• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyi “İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi”nə start verib.

 Təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək. 
Müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan “Göstərişlər”ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim edə bilərlər.
Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.
 
 


10 il əvvəl