• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 21-də Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir çərçivəsində KİV nümayəndələri Heydər Əliyev Mərkəzində hazırda fəaliyyət göstərən sərgiləri və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə başlanan tanışlıq “Azərbaycan inciləri: tarixin axarında”, “Bakıya uçuş: müasir Azərbaycan incəsənəti”, Adrian Steirnin "Afrikanın vəhşi təbiəti", Toni Kreqqin və Anri Kartye-Bressonun "Paris" sərgilərinə baxışla davam etdirilib. Jurnalistlər burada nümayiş olunan əsərləri, eksponatları böyük maraqla izləyiblər.
Tədbirdə KİV nümayəndələrinə 22 iyul - jurnalistlərin peşə bayramı münasibətilə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub. 


10 il əvvəl