• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.

Təhsil Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası və Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin ixtisas biliklərinə tam yiyələnmələri və keyfiyyətli təhsil almaları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatlar davam etməkdədir.
Xaricdə təhsil alan tələbələr tərəfindən Təhsil Nazirliyinə ünvanlanan çoxsaylı təklif və müraciətlər əsasında, eyni zamanda Nazirlik tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə aparılan araşdırmalar nəticəsində, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin maddi rifahının yaxşılaşdırılması və onların təhsil aldığı ölkələrdəki inflyasiya şəraitinə uyğun olaraq xərclərinin qarşılanmasında rahatlıqlarının təmin olunması məqsədilə 2014-2015-ci tədris ilindən etibarən ABŞ, İsveçrə və Çində təhsil alan təqaüdçülərin aylıq təqaüdlərinin məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2014-cü il tarixli, 220 nömrəli qərarı ilə dəyişiklik edilib.
Dəyişiklik nəticəsində, ABŞ-ın yaşayış səviyyəsi yüksək olan şəhərlərinin siyahısına Los-Anceles, San-Fransisko şəhərləri də əlavə edilərək aylıq təqaüdlərin məbləği 1900 ABŞ dollarına, digər şəhərlər üçün isə 1400 ABŞ dollarına çatdırılıb. Eyni zamanda, İsveçrə və Çin (Honkonq və Şanxay şəhərləri) üzrə də aylıq təqaüdlərin məbləği müvafiq ardıcıllıqla 1400 avroya və 1050 ABŞ dollarına qaldırılıb.
Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz.
Əminik ki, Dövlət Proqramı çərçivəsində təhsil alan bütün tələbələr yüksək akademik nailiyyətlərlə məzun olduqdan sonra qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, Azərbaycanın gələcək inkifaşı və xalqımızın rifahı naminə aparılan islahatlar prosesinə öz töhfələrini verəcəklər.
Dövlət Proqramının effektiv və səmərəli icrası istiqamətində islahatlar bundan sonra da davam etdiriləcəkdir.


10 il əvvəl