• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyulun 21-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin II mərhələsinə - imtahanlara başlanılıb.

İmtahanların ilk günündə alman dili, əmək hazırlığı, fiziki tərbiyə, fransız dili, informatika, musiqi və nəğmə, rus dili, rus dili və ədəbiyyatı və təsviri incəsənət fənləri üzrə müəllimlər iştirak edir.
Alman dili fənni üzrə 4 yerə 59 nəfər, əmək hazırlığı fənni üzrə 21 yerə 312 nəfər, fiziki tərbiyə fənni üzrə 134 yerə 648 nəfər, fransız dili fənni üzrə 11 yerə 101 nəfər, informatika fənni üzrə 193 yerə 1113 nəfər, musiqi və nəğmə fənni üzrə 49 yerə 127 nəfər, rus dili fənni üzrə 27 yerə 148 nəfər, rus dili və ədəbiyyatı fənni üzrə 1 yerə 75 nəfər və təsviri incəsənət fənni üzrə 28 yerə 199 nəfər ərizə verib.
İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin əsas və 2-ci korpusunda keçirilir. Hər bir iştirakçı imtahanın nəticəsini bilərək zalı tərk edir.
İmtahanlar başa çatdıqdan sonra bu gün yerləşdirmə aparılacaq və nəticəsi barədə məlumat imtahanda iştirak edən müəllimlərin şəxsi səhifəsinə göndəriləcəkdir.


10 il əvvəl