• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 11-dən 21-dək İsmayıllı şəhərində keçirilən məktəblilərin Respublika Şahmat Olimpiadasında Təhsil Nazirliyinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin yetirmələri uğur qazanıblar.

Olimpiadada yarışlar 2 qrup üzrə keçirilib. 11-16 yaşlı məktəblilərin yarışdığı A qrupunda 180 şahmatçıdan ibarət 50 komanda, yaşı 11-dən az olan şahmatçıların yarışdığı B qrupunda 150 şahmatçıdan ibarət 61 komanda qələbə uğrunda mübarizə aparıb.
A qrupu üzrə yekun nəticələrə əsasən, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin komandası I yerə çıxıb. Şəxsi nəticələrə görə, Respublika şahmat məktəbinin yetirməsi İlkin Rəhimli 16 yaşlı oğlanlar arasında II yeri tutub. Ümumi turnirdə qızlar arasında ən yaxşı nəticəni isə məktəbin digər şahmatçısı Nigar Mustafazadə göstərərək 16 yaşlı qızlar arasında I yeri qazanıb.
B qrupunda Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər şahmat məktəbinin komandası II yeri əldə edib. Şəxsı nəticələrə görə, 10 yaşlı oğlanlar və eyni yaşlı qızlar arasında məktəbin yetirmələri Atilla Eynullayevla Nəcibə Orucova II yerləri tutublar.


10 il əvvəl