• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Noyabrın 18-də təhsil naziri Misir Mərdanov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul edib.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu bildirərək iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında təhsil əlaqələrinin genişləndirilməsinin əhəmiyyətindən danışan nazir bu sahədə müvafiq addımlar atılmasının vacibliyini qeyd edib. Misir Mərdanov ümidvar olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti dövründə təhsil əlaqələri daha da yüksələcək və qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək. Nazir həmçinin səfir Fəhd bin Əli əl-Düsəriyə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzulayıb. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən səfir   son illər iki ölkə arasındakı mövcud əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın təhsilin müxtəlif sahələri üzrə aparılmasının zəruriliyini qeyd edən səfir məhz bu zaman mühüm irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirib. Fəhd bin Əli əl-Düsəri ölkəmizin təhsil sahəsində qazandığı nailiyyətlərdən məlumatlı olduğunu diqqətə çatdırıb. Görüşdə hər iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin yaradılması, təhsil sahəsində qarşılıqlı əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.  

Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə start verib.

 Təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək.  Müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan “Göstərişlər”ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim edə bilərlər. Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.   İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsində iştirak üçün göstərişlər  

İyulun 6-da SABAH qruplarına qəbul imtahanı keçiriləcək. İmtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 1- ci tədris binasında təşkil olunacaq.

Burada ölkənin 34 ali təhsil müəssisəsinndən seçilmiş 1-ci kurs tələbələrinin iştirakı nəzərdə tutulub. Ümumilikdə, 53 ixtisası əhatə edən tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla ümumi 50 sualı 1,5 saat ərzində cavablandırmalıdır. Hər bir test sualı 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavabları ixtisar etmir. İmtahanın nəticələri emal olunduqdan sonra Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və sabah.edu.az saytında yerləşdiriləcək. Qeyd edək ki, SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dan iyunun 15-dək aparılıb.   

İyulun 6-daTəhsil Nazirliyi tərəfindən SABAH qruplarına qəbul imtahanı keçirilib.

 İmtahan Azərbaycan Dövlət İqtisad və Naxçıvan Dövlət Universitetlərində təşkil olunub. İmtahan saat 10:00-da başlayıb və 11:30-da başa çatıb. Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla, ümumilikdə 50 sualı cavablandırıblar. Hər bir sual 1 balla qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir. İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan olunacaqdır. Nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və www.sabah.edu.az saytında yerləşdiriləcəkdir. İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Hər iki mərhələdən-test imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər. Qeyd edək ki,  ali təhsil sistemində yeni yaradılan SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib. Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH qrupları müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması işinə böyük təkan verəcəkdir. Növbəti tədris ilindən 1300 tələbə II kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.    

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.

Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam etməkdədir. Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda Nazirlik tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib. Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb. Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz. http://cabmin.gov.az/?/az/pressreliz/view/1379/ Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkifaşı və xalqımızın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər. Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcəkdir.

Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul edib.

Özəl ali təhsil müəssisəsi olan Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) fəaliyyətinə verilmiş 5 illik lisenziyanın müddəti 2013-cü ilin sonunda başa çatıb. Lisenziyanın müddətinin uzadılması ilə bağlı universitet tərəfindən təqdim edilmiş sənədlər diqqətlə araşdırılıb, habelə Təhsil Nazirliyinin əmri ilə yaradılmış ekspert qrupu ali məktəbin fəaliyyəti ilə yerində tanış olub. Aparılmış araşdırma nəticəsində AİSU-da tədris prosesinin formal xarakter daşıdığı, elmi-pedaqoji heyətinin pozuntularla komplektləşdirildiyi və kafedraların mövcud qaydalara zidd təşkil olunduğu müəyyən edilib. Universitetin maddi-texniki bazasının yerində yoxlanılması göstərib ki, ayrı-ayrı şəxslərdən icarəyə götürülmüş mənzillərdə yerləşən bu ali təhsil müəssisəsində yaradılmış şərait Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2012-ci il tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin minimal tələblərinə uyğun gəlmir. Qeyd olunan nöqsan və çatışmazlıqların bu ali təhsil müəssisəsində tədris prosesinin davam etdirilməsinin qeyri-mümkün etdiyini nəzərə alaraq, Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədə olma müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edib. Universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi və bununla əlaqədar digər təşkilati işlərin həyata keçirilməsi məqsədi ilə İşçi Komissiyası yaradılıb. Sabahdan etibarən komissiya universitetdə təhsil alan tələbələri və onların valideynlərini qəbul edib, ixtisasları və təhsil haqqı baxımından uyğun gələn digər ali təhsil müəssisələrində onların yerləşdirilməsi məsələlərinin həlli ilə məşğul olacaqdır. Təhsil Nazirliyi tələbələrin diqqətinə çatdırır ki, onların müvafiq ali təhsil müəssisələrində yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və qısa müddət ərzində başa çatdırılacaqdır. Cari ilin məzunları diplomlarını Azərbaycan İctimai-Siyasi Universitetindən alacaqlar. Təhsil Nazirliyi onu da qeyd edir ki, lisenziyanın geri alınması özü-özündə hüquqi şəxs kimi universitetin ləğvi demək deyil və qanunvericiliklə müəyyən edilmiş şərtlər yerinə yetirildiyi halda, bu qurum ali təhsil fəaliyyətinin göstərilməsi məqsədi ilə lisenziya üçün yenidən müraciət etmək hüququna malikdir.

İyulun 7-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak ediblər. Təhsil Nazirliyinin nümayəndələri SABAH qruplarına qəbul imtahanları, ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüdün verilməsi, xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılması, İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması, müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri, Beynəlxalq Bakalavriat Proqamı üzrə nəticələr, ictimai təşəbbüslərin dəstəklənməsi ilə bağlı QHT-lər və ekspertlər arasında növbəti qrant müsabiqəsinin elan olunması və digər məsələlər haqqında ətraflı məlumat veriblər. Mətbuat konfransında Təhsil Nazirliyinin əməkdaşları media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir.

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahatyönümlü tədbirlər davam etdirilir. Təhsil Nazirliyi tərəfindən bu sahədə ötən bir il ərzində əhəmiyyətli qərarlar qəbul olunub. 2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə, kolleclərə “ibtidai sinif müəllimliyi” və “informatika müəllimliyi” ixtisaslarına qəbul dayandırılıb. Kolleclərdə  “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb. İlk dəfə olaraq Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub. Müəllimlərin yerdəyişməsi və mərkəzləşdirilmiş qaydada işə qəbulu  elektron mexanizmlər əsasında  müsabiqə yolu ilə həyata keçirilir. Ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlanır. Növbəti tədris ilindən müəllimlərin praktik təcrübəsi ilə bağlı da yenilik tətbiq olunacaqdır. Belə ki, müəllim hazırlığı prosesində təcrübə müddətinin uzadılması nəzərdə tutulur. Bu məqsədlə məktəblərdə gələcək müəllimlər üçün təcrübə saatları artırılacaqdır. Yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcəkdir. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcəkdir. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcəkdir. Əğər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcəkdir.

Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşların nəzərinə!

 14 iyul 2014-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron rayonunda və Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək. Qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 8, 9, 10, və 11 iyul 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu da Bakı şəhər məktəblərində çalışan müəllimlərin 96 faizini təşkil edir.

Sınaq qiymətləndirilmənin nəticələri ilə bağlı təhlillər aparılıb və yekun rəy bütövlükdə qənaətbəxş hesab olunub. Sınaq qiymətləndirilmənin nəticələri müəllimlərin hansı siniflərdə dərs deyə bilmək imkanları, dərs saatlarının optimal bölüşdürülməsi, yeni tədris texnologiyalarından istifadə səviyyəsi, üfüqi ünsiyyət qura bilmək səriştəsi ilə bağlı ətraflı məlumat bazasını əks etdirir. Sınaq qiymətləndirilmədə iştirak edən müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Bunlardan 18,2 faizi yüksək nəticə göstərmiş müəllimlərdir. Coğrafiya və riyaziyyat müəllimləri nisbətən yüksək, Azərbaycan dili və ədəbiyyat, kimya müəllimləri isə nisbətən zəif nəticə göstəriblər. Ümumilikdə, zəif nəticə göstərən müəllimlərin gələcəkdə təşkil ediləcək ixtisasartırma kurslarında, pilot və digər inkişafyönümlü layihələrdə, öyrədici təlimlərdə iştirakı nəticələrin keyfiyyətcə dəyişməsi üçün imkanlar yaradılacaq.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı