• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Maykl Fullan “Yeni çağırışlar”da qonaq olacaq

29 aprel saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Toronto Universitetinin fəxri professoru, “Dərin öyrənmə üçün yeni pedaqogika” Beynəlxalq Təşəbbüsün Qlobal Liderlik üzrə direktoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan olacaq. Maykl Fullan ilə təhsildə liderlik və dərin öyrənmə barədə danışılacaq.

 

Maykl Fullan, həmçinin, Toronto Universiteti Ontario Təhsil Araşdırmaları İnstitutunun keçmiş dekanıdır. O, təhsildə islahat və liderlik üzrə ən tanınmış mütəxəssislərdən hesab edilir. 40-dan çox liderlik və dərin öyrənmə üzrə kitabların müəllifidir. Professorun kitabları bir çox dildə çap olunub və qlobal mükafatlar qazanıb. Maykl Fullan 2003-2014-cü illərdə Ontarionun baş nazirinin təhsil məsələləri üzrə baş məsləhətçisi olub.

 

 Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq. 

 

“Yeni çağırışlar”da dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus,  dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, dietoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner və Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu qonaq olub.


3 il əvvəl