər

Məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün tətil günlərində tədrisində əlavə saatlara ehtiyac duyulan fənlər üzrə dərslər təqdim olunacaq.   Hazırlanmış dərsləri “Dərs vaxtı”nın cədvəlinə əsasən, may ayının 3-dən 5-dək izləyə biləcəksiniz.   Dərslər Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalının efirində yayımlanacaq.

Ekoklub üzvlərinin VI Ekoloji Forumu keçirilib

Aprelin 30-da “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində VI Ekoloji Forum keçirilib. Forum Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.   Forumun keçirilməsində məqsəd ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, 2020-ci il fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasından ibarətdir.   Onlayn keçirilən VI Ekoloji Forumda Bakı şəhəri üzrə 50 ümumtəhsil məktəbi və 30 regional uşaq – gənclər inkişaf mərkəzində fəaliyyət göstərən ekoklubların 2500 üzvü arasından seçilmiş 250-ə yaxın məktəbli iştirak edib.   Forumda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov dayanıqlı inkişaf yolunda inamla addımlayan ölkəmizin ətraf mühitinin qorunması və təbii sərvətlərdən davamlı istifadənin gənc nəsildə yeni ekoloji bilik və bacarıqların formalaşmasından çox asılı olduğunu qeyd edib. Nazir müavini çıxışında sağlam ekoloji mühitin hər kəs üçün həyati əhəmiyyətə malik olduğunu vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda təbiətin bərpası, yeni yaşıllıq zolaqlarının salınması, meşələrin artırılması, “yaşıl” şəhər və kəndlərin salınması, alternativ enerji mənbələrinin istifadəsində hər kəsin yaxından iştirak etməli olduğunu gənclərin diqqətinə çatdırıb. Firudin Qurbanov sonda gənclərə ekoloji bilik və bacarıqlarını artırmaqla ölkəmizin inkişafının təmin edilməsi, modernləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında uğurlar arzulayıb.   Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov öz növbəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan ekoloji monitorinqlər barədə məlumat verib.   IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov ekoloji təhsil və maarifləndirmənin rolunun əvəzedilməz olduğunu, gənc təbiətsevərlərin səfərbər olması ilə dünyada sürətli və müsbət dəyişiklikləri görə biləcəyimizi qeyd edib.   Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist müraciətində ölkənin ətraf mühitini qorumaqda bu qədər fəal olduqlarına görə Azərbaycan gənclərinə xüsusilə təşəkkür edib.   Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə təqdimat ilə çıxış edərək, 6 il ərzində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının nailiyyətləri, həyata keçirilən ekoloji yönümlü layihələrin, aksiyaların əldə etdiyi uğurları və ekoloji könüllülük hərəkatının, uşaq və gənclər arasında ekoloji liderlərin formalaşmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.   Forumun plenar sessiyasında ilin ən aktiv ekoklub lideri olan Səməd Əlizadə  2020-2021-ci il onlayn tədris ili üçün hazırlanan “Yaşıl şəbəkə” ekoklubların illik hesabatını təqdim edib və 10 ekoklub liderinin “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər”  ekoloji istiqamətləri üzrə  təqdimatları və yeni tədris ilində ekoloji hərəkata əlavə olunması üçün təklifləri müzakirə olunub.  Sonda ekoklub üzvləri tərəfindən “Dünyanı dəyişəcək 30 saniyə” şüarı altında hazırlanan qısa videoçağırış müsabiqəsinin qalibləri açıqlanıb, seçilmiş videoçarxların nümayişi və məşhur beynəlxalq ekoloqların video mesajları yayımlanıb, gənc ekoloqlar üçün interaktiv yarışma təşkil olunub. Forumun iştirakçıları diplomlarla təltif olunublar.

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.   Panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb. Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri eyni zamanda ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb. 2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq.   Nazır çıxışında “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.   Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.   Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.   İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır. Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib. Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq.    Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb. “Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb.   “Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir” deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır. “Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”.   Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.   Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.   Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.

"Plastik boru qaynaqçısı" ixtisasının baza modulları üzrə qiymətləndirmə həyata keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisasının 4 baza modulu üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.   “Ana dilində ünsiyyət”, “Şəxsi inkişaf və karyera planlaşdırılması”, “Peşə etikası” və “Sahibkarlıq” modulları üzrə ərizəçilərin bacarıq və səriştələri mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn müsahibə əsasında qiymətləndirilib.   Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.

“Biz zəfər qazandıq!" müsabiqə-sərgisi yekunlaşıb

“Biz zəfər qazandıq!" respublika onlayn rəsm müsabiqə-sərgisinə yekun vurulub.   Müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilib.   3 yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə 1127 rəsm işi daxil olub. Təqdim olunan işlərdən ibarət virtual sərgi təşkil edilib və kütləvi informasiya vasitələrində yayımlanır.   Qaliblər Təhsil Nazirliyinin diplom və fəxri fərmanları, həmçinin hədiyyələrlə təltif ediləcək.   Qeyd edək ki, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən rəsm müsabiqə-sərgisinin məqsədi gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, torpaqlarımızın işğaldan azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması olub. Həmçinin, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi də məqsədlər sırasındadır.    

Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən vətəndaşların müraciət, şikayət və təklifləri videoqəbul formatında dinlənilib.   Videoqəbulun təşkil edilməsində məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsidir. Videoqəbulların keçirilməsi həm vətəndaşlara, həm də vəzifəli şəxslərə müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.   Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər.   Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 iyun 2021-ci il tarixinədək fəaliyyətini dayandırıb. 15 fevral tarixindən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. 19 aprel tarixindən isə regionlarda da vətəndaşların videobağlantı vasitəsilə qəbulu həyata keçirilir.

“Nizami Gəncəvi ili”nə həsr olunan intellektual yarış

Mayın 2-də “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan intellektual yarış təşkil ediləcək.    Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə yarış IX-XI siniflər arasında keçiriləcək.    Yarışda iştirak üçün respublika üzrə 641 komanda qeydiyyatdan keçib. Yarış zamanı komandalar onlayn şəkildə 24 suala cavab verməlidirlər. Suallar Nizami Gəncəvi yaradıcılığı və həyatı barədə maraqlı faktları əhatə edəcək.    Yekunda qaliblər diplom, medal və hədiyyələrlə təltif ediləcəklər. 

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı