• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 4-də Təhsil Nazirliyi ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti arasında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.

Memorandumun imzalanmasında məqsəd 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, metallurgiya sənayesinin kadr potensialının gücləndirilməsinə və inkişafına nail olunmasını dəstəkləməkdən ibarətdir. Həmçinin, razılaşma “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə insan kapitalının inkişafı, iqtisadiyyatın qlobal məkana uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha səmərəli faydalanması kimi strateji vəzifələrin həyata keçirilməsinə təkan verməyə xidmət edir.
Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, real iqtisadi sektorda fəaliyyət göstərən müəssisələrlə, o cümlədən metallurgiya kompleksi ilə müvafiq ixtisaslar üzrə kadr hazırlığı aparan ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri arasında birbaşa əməkdaşlıq əlaqələrinin qurulması təqdirəlayiq haldır. Ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi, müasir avadanlıqların quraşdırılması prosesi günbəgün sürətlənir. Nəticədə mövcud tələbata uyğun kadrların yetişdirilməsi zərurəti yaranır. Bu isə istehsal müəssisələri ilə təhsil ocaqlarının əməkdaşlığının genişləndirilməsini tələb edir.
“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov isə bildirib ki, ölkəmizdə bir sıra yeni istehsal sahələrində kadr çatışmazlığı hiss olunur. Xüsusilə, yüksək səviyyəli peşə təhsili olan işçilərə tələbat böyükdür. Samir Cəfərov Təhsil Nazirliyi ilə memorandumun imzalanmasının bu sahədə boşluqları aradan qaldıracağına əmin olduğunu vurğulayıb.
Çıxışlardan sonra təhsil naziri Mikayıl Cabbarov və “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov memorandumu imzalayıblar.
Memoranduma əsasən, “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC tələbələrin istehsalat təcrübələrinin təşkili, yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə xüsusi təqaüdün verilməsi və gələcəkdə bu ixtisaslara yiyələnmiş məzunların işə qəbulu təmin olunacaq. Bununla yanaşı, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və tələbələr “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də yay təcrübəsi proqramına qəbul ediləcək. Nazirliyin nəzdindəki ali təhsil müəssisələrinin professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılmasında, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin tərəfdaş kimi iştirakına, burada çalışan yüksək ixtisaslı mütəxəssislərin təhsil müəssisələrində tələbələr üçün seçmə mühazirələrinin təşkilinə şərait yaradılacaq. Memorandumda ali təhsil müəssisələrinin professor-müəllim heyətinin “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC –də məsləhətçi qismində işə cəlb olunması, birgə elmi-texniki işlərin aparılması, seminarların təşkili, eləcə də müştərək layihələrin işlənməsi və istehsalatda tətbiqi məsələləri də əksini tapıb.
Əməkdaşlıq Memorandumu çərçivəsində tərəflər metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta ixtisas və ali təhsilin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsi üzrə birgə proqramların hazırlanması, həyata keçirilməsi və təbliği ilə bağlı öhdəlik götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk peşə-ixtisas təhsili müəssisələrində müvafiq maddi-texniki bazanın yaradılmasına, təhsilalanlarının bilik və bacarıqlarının qiymətləndirilməsinə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin mütəxəssislərinin də cəlb edilməsi nəzərdə tutulur.


10 il əvvəl