• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Mədəd Azərbaycan Təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə birgə sentyabrın 4-dən 13-dək Quba rayonunda Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi təşkil edəcək.

Bununla bağlı, Təhsil Nazirliyi Yay Məktəbində iştirakçı və spiker (təlimçi) qismində iştirak etmək üçün elan verib.  
Yay Məktəbinin əsas məqsədi təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə töhfə vermək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.
Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbində iştirakçı və ya spiker (təlimçi) qismində çıxış etmək üçün müraciət edə bilərlər. Ətraflı məlumat http://madad.net/az/announcement45.phphttp://madad.net/az/announcement46.php
internet səhifələrində yerləşdirilib. Müraciət üçün son tarix avqustun 4-dür.


10 il əvvəl