SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 25-də Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə peşə təhsili və təlimi sahəsində partnyorluq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə “Turin prosesi – perspektivlər və problemlər” mövzusunda seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri iştirak edib. Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, “Turin prosesi” interaktiv bir proses olaraq, ayrı-ayrı ölkələrin peşə təhsili və təlimi sahəsində həyata keçirilən siyasətin faktlar əsasında təhlilini aparmaq, eyni zamanda bu sahədə son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq ümumi inkişaf strategiyasının formalaşmasına yardım etməkdir. Bununla yanaşı, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin üzvü Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franko Krestani və mütəxəssisi Yan Cumming çıxış edərək peşə təlimi və təhsili sisteminin cəlbediciliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi zərurətindən danışıblar. Bildirilib ki, bu, yalnız təhsil müəssisələrinin və Təhsil Nazirliyinin əsas vəzifəsi olmamalıdır, burada sosial partnyorların iştirakı da çox zəruridir. Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində peşə təhsili və təliminin mövcud vəziyyəti, problemlər və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərinin ümumiləşdirərək seminar təşkilatçılarına çatdırıblar. Bununla yanaşı, seminar iştirakçıları bu cür tədbirlərin mütəmadi keçirilməsini və maraqlı tərəflərin peşə təhsili və təlimi sahəsində konkret əməkdaşlıq modellərinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Seminar işini qruplar üzrə davam etdirib.
08/07/2015 16:52
Hörmətli tələbələr, nəzərinizə çatdırırıq ki, SABAH qrupları üzrə test imtahanı 06 iyul 2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək.
Siz, imtahanda iştirak üçün buraxılış vərəqəsini 25 iyun 2014-cü il tarixindən 02 iyul 2014-cü il tarixinədək ixtisasınıza uyğun Baza Ali Təhsil Müəssisələrində müvafiq otaqlardan əldə edə bilərsiniz. *Gəncə ali təhsil müəssisələrindən və Mingəçevir Politexnik İnstitutundan müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən əldə edə bilərlər. *Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Naxçıvan Dövlət Universitetindən əldə edə bilərlər. *Lənkəran Dövlət Universitetindən müraciət edən tələbələr bildirişləri Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər.
08/07/2015 16:52
İyunun 27-də «Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin ilkin nəticələri, təhsil sistemində FARABI layihəsinin tətbiqi vəziyyəti və perspektivlər» mövzusunda təqdimat mərasimi keçirilib.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, adambaşına maliyyələşməyə keçid, ali məktəblərin maliyyə-təsərrüfat fəaliyyətinin optimallaşdırılması yollarını müzakirə etməkdən ibarət olub. Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, ali məktəblərin rektorları və digər qonaqlar iştirak ediblər. Maliyyə naziri Samir Şərifov informasiya texnologiyalarının təhsil sektorunun idarəolunması sisteminə inteqrasiyasının mütərəqqi hal olduğunu qeyd edərək bildirib ki, yeni sistem ali təhsil müəssisələrinin gəlirlərinin artırılması imkanlarına daha səmərəli yanaşmağı, səmərəli büdcə planlanması sisteminə keçidi təmin edəcəkdir. Bu baxımdan ali təhsil müəssisələrində maliyyə mühasibatlıq sisteminin yeni tələblər səviyyəsində qurulması, professor-müəllim heyətinə keyfiyyət əmsalına görə ödənişlərin edilməsi, tələbə təqaüdlərinin təhsildə uğurlu nəticələrə görə hesablanması vacib amillərdəndir. Təhsil naziri Mikayıl Cabbarov ölkəmizin ali təhsil sistemində yeni maliyyələşdirmə sisteminin tətbiq olunduğunu və bunun da yeni maliyyə idarəetmə mexanizmini formalaşdırdığını qeyd edib. Bu da ali təhsil müəssisələrində korporativ idarəetməni, kafedraların optimallaşdırılmasını, universitetlərin hüquqi statusunun çevik təşkilini, bununla da əlavə vəsaitlərin cəlb olunma imkanlarını və təhsilverənlərin işinin keyfiyyət əmsalı ilə dəyərləndirilməsini tələb edir. Nazir yeni təqdim olunan FARABI sisteminin ali təhsil müəssisələrinin maliyyə və mühasibat hesabatlılığını milli və beynəlxalq standartlar səviyyəsində tam şəkildə avtomatlaşdırmağa, maliyyə-idarəetmə imkanlarını genişləndirməyə, eləcə də insan resurslarının idarəolunmasında bir sıra əlavə modulların tətbiqinə imkan verəcəyini bildirib. Ali təhsil müəssisələrinin yeni maliyyə mənbələrinin axtarışı, maliyyə səmərəliliyinin artırılması mövzusunda Təhsil Nazirliyinin sektor müdiri Emin Əmrullayevin və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının təqdimatları maraqla qarşılanıb. SİNAM şirkətinin rəhbəri Elçin Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı FARABI layihəsinin təqdimatını edib. Sonra çıxışlar ətrafında müzakirələr aparılıb, ali təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri qeyd olunan məsələlər haqqında fikirlərini bildiriblər.
08/07/2015 16:52
Müəllimlərin yerdəyişməsi üzrə müsabiqə başa çatıb.
Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmri ilə təsdiq olunmuş Qaydalara müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. 2014-cü ilin may ayında yerlərdən daxil olmuş vakansiyalar Təhsil Nazirliyində təhlil olunub və elan edilib. 1-10 iyun tarixlərində elektron ərizələrin qəbulu aparılıb, ərizəsi təsdiq edilmiş 771 nəfər müəllim yerdəyişmə üzrə müsabiqəyə buraxılıb. 17-23 iyun 2014-cü il tarixlərində keçirilmiş müsabiqənin 1-ci mərhələsində test tapşırıqlarının yerinə yetirilməsinin nəticəsi olaraq ən yüksək bal toplamış namizədlərdən 140 nəfəri 2-ci mərhələyə-müsahibəyə buraxılıb. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin yekun nəticəsinə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb. Fənlər üzrə nəticələr belə olub: Tarix müəllimi-20 nəfər; İbtidai sinif müəllimi-16 nəfər; Azərbaycan dili və ədəbiyyat müəllimi-11 nəfər; Coğrafiya müəllimi-10 nəfər; Biologiya müəllimi-10 nəfər; Fizika müəllimi-9 nəfər; Riyaziyyat müəllimi-7 nəfər; İngilis dili müəllimi-6 nəfər; Kimya müəllimi-2 nəfər; Musiqi müəllimi-2 nəfər; İnformatika müəllimi-1 nəfər; Rus dili müəllimi-1 nəfər; Fiziki tərbiyə müəllimi-1 nəfər. İş yerini dəyişən 96 müəllimin şəhərlər (rayonlar) üzrə seçimi belə olub: Bakı şəhərini 40 nəfər; Gəncə şəhərini 4 nəfər; Şirvan şəhərini 1 nəfər; Abşeron rayonunu 5 nəfər; Goranboy, Hacıqabul və Tovuz rayonlarının hər birini 4 nəfər; İsmayıllı və Oğuz rayonlarının hər birini 3 nəfər; Ağdam, Bərdə, İmişli və Şəmkir rayonlarının hər birini 2 nəfər; Ağdaş, Ağstafa, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Laçın, Lənkəran, Masallı, Qəbələ, Qobustan, Quba, Sabirabad, Tərtər, Xaçmaz, Xızı, Yardımlı və Yevlax rayonlarının hər birini isə 1 nəfər seçərək yerini dəyişib. Müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin nəticələri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Noyabrın 18-də “Gülüstan” sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri Xiyabana gələrək ümummilli liderimiz Hedər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlayıb, sonra kollecin fəaliyyəti, tarixi və bu günü haqqında film nümayiş olunub. Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək yubiley tədbirinin iştirakçılarını salamlayıb. Təhsil naziri kollecin yubileyinin belə yüksək səviyyədə qeyd edilməsini dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirib.Misir Mərdanov qeyd edib ki, yubiley ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin bir neçə əməkdaşı “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif edilib. Misir Mərdanov Təhsil Nazirliyi kollegiyasının qərarı ilə kollecin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri fərmanlarına layiq görülmüş əməkdaşlarının adlarını açıqlayıb, müəllim və tələbələri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva “Ömürlərdə izi qalmış təhsil ocağı” adlı məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev, YAP sədrinin müavini Əli Əhmədov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin çıxışlarında təhsil ocağının tarixən formalaşmış mütərəqqi ənənələrindən söz açılıb, kollecin məzunları olmuş görkəmli alim və ziyalılar xatırlanıb, yubilyarların ünvanına xoş sözlər deyilib. Yubiley mərasimində AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və Milli Məclisin Sosial-siyasət komissiyasının sədri Hadi Rəcəbli təbrik nitqi söyləyiblər. Sonda kollecin tələbələri “Zəkanın nurunda” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
08/07/2015 16:52
İyunun 28-də Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turnirinin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Fövqəladə Hallar nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birgə tədbirdə ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və Belarusdan olan təmsilçilər də iştirak ediblər. Yarışa qatılan beynəlxalq təmsilçilər respublikamızın 16 rayon və şəhər komandalarının iştirakçıları ilə birlikdə "maneələr zolağı","kombinə edilmiş yanğın estafeti","axtarış-xilsaetmə işi","komandaların təqdimatı" mərhələlərində güclərini sınayıblar. Qəbələ mədəniyyət mərkəzində keçirilən yarışların təntənəli bağlanış mərasimində iştirakçı ölkələrin təmsilçilərinin təqdim etdiyi bədii yaradıcılıq nümunələri maraqla qarşılanıb. Beynəlxalq tədbirin təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər. “Gənc xilasedici və yanğınsöndürən” yarışı ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir. Yarışın keçirilməsinin məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir.
08/07/2015 16:52
İyunun 28-də təhsil naziri Mikayıl Cabbarov Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, xaricdə təhsil, təhsil müəssisəsinin tipinin dəyişdirilməsi, fəxri adların verilməsi və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 56 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
İyulun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul 2014-cü il tarixində saat 18:00-da başa çatacaqdır. 16-19 iyul 2014-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcəkdir. İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması nəzərdə tutulub.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları növbəti dəfə beynəlxalq yarışdan uğurla qayıdıblar.
Yunanıstanın Kavala şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında Azərbaycanın 5 zəka sahibi medal qazanıb. Şahmatın rapid növü üzrə keçirilən dünya çempionatında Aytən Əmrayeva (17 yaş) qızıl, Nərmin Məmmədova (15 yaş) gümüş, Xanım Balacayeva (13 yaş) bürünc medala sahib olub. Blits yarışında isə zəka sahiblərindən Aydın Süleymanlı (9 yaş) gümüş və Fikrət Mustafazadə (7 yaş) bürünc medal əldə ediblər. Şahmatçılarımız Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilərin klassik şahmat üzrə Avropa çempionatında da uğurlu nəticələr göstəriblər. Zəka sahiblərimizdən Aytən Əmrayeva (17 yaş) gümüş, Nərmin Məmmədova (15 yaş) və Aydın Süleymanlı (9 yaş) bürünc medala layiq görülüblər.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin iyun ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 6965 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox), Kommutator Xidmətinə isə 3250-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4657 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 11622 müraciətin 9245-i (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. 1037 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1328 sənəd (509 ərizə, 626 məktub, 193 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Vətəndaşların şikayət xarakterli 12 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Daxil olan müraciətlərdə daha çox müəllimlərin yerdəyişməsi, müəllimlərin sınaq qiymətləndirilməsi, təhsil sənədlərinin alınması, diplomların tanınması, ali və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin bazar ertəsi (2205 zəng) və cümə (1415 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1132 müraciət) və çərşənbə axşamı (1064 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı