• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov YUNİSEF-in Azərbaycan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Andro Şilakadzeni qəbul edib.

Görüş zamanı Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələr və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Litvanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası qəbul edib.

Görüş zamanı Azərbaycan və Litva arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə qalibi məlum olub.

 “Baku Crystal Hall”da təşkil olunan və AzTV telekanalı ilə yayımlanan oyunda əvvəlcə yarışın oktyabr ayı üzrə finalında oynayacaq 4-cü komanda müəyyənləşdirilib. Bu oyunun qalibi oktyabr ayının əvvəlki yarışlarının qalibləri olan “Nar Mobile”, “Allians” və “Aypara” ilə mübazirə aparmalı idi.  Dördüncü rəqibi müəyyənləşdirmək üçün finala çıxmayan komandaların təmsilçiləri arasında şans oyunu keçirilib. Bu qarşılaşmada “Ağdaş” komandasının üzvü qalib gəlib və komandasına ayın final oyununda iştirak etmək fürsəti qazandırıb. Final mərhələsinin ilk seçim görüşündə “Ağdaş” və “Allians” qarşılaşıb. “Allians” 5-3 hesabı ilə rəqibini üstələyib. İkinci seçim mübarizəsində isə “Nar Mobile” və “Aypara” gərgin oyun nümayiş etdiriblər. “Nar Mobile” bir xal fərqi ilə rəqibindən üstün olduğunu təsdiqləyib. Finalda “Nar Mobile” və “Allians” qarşılaşıb. Hər iki final görüşü 5-1 hesabı ilə birincinin xeyrinə başa çatıb. Bununla, “Nar Mobile” oktyabr ayının qalibi olub və “Bilik Kuboku”nun finalında oynamaq hüququ qazanıb.     “Breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcəklər. 

Paytaxt məktəblərində hazırlıq qrupları fəaliyyətə başlayıb

Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxtın 89 ümumtəhsil məktəbində məktəbəhazırlıq qrupları artıq fəaliyyətə başlayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin verdiyi məlumata görə, oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir. Qeyd edək ki, artıq 89 məktəbdə 135 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Burada uşaqlarla məşğələləri aparan təcrübəli, bacarıqlı, intellektual, müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərən ibtidai sinif müəllimləri həmçinin xüsusi təlim keçiblər. 2015-ci il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqların təhsil aldıqları məktəbəhazırlıq qrupları ödənişli əsaslarla aparılır və onun aylıq qiyməti 40 AZN təşkil edir. Bu proses valideynlə məktəb arasında bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil müəssisəsinin bank hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq qrupunu bitirən uşağa sonda rəsmi sənəd - arayış veriləcəkdir. Verilən məlumatda o da qeyd olunurdu ki, müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda yanvar ayının 10-dan başlayaraq iyun ayının sonunadək davam edəcəkdir.  Bəs görəsən layihəni həyata keçirmək uçün müəyyənləşdirilmiş məktəblərdə bu iş necə təşkil olunur? Təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün nə kimi işlər görülüb? Bu məqsədlə paytaxtın bir neçə məktəbində olduq.    Bu qruplar uşaqların məktəbə daha tez adaptasiyasına kömək edəcək  Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə artıq bir neçə gündür ki, məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Azərbaycan bölməsində 13, rus bölməsində 15 usaq olmaqla bütövlükdə 28 uşaq burada məşğul olur. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Elmira İbrahimova ilə həmin qruplarda olduq. Hər iki qrupda uşaqların rahat məşğul olmaları üçün hər cür imkan yaradılıb. Uşaqlarla məşğul olanlar müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, peşəkar ibtidai sinif müəllimləri Pərvanə Qasımova və Rəna Nəsirovadır. Müəllimlər bu qrupların məhz təhsil müəssisəsində açılmasının uşaqların məktəbə daha tez adaptasiya olunmasında, onların sosiallaşmasında əhəmiyyətli rol oynayacağını bildirdilər.    Məktəbdə bu qrupların fəaliyyəti xüsusi diqqətdə saxlanılır  Olduğumuz digər təhsil müəssisəsində - İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə də məktəbəhazırlıq qruplarının fəaliyyətinin xüsusi diqqətdə saxlanıldığının şahidi olduq. Məktəbin direktoru Firəngiz Həmidova bizi həmin qruplarla tanış etdi. Təhsil ocağında məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı zəruri təşkilati işlər görülüb. Fəaliyyət göstərən 3 məktəbəhazırlıq qruplarında bir rus və 2 Azərbaycan bölməsi olmaqla 42 usaq məşğul olur və həmin məşğələlər dərs cədvəlinə uyğun olaraq həftənin I, II, IV və V günləri aparılır. Məktəbin təcrübəli, peşəkar və müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimləri bu qruplara cəlb olunub. Direktor məktəbəhazırlıq qruplarının uşaqların kollektivçiliyə, digər həmyaşıdları ilə birgə məşğul olmağa öyrəşməsində, məktəb həyatına müəyyən qədər hazır olmasında əhəmiyyətli rol oynadığını söyləyərək bir təhsil işçisi kimi Təhsil Nazirliyi tərəfindən belə bir layihənin həyata keçirilməsini məktəbəqədər təhsilin inkişafında uğurlu bir addım kimi qiymətləndirdi.    Qrupların açılması valideynləri müəyyən problemlərdən azad edib  Mirzə Xosrov Axundzadə adına 102 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün lazımi avadanlıqlarla təchiz olunan iki kabinet ayrılıb. Məktəbin direktoru Mailə İsmayılova təhsil müssisəsində 2 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərdiyini, onlardan birinin rus, digərinin isə Azərbaycan bölməsi olmaqla ümumilikdə 30 uşağın burada məşğul olduğunu bildirdi. Məktəbdə bu qrupların fəaliyyəti ilə bağlı bütün təşkilati işlərin görüldüyünü, valideynlərlə məktəb arasında ikitərəfli müqavilələrin bağlanıldığını söyləyən direktor həmin qruplarda müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş, təcrübəli, bacarıqlı ibtidai sinif müəllimlərindən olan Sevinc Güləlizadənin və Məlahət Məmmədovanın məşğələ apardığını söylədi. Həftədə 4 gün 3 saat olmaqla keçirilən məşğələlərdə uşaqların ətraf aləmlə tanışlığı təmin olunur, onların nitqinin, bədii, məntiqi və sadə riyazi təfəkkürünün, həmçinin təsviri fəaliyyətinin, musiqi və fiziki mədəniyyətinin inkişafı ilə bağlı müəyyən işlər aparılır. Hər iki müəllimin uşaqlarla apardığı məşğələlərdə iştirak etdik. Məktəbəhazırlıqla bağlı xüsusi təlim keçən müəllimlər "Məktəbəqədər təhsil müəssisələri üçün təlim materiallarının təxmini planlaşdırılması ( metodik tövsiyə)", "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin proqramı (kurikulumu) 3-6 yaş" və digər tövsiyə olunan kitablardan istifadə edirdilər. Məşğələlərdə uşaqların fəallığı xüsusi hiss olunurdu. Məktəbin direktoru Mailə İsmayılova məktəbəhazırlıq qruplarının açılmasının təqdirəlayiq olduğunu deyərək hazırlıq qruplarının fəaliyyət göstərməsinin xüsusilə valideynləri müəyyən problemlərdən azad etdiyini bildirdi. Belə ki, onsuz da valideynlər uşaqlarını müəyyən bir bəlli yaşdan sonra müxtəlif məktəbəhazırlıq kurslarına qoymağı düşünürlər. Bu zaman oradakı təhsil haqqı heç də əksər valideynlərin cibinə uyğun olmadığı üçün ancaq müəyyən bir təbəqə həmin xidmətlərdən istifadə edə bilirdi. Bəzən isə yolun uzaqlığı və ya müxtəlif adlar altında fəaliyyət göstərən məktəbəqədər hazırlıq kurslarında uşaqların çox yüklənməsi də valideynləri narahat edirdi. Valideynlər məhz məktəbdə məktəbəhazırlıq qruplarının açılmasından, məşğələlərin təcrübəli ibtidai sinif müəllimləri tərəfindən aparılmasından və xidmət haqqının onlar üçün münasib olmasından olduqca razıdırlar.   "Azərbaycan müəllimi" 

Bolonya prosesi təhsilimizə nə verib?

Təşəkkül tarixi ötən əsrin sonlarına təsadüf edən Bolonya prosesi Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Ölkəmiz bu prosesə 2005-ci il mayın 19-da qoşulub. Gələn il Bolonya Bəyannaməsini imzalamağımızın 10 ili tamam olur. Hər bir yeniliyin tətbiqində olduğu kimi, Bolonya prosesinə qoşulanda da ölkəmizdə ilk vaxtlar bunu təqdir edənlər və məqbul saymayanlar var idi. Təxminən 6 il öncə Bolonya prosesinin mahiyyəti ilə bağlı ali məktəblərin birində apardığımız sorğu zamanı bir professor sanki bu prosesi ölkəmiz üçün məqbul saymayanların fikrini ifadə edərək demişdi: "Bu ona bənzəyir ki, palma ağacını gətirib Bakıda əkirsən". Professorun ironiyasına rəğmən "palma ağacı" nəinki ölkəmizə gətirilərək əkilib, həm də artıq kök atıb, şaxələnib. Azərbaycan Bolonya Bəyannaməsini imzalayanda onun bəzi müddəaları, prinsipləri artıq ölkəmizdə tətbiq olunurdu. Belə ki, 1992-ci ildə qəbul olunmuş "Təhsil haqqında" Qanuna əsasən ikipilləli ali təhsilə, çoxballı qiymətləndirmə sisteminə keçilmiş və bu sahələrdə xeyli müsbət təcrübə toplanmışdı. 2005-ci ildən isə bu sahədə aparılan işlərin Bolonya sisteminin tələblərinə uyğunlaşdırılmasına, bəyannamədə nəzərdə tutulan digər müddəaların, o cümlədən kredit sisteminin (Avropa Kredit Transfer Sisteminin) tətbiqinin, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsinin, mobilliyin genişləndirilməsinin, ixtisasların və diplomların qarşılıqlı tanınmasının, diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılmasının, məzunların işlə təminatına nail olunmasının, ali təhsil sisteminin cəlbediciliyinin təmin edilməsinin gerçəkləşdirilməsinə başlanılıb. İlkin mərhələdə ölkənin 10 ali məktəbində bəzi ixtisaslarda eksperimental qaydada tətbiq olunan kredit sistemi sonra bütün ali məktəbləri və ixtisasları əhatə edib. Prosesin tətbiqi ilə bağlı bir sıra normativ sənədlər hazırlanaraq təsdiq edilib. Ölkəmizdə təhsilin dünya təhsil sisteminə, xüsusən də ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiya prosesi və Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədi ilə ölkə başçısı tərəfindən 31 yanvar 2008-ci il tarixində "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa   ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalanıb. Həmin sərəncama əsasən "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" qəbul olunaraq icrası təmin edilib. Bütün bunların nəticəsi olaraq deyə bilərik ki, son 10 ildə Bolonya prosesi ölkəmizdə tam tətbiqini tapıb. Bəs bu proses Azərbaycan təhsilinə nə verib? Təhsil Nazirliyindən Azərbaycanın Bolonya prosesinə qoşulmasının aşağıdakı kimi üstünlükləri olduğu bildirilib:   * Azərbaycanın ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası; * Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında mobilliyinin asanlaşdırılması (eyni zamanda bir ölkənin ali təhsil müəssisələri arasında); * Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında məşğulluq (işədüzəlmə) prosesinin asanlaşdırılması; * Diploma əlavənin vahid modelinin yaradılması ilə məzunların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırması; * Uzunömürlü təhsil almaq imkanlarının yaradılması (ali təhsil müəssisələrindən akademik uğursuzluğa görə xaric olunmanın aradan qaldırılması); * Hər bir tələbəyə fərdi yanaşma; * Hər bir müəllimin tədris etdiyi kursa (fənnə) sərbəst yanaşması; * Tələbələrə öz təhsil prosesini seçməkdə sərbəstliyin verilməsi (məs., müəllim və fənn seçimində sərbəstliyi); * Yay semestri imkanlarından istifadə; * Tədrisi vaxtından əvvəl bitirmə imkanları (bakalavriat səviyyəsində 3.5 il, magistratura səviyyəsində 1.5 il); * Diplomların ekvivalentliyi və qarşılıqlı tanınması imkanları. Sualı bu sahənin biliciləri kimi tanınan mütəxəssislərə ünvanladıq. Aşağıda onların qeydlərini təqdim edirik:   * * *     Hamlet İSAXANLI,   Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor   Avropa dövlətləri iqtisadi, siyasi və digər məsələlərdə birləşdiyi kimi təhsil sahəsində də müəyyən edilmiş ümumi qaydaların tətbiqini zərirət hesab edirdi. Avropa təhsil sistemində müəyyən harmonizasiyanın yaradılması, ahəngdarlığın təmin edilməsi məqsədilə ilk dəfə Fransanın Sorbon Universitetində 4 Avropa ölkəsinin iştirakı ilə memorandum imzalandı. Bundan sonra İtaliyanın Bolonya Universitetində bir çox Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Bolonya prosesinin tətbiqi ilə bağlı bəyannamə imzalandı. Müxtəlif illərdə, Avropa ölkələri get-gedə bu prosesə qoşulurdu. Prosesin tətbiqində əsas məqsəd o idi ki, Avropa ölkələrinin təhsil sistemləri bir-birini başa düşsün. Lakin bu o demək deyildir ki, bütün Avropa təhsil sistemi eyniləşsin və standarta salınsın. Çoxpilləli təhsil, kredit sistemi, təhsilin keyfiyyətinin qarşılıqlı qiymətləndirilməsi, tələbə, müəllim mobilliyi, diplomların qarşılıqlı tanınması Bolonya prosesinin əsas müddəalarıdır. Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşuldu. Həmin dövrdə çoxları bu prosesin nədən ibarət olduğunu başa düşmürdü. Biz Xəzər Universitetində bir sıra ali təhsil müəssisələrinin dekanlarının seminarlarını təşkil etdik və proses haqqında geniş məlumatlar verdik. Bununla bağlı həmin dövrdə mətbuatda da bir sıra məqalələr yazdım və Bolonya prosesinin mahiyyətini açıqlamağa çalışdım. Prosesin tətbiqi zamanı bir çox çətinliklər baş verirdi. Geniş təbliğat aparılmasına baxmayaraq bu proses Avropadakı kimi tam başa düşülmədi və bu gün də bununla bağlı müəyyən problemlər var. Ölkəmizdə bu prosesin tətbiqinin bizə verdiyi ən vacib amillərdən biri kredit sistemidir. Bu sistem demək olar ki, bütün ali təhsil müəssisələrində tətbiq olunur. Xəzər Universiteti yarandığı gündən bu günə qədər kredit sistemini tətbiq edir. Çünki biz Amerika təhsil sistemini əsas götürürük və düşünürdük ki, bu sistem gec-tez Avropada da öz təsdiqini tapacaq. Ancaq Bolonya prosesinin Azərbaycana bundan başqa elə bir xeyri olduğunu düşünmürəm. Buna səbəb respublikamızda bu prosesin də müəyyən qədər standartlaşdırılmasıdır. Qeyd edim ki, Bolonya prosesinə qoşulmuş ölkələrin qarşısına konkret şərtlər qoyulmur, sadəcə tövsiyələr edilir. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində universitetlərə sərbəstlik verilir. Həmin universitetlərdə dövlət tərəfindən təsdiq edilmiş xüsusi tədris planı olmur. Buna misal olaraq Amerikanı göstərmək olar. Amerikada universitetlərə nəzarət edən qurum belə yoxdur. Hətta orada belə bir deyim var ki, Amerika təhsilinin gücü onun sistemsiz olmasındadır. Yəni, universitetlər tam sərbəstdirlər. Qəbulu da özləri aparır, diplomu da özləri verir. Bolonya prosesinin əsas prinsiplərindən biri məhz keyfiyyətdir. Bu keyfiyyəti almaq üçün isə universitetlərə muxtariyyət və sərbəstlik verilməli, standart tədris planı olmamalıdır. Təsəvvür edək ki, kompüter elmləri ilə bağlı tez-tez yeniliklər baş verir və həmin yeniliklərin tədrisi ilə bağlı tədris planında heç nə nəzərdə tutulmur. Deməli, bu yeniliklər tələbəyə çatdırılmır və ya gec çatdırılır. Tədris planı dinamik olmalıdır. Bolonya prosesinin də ana prinsiplərindən biri standartlaşdırmadan uzaq durmaqdır. Prosesdə hər hansı bir dərsin müəyyən edilmiş krediti yoxdur. Lakin bu məqama bizdə bir o qədər də fikir verilmir. Buna görə də bir çox çatışmazlıqlarımız var. Ona görə də düşünürəm ki, Bolonya prosesi Azərbaycanda kredit sisteminin tətbiqindən başqa tədrisin keyfiyyətinə təsir edəcək elə bir köklü dəyişiklik gətirməyib. Lakin Avropa universitetləri ilə tələbə mübadilələri, diplomların tanınması və sair kimi məsələlərdə müsbət mənada dəyişikliklər var. Düşünürəm ki, dünyada gedən elmi proseslərlə, yeniliklərlə yaxından tanış olmalıyıq. Ölkə olaraq elmi potensialımızı artırmalıyıq. Universitetlərimizdəki professor-müəllim heyəti yerində saymamalıdır. 15-20 il bundan qabaq tətbiq olunan tədris planları əsasında dərslər aparmamalı, yeniliklərə can atmalıdır.  * * *     Elturan YUSİFOV,  Gəncə Dövlət Universiteti tədris-metodika bölməsinin müdiri   Avropa təhsil sisteminə qoşulmaqla Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün Avropa ölkələrinin təhsil sistemini əhatə edən Bolonya prosesinə qoşulmaqla təhsil sistemimiz dünya təhsil sisteminə çıxış əldə etdi. Bolonya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir. Bolonya prosesinə qoşulmaqla Azərbaycan təhsilinin humanistləşdirilməsi prosesinə start verilmiş oldu. Tələbənin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni Dövlət Standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Tələbənin həftəlik auditoriya saatlarının miqdarı 36-dan 26-ya qədər azaldılmış, tələbələrin sərbəst hazırlaşmasına diqqət artırılmışdır. Bolonya prosesinə keçidlə əlaqədar tələbələr üçün daha operativ və müasir biliklər almaq, eyni zamanda təlimin, tədrisin keyfiyyətini yaxşılaşdırmaq və digər baxımlardan bu sistemin geniş imkanlar açdığını görmək mümkündür. Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində olmağı nəzərdə tutur. Bolonya prosesi əsasında magistraturada təhsil alan tələbəyə 2 il müddətində hər hansı sahə üzrə daha dərinləşdirilmiş biliklərin verilməsi vacibdir. Bu da dünyada sınaqdan çıxan bir üsuldur. Azərbaycan təhsili bu sistemə inteqrasiya olunmaqla dünya təhsil sisteminə inteqrasiya olunub. Boloniya prosesi ixtisas sistemi dərinləşdirilən biliklərin verilməsi baxımından da üstünlüklərə malikdir. Bu keçidi Azərbaycanın təhsil tarixində mütərəqqi proses adlandırmaq olar. Boloniya prosesi geriyədönməz prosesdir. O, günümüzün reallığıdır. Bolonya prosesinin tətbiqi məsələsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb. Azərbaycan təhsilinin bir hissəsi olan Gəncə Dövlət Universitetində də tədrisin kredit sistemi əsasında qurulması professor-müəllim heyəti və tələbələr qarşısında yeni üfüqlər açıb. Universitetin beynəlxalq əlaqələri genişlənmiş, Avropa Birliyinin TEMPUS, ERASMUS və Türkiyə Cümhuriyyətinin Mövlanə proqramları çərçivəsində tələbə mübadiləsi həyata keçirilib.   "Azərbaycan müəllimi" qəzeti

Təhsil Nazirliyinin idman məktəblərinin yetirmələri Gürcüstanın Batumi şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında iştirak ediblər.

Azərbaycan şahmatçıları 11 gün davam edən çempionatda parlaq uğur qazanıblar. 6 yaş qrupu üzrə keçirilmiş yarışa Avropanın 45 ölkəsindən 989 şahmatçı qatılıb. Şahmatçılarımızdan Gəncə şahmat məktəbinin yetirməsi Ülviyyə Fətəliyeva 18 yaşlı qızlar arasında I yeri, Sumqayıt şahmat məktəbinin yetirməsi Mələk İsmayıl 10 yaşlı qızlar arasında I yeri, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının Şahmat Klubundan Gövhər Beydullayeva 12 yaşlı qızlar arasında II yeri, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin idmançısı Aydan Höccətova 16 yaşlı qızlar arasında III yeri, Naxçıvan şahmat məktəbinin yetirməsi Pərviz Qasımov 14 yaşlı oğlanlar arasında III yeri tutublar. Nəticədə Azərbaycan şahmatçıları çempionatda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, komanda hesabında 2-ci yeri əldə ediblər.                               

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin bu dəfəki qonağı Harvard Universiteti Kennedi İdarəçilik Məktəbinin magistirantı Fuad Hüseynovdur.

Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir.

Qeyd olunan ali təhsil müəssisəsi tərəfindən 1 və yaxud 2 illik Dövlət siyasəti, Makroiqtisadi siyasət, Dövlət maliyyəsi, İqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, 5 illik GRİPS Qlobal idarəetmə və Siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və 3 illik doktorantura proqramları təklif edilir. Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur. Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər 14 noyabr 2014-cü il tarixinədək müraciət (http://www.grips.ac.jp/en/admissions/apply/) edə bilərlər.   Elan

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalı ictimaiyyət tərəfindən geniş şəkildə istifadə olunmağa başlayıb.

Bu günə qədər portaldan istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir. Qeyd edək ki, portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur. Aşağıdakı cədvəldə fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikası əksini tapıb.    S Dərsliyin adı E-pub Oflayn Onlayn Cəmi 1 Biologiya 6-cı sinif 103 103 391 597 2 Azərbaycan dili 6-cı sinif 171 135 440 746 3 Fizika 6-cı sinif 61 71 208 340 4 Coğrafiya 6-cı sinif 37 50 141 228 5 Azərbaycan tarixi 6-cı sinif 106 106 210 422 6 Ümumi tarix 6-cı sinif 47 44 146 237 7 Həyat bilgisi 6-cı sinif 31 25 92 148 8 İngilis dili 6-cı sinif 82 129 310 521 9 Riyaziyyat 6-cı sinif 133 127 386 646 10 İnformatika 6-cı sinif 19 26 85 130   Cədvəldən göründüyü kimi, daha çox Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunub. Hələlik yalnız Azərbaycan bölməsi üzrə 6-cı sinif elektron dərsliklər portala yerləşdirilib. Cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulub.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5659 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,7 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4990 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlər, əsasən sorğu xarakterli olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. 1234 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1352 sənəd (528 ərizə, 650 məktub, 174 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox diplomların tanınması, müəllimlərin yerdəyişməsi, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və bərpası ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə (1356 zəng) və cümə (1345 zəng) günləri, əsasən, saat 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə həftənin çərşənbə (1211 müraciət), cümə (1155 müraciət) və cümə axşamı (1138 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək daha çox müraciət edilib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı