• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə I mərhələnin nəticələri

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsi üzrə I mərhələnin nəticələri açıqlanıb. Nəticələrə əsasən, müraciət edənlərdən 257 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb. Nəticələr müraciətçilərin şəxsi kabinetlərində yer alıb, həmçinin qeydiyyat nömrələrinə SMS bildiriş göndərilib.

 

Müsabiqənin növbəti test imtahan mərhələsi mayın 2-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Sözügedən mərhələyə dair məlumatlar namizədlərin şəxsi kabinetlərində yerləşdirilib.

 

Qeyd edək ki, peşə təhsili müəssisələrinə direktor müavini vəzifəsinə qəbul olmaq üçün ümumilikdə 31 vakant yer üzrə 416 nəfər tərəfindən 825 müraciət daxil olub. Müraciət edənlərdən 221 nəfəri kişi, 195 nəfəri qadındır. 388 nəfəri ali təhsilli, 28 nəfəri isə orta ixtisas təhsillidir.


3 il əvvəl