SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Marneulidəki Azərbaycan məktəblərinin 12 müəllimi Gürcüstan prezidentinin təqaüdünü alacaqdır
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı azərbaycandilli məktəblərin 12 müəllimi Gürcüstan Prezidenti təqaüdünə təqdim olunmaq üçün keçirilən seçkilərdən qalib çıxmışdır.
Seçkilərdə rayon üzrə ayrılmış 15 yerə sahib olmaq uğrunda orta məktəblərin 80 müəllimi mübarizə aparmışdır. Rayonun Sadaxlı kəndindəki 2 nömrəli orta məktəbin müəllimi Leyla Paşayeva, Sabirkənd orta məktəbindən Tamilla Məmmədova, Əzizkənd orta məktəbinin təmsilçisi Amil Əhmədov, Birinci Kosalı orta məktəbinin müəllimi Osman Əliyev, Qasımlı orta məktəbindən Rüstəm Əliyev, Marneuli şəhərindəki 2 nömrəli orta məktəbin nümayəndəsi Dilarə Əlizadə, Kürdlər orta məktəbinin müəllimi Tükəzban İlyasova, Yuxarı Saral orta məktəbindən Məhəbbət Piriyev, Ağməmmədli orta məktəbinin müəllimi Şahbəddin Əliyev, Təzəkənd orta məktəbindən Esmira Muradova, Araplı orta məktəbindən Məhəmmədəli Xəlilov, Qaçağan kənd 1 nömrəli orta məktəbin müəllimi Xəzəngül Orucova daha çox səs toplayaraq bu şərəfli ada layiq görülmüşlər. Qalan yerləri isə rayondakı gürcü orta məktəblərinin müəllimləri tutmuşlar.
Xatırladaq ki, bu tədris ilində ölkənin 500 müəllimi prezident təqaüdü alacaqdır. Onların hər birinə ayda 200 lari (1 dollar 1,63 laridir) məbləğində pul veriləcəkdir.
AzərTAc
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl