SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fransa Respublikası Milli Assambleyasının (Parlamentin aşağı palatası) üzvü, Fransada Azərbaycan Dostları Assosiasiyasının sədri Jan Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti Bakı Fransız Liseyi təhsil kompleksində olub.
Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayevin müşayiət etdiyi qonaqlar kompleksin tərkibinə daxil olan uşaq bağçası, ibtidai məktəb, kollec, yeməkxana korpusları və tədris prosesinin təşkili ilə tanış olublar. Fransalı nümayəndələr liseyin təlim-tədris prosesinin təşkilindən və təhsil ocağında yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Jan Fransua Mansel Fransa-Azərbaycan əməkdaşlığının məhsulu olan belə yüksək səviyyəli məktəbə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, liseyin pedaqoji kollektivinə və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl