SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 5-də “Turin prosesi və Azərbaycanda milli ixtisas çərçivəsinin həyata keçirilməsinə dəstək” mövzusunda seminar keçirilib.
“Seminar Turin prosesi” və “Milli İxtisas Çərçivəsi” olmaqla iki sahəyə həsr olunub.
Seminarda Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Xidməti, sahibkarlar təşkilatları, ilk peşə-ixtisas təhsili məktəbləri, həmkarlar ittifaqları, Təhsil Problemləri İnstitutu, QHT, böyük müəssisələr və araşdırma mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Seminarda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində islahatlar aparılır. İslahatlar idarəetmə strukturu, ixtisasların formalaşması və yeni ixtisasların öyrənilməsi ilə bağlı sahələri əhatə edir. İlk peşə-ixtisas təhsili sahəsinin inkişafı ilə bağlı 2007-2012-ci illər üzrə dövlət proqramının artıq başa çatdığını xatırladan F.Qurbanov Təhsil Nazirliyində yeni proqramın hazırlanması üzərində iş aparıldığını bildirib. Nazir müavini artıq hədəflərin müəyyən edildiyini, təhlillərin aparıldığını vurğulayıb. Bunun əsasında 2020-ci ilə kimi peşə təhsilinin inkişafı ilə bağlı yeni proqramın hazırlanması gözlənilir.
Seminarda Təhsil Nazirliyinin mütəxəssisləri 2014-cü il Turin prosesinin Azərbaycana dair hesabatının ilkin versiyasını təqdim ediblər. Təqdimatdan sonra müzakirələr aparılıb, peşə təhsili və təlimi sisteminin inkişafı üçün tövsiyələr və prioritetlər irəli sürülüb.
Seminarın ikinci hissəsi Avropa Təlim Fondu ekspertlərinin milli ixtisas çərçivəsinin tətbiqinə göstərdiyi dəstəyin nəticələrinə həsr edilib. Bildirilib ki, Azərbaycan Respublikasının İxtisas Çərçivəsinin yaxın zamanda Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi gözlənilir. Avropa İttifaqı 2015-ci ilin ikinci yarısından etibarən təhsilə dəstək proqramı çərçivəsində Azərbaycan ixtisas çərçivəsinin tətbiqinə kömək göstərməyi planlaşdırır.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl