• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 iyul tarixli Sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilib.

Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb.  Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989 – 1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib. 1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət  və Turizm Nazirliyi Aparatının rəhbəri olub. 2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

İyulun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsinə - imtahanlara başlanılıb.

İmtahanların ilk günündə alman dili, əmək hazırlığı, fiziki tərbiyə, fransız dili, informatika, musiqi və nəğmə, rus dili, rus dili və ədəbiyyatı və təsviri incəsənət fənləri üzrə müəllimlər iştirak edir. Alman dili fənni üzrə 4 yerə 59 nəfər, əmək hazırlığı fənni üzrə 21 yerə 312 nəfər, fiziki tərbiyə fənni üzrə 134 yerə 648 nəfər, fransız dili fənni üzrə 11 yerə 101 nəfər, informatika fənni üzrə 193 yerə 1113 nəfər, musiqi və nəğmə fənni üzrə 49 yerə 127 nəfər, rus dili fənni üzrə 27 yerə 148 nəfər, rus dili və ədəbiyyatı fənni üzrə 1 yerə 75 nəfər və təsviri incəsənət fənni üzrə 28 yerə 199 nəfər ərizə verib. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. Hər bir iştirakçı imtahanın nəticəsini bilərək zalı tərk edir. İmtahanlar başa çatdıqdan sonra bu gün yerləşdirmə aparılacaq və nəticəsi barədə məlumat imtahanda iştirak edən müəllimlərin şəxsi səhifəsinə göndəriləcəkdir.

İyulun 21-də Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir çərçivəsində KİV nümayəndələri Heydər Əliyev Mərkəzində hazırda fəaliyyət göstərən sərgiləri və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə başlanan tanışlıq “Azərbaycan inciləri: tarixin axarında”, “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti”, Adrian Steirnin "Afrikanın vəhşi təbiəti", Toni Kreqqin və Anri Kartye-Bressonun "Paris" sərgilərinə baxışla davam etdirilib. Jurnalistlər burada nümayiş olunan əsərləri, eksponatları böyük maraqla izləyiblər. Tədbirdə KİV nümayəndələrinə 22 iyul - jurnalistlərin peşə bayramı münasibətilə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub. 

İyulun 22-də təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin bir qrupu ilə görüşüb.

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Mikayıl Cabbarov bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ötən əsrin 70-80-ci illərindən azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilməsi ilə yaxşı bir ənənənin əsası qoyulub. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərdiyini vurğulayan nazir hazırda bu siyasətin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdırıb. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyən nazir qeyd edib ki, gəncliyin müasir tələblər səviyyəsində yetişməsinə ayrılan vəsait ölkənin, xalqın firavan gələcəyinin daha etibarlı təminatına zəmin yaradır. Müstəqilliyimizin bərpasından qısa müddət keçməsinə baxmayaraq hər il minlərlə azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərinə qəbul olur, xarici dillərdə təhsillərini davam etdirir. Bu da onların Azərbaycanda aldıqları möhkəm təhsil təməllərinə arxalanır. Görüşdə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmış yeni tələbələrə ilk dəfə olaraq “DP təqaüd kart”ları təqdim edilib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk tələbələrin bir qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Niderland Krallığı, Avstraliya, Almaniya, Polşa, Fransa, ABŞ, Finlandiya, İtaliya, Rusiya Federasiyası, Belçika, İspaniya və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Harvard, Kembridc, Lund, Melburn universitetləri və Parisin Ali Kommersiya Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Xaricdə təhsil üzrə Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün sənəd qəbulu 22 may - 08 avqust tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur. 2007-2013-cü illərdə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmış gənclərin ümumi sayı 2612 nəfərdir.

Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan Təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə birgə sentyabrın 4-dən 13-dək Quba rayonunda Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi təşkil edəcək.

Bununla bağlı, Təhsil Nazirliyi Yay Məktəbində iştirakçı və spiker (təlimçi) qismində iştirak etmək üçün elan verib.   Yay Məktəbinin əsas məqsədi təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə töhfə vermək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir. Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq. Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı və ya spiker (təlimçi) qismində çıxış etmək üçün müraciət edə bilərlər. Ətraflı məlumat http://madad.net/az/announcement45.phphttp://madad.net/az/announcement46.php internet səhifələrində yerləşdirilib. Müraciət üçün son tarix avqustun 4-dür.

İyulun 11-dən 21-dək İsmayıllı şəhərində keçirilən məktəblilərin Respublika Şahmat Olimpiadasında Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin yetirmələri uğur qazanıblar.

Olimpiadada yarışlar 2 qrup üzrə keçirilib. 11-16 yaşlı məktəblilərin yarışdığı A qrupunda 180 şahmatçıdan ibarət 50 komanda, yaşı 11-dən az olan şahmatçıların yarışdığı B qrupunda 150 şahmatçıdan ibarət 61 komanda qələbə uğrunda mübarizə aparıb. A qrupu üzrə yekun nəticələrə əsasən, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin komandası I yerə çıxıb. Şəxsi nəticələrə görə, Respublika şahmat məktəbinin yetirməsi İlkin Rəhimli 16 yaşlı oğlanlar arasında II yeri tutub. Ümumi turnirdə qızlar arasında ən yaxşı nəticəni isə məktəbin digər şahmatçısı Nigar Mustafazadə göstərərək 16 yaşlı qızlar arasında I yeri qazanıb. B qrupunda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin komandası II yeri əldə edib. Şəxsı nəticələrə görə, 10 yaşlı oğlanlar və eyni yaşlı qızlar arasında məktəbin yetirmələri Atilla Eynullayevla Nəcibə Orucova II yerləri tutublar.

Təhsil nazirinin müavini Ceyhun Bayramovun APA İnformasiya Agentliyinə müsahibəsi

Ceyhun Bayramov: “Regional təhsil idarələrinin yaradılmasında məqsəd nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır” – MÜSAHİBƏ “Hazırda rayon təhsil şöbələrində çalışan təcrübəli və peşəkar kadrlar regional təhsil idarələrində işlə təmin olunacaqlar” “Növbəti həftə ərzində nazir Mikayıl Cabbarovun sədrliyi ilə bütün yerli təhsil şöbələrinin iştirakı ilə geniş müşavirə keçiriləcək”  - Azərbaycan prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda dəyişikliklər edilib, rayon (şəhər) təhsil şöbələri bazasında regional təhsil idarələri yaradılıb. Belə qərarın qəbul olunması hansı zərurətdən qaynaqlanırdı?  - Məlum olduğu kimi, 2013-cü il oktyabrın 24-də Azərbaycan prezidenti təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı təsdiq edib. Strategiyada islahatların aparılacağı 5 əsas fəaliyyət istiqamətlərindən biri – idarəetmədir. Təhsil islahatlarını sistemli şəkildə aparmaq və təhsilin inkişafına daha yüksək töhfələr vermək üçün təhsilin idarəetmə sistemi yenidən qurulmalıdır.  Burada əsas məqsəd kimi təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması çıxış edir. Müasir təhsili idarəetmə strukturu fəaliyyətin nəticələrinə görə cavabdehlik daşıyan inzibati orqanların formalaşdırılması, regionların sosial-iqtisadi inkişafı üçün tələb olunan kadr hazırlığının təmin edilməsi, tənzimləmə və əməliyyat funksiyalarının bir-birindən ayrılması, akkreditasiya, sertifikatlaşdırma və peşə təhsili üzrə yeni idarəetmə strukturlarının yaradılması, təhsil müəssisələrinin say və növlərinin rasionallaşdırılması, pillələr və səviyyələr üzrə təhsilin strukturunun təkmilləşdirilməsini ehtiva edir. Ona görə də prezidentin iyulun 24-də imzaladığı Sərəncam idarəetmə sahəsində aparılacaq islahatların başlanğıcı kimi dəyərləndirilməlidir.  Sirr deyil ki, bir çox hallarda yerli təhsil qurumları daha çox passiv müşahidəçi rolunda çıxış edərək maliyyə və inzibati resurslarının yetərsizliyi səbəbindən qəbul olunmuş qərarların tam və vaxtlı-vaxtında icrasını çətinliklərlə həyata keçirir, məktəblərdəki vəziyyətə, kadrların yerləşdirilməsinə, tədris prosesinin düzgün təşkil olunmasına lazımi dəstək göstərə bilmirdilər. Düşünürük ki, təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin regional strukturlarının yaradılması, onlara geniş səlahiyyətlərin verilməsi ilə yanaşı məsuliyyətlərinin artırılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması nöqteyi-nəzərdən deyil, həmçinin digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq. Nəticə etibarilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi yolu ilə yerlərdə təhsilin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq.  - Dəyişikliklər nəticəsində yerli təhsil şöbələri tamamilə ləğv olunacaqsa, rayonda cari təhsil məsələləri hansı səviyyədə və necə həll ediləcək?  - Sərəncamda regional təhsil idarələrinin, belə desək, “sıfırdan” yaradılması nəzərdə tutulmur. Əksinə onlar 2015-ci ilin yanvarın 1-dək fəaliyyətini davam etdirəcək rayon (şəhər) təhsil şöbələrinin bazasında, sonuncuların transformasiyası yolu ilə yaradılacaq. Təbii ki, hər bir rayonda təhsil məsələlərinə cavabdeh regional idarələrin nümayəndələri olacaq ki, onlar da öz səlahiyyətləri çərçivəsində müvafiq məsələlərin operativ həlli ilə məşğul olacaq, əvvəlki funksiyalarını davam etdirəcəklər.  Burada bir mühüm məsələyə də toxunmaq istərdim. Təhsil sahəsi geniş mənada təkcə Təhsil Nazirliyinin müstəsna xidmət dairəsinə aid olan sahə kimi qəbul edilməməlidir. Ulu öndərimiz Heydər Əliyev dediyi kimi, təhsil ümumxalq, ümumdövlət işidir. Bütün dövrlərdə dövlət strukturları əl-ələ verib bu vəzifəni müvəffəqiyyətlə həyata keçirməyə çalışıblar. Ona görə Təhsil Nazirliyi də yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqədə bu fəaliyyəti davam etdirəcək və əhalinin ümumi rifahı baxımından öz töhfəsini verməyə çalışacaq.  - Ləğv olunan şöbələrdə çalışan işçilərin aqibəti necə olacaq, onların yeni strukturlarda yerləşdirilməsi nəzərdə tutulurmu?  - Yuxarıda söylədiyim kimi, yeni qurumlar əvvəlki təhsil şöbələrinin bazasında yaradılacaq. Təbii ki, hazırda RTŞ-lərdə çalışan təcrübəli və peşəkar kadrlar bu strukturlarda işlə təmin olunacaqlar. Dövlət başçısının sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı növbəti həftə ərzində nazir Mikayıl Cabbarovun sədrliyi ilə bütün yerli təhsil şöbələrinin iştirakı ilə geniş müşavirə keçiriləcək. Müşavirədə o cümlədən, regional idarələrin fəaliyyət istiqamətləri, vəzifələri, struktur quruluşu, ştat sayı və digər məsələlər ətraflı müzakirə olunacaq. Sərəncamın icrası üçün ayrılmış müddət ərzində bütün məsələlər öz həllini tapacaq.   www.apa.az

Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilib.

Liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar. Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin profilinə uyğun olaraq imtahan verəcəklər. Müsabiqədə iştirak etmək istəyən şagirdlər avqustun 12-dək liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Elan

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ilə (“Qaynar xətt” xidməti, telefon: 146) Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8761 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə çox) və Kommutator xidmətinə 3500-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6756 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (onlar əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və qaldırılan məsələlər operativ həll olunub. 1167 vətəndaş sorğusuna uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1683 sənəd (782 məktub, 754 ərizə, 147 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu və ali təhsil ilə bağlı məsələlər əksini tapıb. Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə günü (2036 zəng), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə (1634 müraciət) və çərşənbə axşamı (1411 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.

Təhsil Nazirliyi tərəfindən Ramazan bayramı münasibətilə Göygöl rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün ailələrə bayram sovqatı paylanılıb.

Nazirlik hər il olduğu kimi, Ramazan bayramı ərəfəsində kəlbəcərli məcburi köçkün ailələrin yanında olmaq, Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara yardım etmək və mənəvi dəstək göstərmək ənənəsinə sadiq qalıb. 1250 ailə üçün nəzərdə tutulmuş bayram sovqatı nazirliyin nümayəndələri tərəfindən Göygöl rayonunda müvəqqəti məskunlaşmış kəlbəcərli ailələrə paylanılıb. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib və işğal olunmuş torpaqlarımızın ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə azad olunacağına ümidvar olduqlarını bildiriblər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı