SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 7-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak ediblər.
Təhsil Nazirliyinin nümayəndələri SABAH qruplarına qəbul imtahanları, ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüdün verilməsi, xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan tələbələrin aylıq təqaüdlərinin məbləğinin artırılması, İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması, müəllimlərin sınaq qiymətləndirilməsinin nəticələri, Beynəlxalq Bakalavriat Proqamı üzrə nəticələr, ictimai təşəbbüslərin dəstəklənməsi ilə bağlı QHT-lər və ekspertlər arasında növbəti qrant müsabiqəsinin elan olunması və digər məsələlər haqqında ətraflı məlumat veriblər.
Mətbuat konfransında Təhsil Nazirliyinin əməkdaşları media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl