• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Quba rayonunda məktəblilər arasında şahmat üzrə Respublika çempionatının final mərhələsinə start verilib.

Noyabrın 10-dək davam edəcək yarışın təntənəli açılış mərasimində Təhsil Nazirliyinin, Rayon İcra Hakimiyyətinin və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yarışda 6 yaş qrupu üzrə 37 komanda öz qüvvələrini sınayır. 163 şahmatçının qatıldığı yarış FİDE qaydalarına əsasən 7 turdan ibarətdir.     Yarışın ilkin seçim mərhələsi Azərbaycanın müxtəlif rayonlarında yerləşən Uşaq Gənclər Şahmat məktəblərində keçirilib. Yarışda I yeri tutanlar Taylandda məktəblilər arasında keçiriləcək Dünya çempionatına, II yeri tutanlar isə Türkiyədə məktəblilər arasında keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar.

Marneulidəki Azərbaycan məktəblərinin 12 müəllimi Gürcüstan prezidentinin təqaüdünü alacaqdır

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı azərbaycandilli məktəblərin 12 müəllimi Gürcüstan Prezidenti təqaüdünə təqdim olunmaq üçün keçirilən seçkilərdən qalib çıxmışdır. Seçkilərdə rayon üzrə ayrılmış 15 yerə sahib olmaq uğrunda orta məktəblərin 80 müəllimi mübarizə aparmışdır. Rayonun Sadaxlı kəndindəki 2 nömrəli orta məktəbin müəllimi Leyla Paşayeva, Sabirkənd orta məktəbindən Tamilla Məmmədova, Əzizkənd orta məktəbinin təmsilçisi Amil Əhmədov, Birinci Kosalı orta məktəbinin müəllimi Osman Əliyev, Qasımlı orta məktəbindən Rüstəm Əliyev, Marneuli şəhərindəki 2 nömrəli orta məktəbin nümayəndəsi Dilarə Əlizadə, Kürdlər orta məktəbinin müəllimi Tükəzban İlyasova, Yuxarı Saral orta məktəbindən Məhəbbət Piriyev, Ağməmmədli orta məktəbinin müəllimi Şahbəddin Əliyev, Təzəkənd orta məktəbindən Esmira Muradova, Araplı orta məktəbindən Məhəmmədəli Xəlilov, Qaçağan kənd 1 nömrəli orta məktəbin müəllimi Xəzəngül Orucova daha çox səs toplayaraq bu şərəfli ada layiq görülmüşlər. Qalan yerləri isə rayondakı gürcü orta məktəblərinin müəllimləri tutmuşlar. Xatırladaq ki, bu tədris ilində ölkənin 500 müəllimi prezident təqaüdü alacaqdır. Onların hər birinə ayda 200 lari (1 dollar 1,63 laridir) məbləğində pul veriləcəkdir. AzərTAc

“Universitet qrantı” müsabiqəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi müsabiqəyə Təhsil Nazirliyi təşkilati dəstək göstərir. Yeni formatlı müsabiqənin (www.sdf.gov.az) təşkilində məqsəd ölkənin bir sıra ali təhsil müəssisələrində aparılan elmi araşdırma və tədqiqatlarla bağlı layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsidir. Müsabiqəyə ilk növbədə aşağıdakı ali təhsil müəssisələrindən təqdim olunmuş layihələr maliyyələşdiriləcək: Azərbaycan Dövlət Neft Akademiyası; Azərbaycan Tibb Universiteti; Azərbaycan Dövlət Aqrar Universiteti; Azərbaycan Dövlət İqtisad Universiteti; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Müsabiqəyə sənəd qəbulu 1 ay davam edəcək. Nəzərdə tutulan ali təhsil müəssisələrindən layihələr daxil olmadıqda və ya ilkin mərhələdən keçmədikdə, digər ali təhsil müəssisələrinin layihələri maliyyələşdiriləcək. Müsabiqənin nəticələrinin 2015-ci ilin 1-ci rübündə açıqlanması planlaşdırılır. Bu müddət ərzində qrant iddiaçılarına müvafiq seminarların keçirilməsi nəzərdə tutulub. Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin ümumi həcmi 910 000 manatdır. 

Noyabrın 4-də Təhsil Nazirliyi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr potensialının gücləndirilməsinə və inkişafına nail olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması kimi strateji vəzifələrin həyata keçirilməsinə təkan verməyə xidmət edir. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, real iqtisadi sektorda fəaliyyət göstərən müəssisələrlə, o cümlədən metallurgiya kompleksi ilə müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulması təqdirəlayiq haldır. Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi, müasir avadanlıqların quraşdırılması prosesi günbəgün sürətlənir. Nəticədə mövcud tələbata uyğun kadrların yetişdirilməsi zərurəti yaranır. Bu isə istehsal müəssisələri ilə təhsil ocaqlarının əməkdaşlığının genişləndirilməsini tələb edir. “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov isə bildirib ki, ölkəmizdə bir sıra yeni istehsal sahələrində kadr çatışmazlığı hiss olunur. Xüsusilə, yüksək səviyyəli peşə təhsili olan işçilərə tələbat böyükdür. Samir Cəfərov Təhsil Nazirliyi ilə memorandumun imzalanmasının bu sahədə boşluqları aradan qaldıracağına əmin olduğunu vurğulayıb. Çıxışlardan sonra təhsil naziri Mikayıl Cabbarov və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov memorandumu imzalayıblar. Memoranduma əsasən, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə xüsusi təqaüdün verilməsi və gələcəkdə bu ixtisaslara yiyələnmiş məzunların işə qəbulu təmin olunacaq. Bununla yanaşı, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və tələbələr “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də yay təcrübəsi proqramına qəbul ediləcək. Nazirliyin nəzdindəki ali təhsil müəssisələrinin professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılmasında, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin tərəfdaş kimi iştirakına, burada çalışan yüksək ixtisaslı mütəxəssislərin təhsil müəssisələrində tələbələr üçün seçmə mühazirələrinin təşkilinə şərait yaradılacaq. Memorandumda ali təhsil müəssisələrinin professor-müəllim heyətinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC –də məsləhətçi qismində işə cəlb olunması, birgə elmi-texniki işlərin aparılması, seminarların təşkili, eləcə də müştərək layihələrin işlənməsi və istehsalatda tətbiqi məsələləri də əksini tapıb. Əməkdaşlıq Memorandumu çərçivəsində tərəflər metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta ixtisas və ali təhsilin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsi üzrə birgə proqramların hazırlanması, həyata keçirilməsi və təbliği ilə bağlı öhdəlik götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk peşə-ixtisas təhsili müəssisələrində müvafiq maddi-texniki bazanın yaradılmasına, təhsilalanlarının bilik və bacarıqlarının qiymətləndirilməsinə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin mütəxəssislərinin də cəlb edilməsi nəzərdə tutulur.

Sumqayıt Dövlət Universitetində Ritorika Klubunun açılış mərasimi keçirilib.

Ali məktəbin müəllim və tələbələrinin iştirak etdiyi mərasimdə Ritorika Klubunun fəaliyyət sahələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, klub tələbələrin asudə vaxtının dəyərləndirilməsi və səmərəli təşkili, onların karyera inkişafı istiqamətləri üzrə fəaliyyət göstərəcək. Ritorika Klubun təlimçi bazasının yaradılmasına “Best Friends” Təhsil və Karyera, “Universal” Təhsil və Karyera, İnnovativ İnkişaf mərkəzləri dəstək göstərib. İlk təlim “Best Friends” Təhsil və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Fransa Respublikası Milli Assambleyasının (Parlamentin aşağı palatası) üzvü, Fransada Azərbaycan Dostları Assosiasiyasının sədri Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti Bakı Fransız Liseyi təhsil kompleksində olub.

Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayevin müşayiət etdiyi qonaqlar kompleksin tərkibinə daxil olan uşaq bağçası, ibtidai məktəb, kollec, yeməkxana korpusları və tədris prosesinin təşkili ilə tanış olublar. Fransalı nümayəndələr liseyin təlim-tədris prosesinin təşkilindən və təhsil ocağında yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Jan Fransua Mansel Fransa-Azərbaycan əməkdaşlığının məhsulu olan belə yüksək səviyyəli məktəbə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, liseyin pedaqoji kollektivinə və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.

Noyabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində “Gənclərin karyera inkişafı” mövzusunda seminar keçiriləcək.

“Azərsun Holdinq” şirkətlər qrupu tərəfindən təşkil edilən seminarda müvafiq mütəxəssislər iştirakçılara şirkətdəki mövcud vakansiyalar və karyera imkanları barədə məlumat verəcəklər. Bundan əlavə, tələbə və magistrlərin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər veriləcək müsahibədə iştirak edən namizədin davranış qaydaları, ən doğru CV yazılma üsullarından bəhs ediləcəkdir.

Noyabrın 8-də saat 14:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək.

Yürüşdə Bakı və  Sumqayıt  şəhərləri, Abşeron  rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının  və   “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir. “Bayraq yürüşü” marşrutunun Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur. 

Noyabrın 5-də “Turin prosesi və Azərbaycanda milli ixtisas çərçivəsinin həyata keçirilməsinə dəstək” mövzusunda seminar keçirilib.

“Seminar Turin prosesi” və “Milli İxtisas Çərçivəsi” olmaqla iki sahəyə həsr olunub. Seminarda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Xidməti, sahibkarlar təşkilatları, ilk peşə-ixtisas təhsili məktəbləri, həmkarlar ittifaqları, Təhsil Problemləri İnstitutu, QHT, böyük müəssisələr və araşdırma mərkəzlərinin nümayəndələri iştirak ediblər. Seminarda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində islahatlar aparılır. İslahatlar idarəetmə strukturu, ixtisasların formalaşması və yeni ixtisasların öyrənilməsi ilə bağlı sahələri əhatə edir. İlk peşə-ixtisas təhsili sahəsinin inkişafı ilə bağlı 2007-2012-ci illər üzrə dövlət proqramının artıq başa çatdığını xatırladan F.Qurbanov Təhsil Nazirliyində yeni proqramın hazırlanması üzərində iş aparıldığını bildirib. Nazir müavini artıq hədəflərin müəyyən edildiyini, təhlillərin aparıldığını vurğulayıb. Bunun əsasında 2020-ci ilə kimi peşə təhsilinin inkişafı ilə bağlı yeni proqramın hazırlanması gözlənilir. Seminarda Təhsil Nazirliyinin mütəxəssisləri 2014-cü il Turin prosesinin Azərbaycana dair hesabatının ilkin versiyasını təqdim ediblər. Təqdimatdan sonra müzakirələr aparılıb, peşə təhsili və təlimi sisteminin inkişafı üçün tövsiyələr və prioritetlər irəli sürülüb. Seminarın ikinci hissəsi Avropa Təlim Fondu ekspertlərinin milli ixtisas çərçivəsinin tətbiqinə göstərdiyi dəstəyin nəticələrinə həsr edilib. Bildirilib ki, Azərbaycan Respublikasının İxtisas Çərçivəsinin yaxın zamanda Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi gözlənilir. Avropa İttifaqı 2015-ci ilin ikinci yarısından etibarən təhsilə dəstək proqramı çərçivəsində Azərbaycan ixtisas çərçivəsinin tətbiqinə kömək göstərməyi planlaşdırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dərs ilinin müddəti ilə bağlı edilmiş dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, qeyd olunan normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılması Təhsil Nazirliyinin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaqdır.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı