SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 6-daTəhsil Nazirliyi tərəfindən SABAH qruplarına qəbul imtahanı keçirilib.
İmtahan Azərbaycan Dövlət İqtisad və Naxçıvan Dövlət Universitetlərində təşkil olunub. İmtahan saat 10:00-da başlayıb və 11:30-da başa çatıb. Tələbələr imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla, ümumilikdə 50 sualı cavablandırıblar. Hər bir sual 1 balla qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir.
İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan olunacaqdır. Nəticələr Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və www.sabah.edu.az saytında yerləşdiriləcəkdir.
İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələr müsahibəyə buraxılacaq. Hər iki mərhələdən-test imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali təhsil müəssisələrində davam etdirəcəklər.
Qeyd edək ki, ali təhsil sistemində yeni yaradılan SABAH qruplarına daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb. Bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə 2500-dən çox tələbə qeydiyyatdan keçib.
Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH qrupları müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması işinə böyük təkan verəcəkdir. Növbəti tədris ilindən 1300 tələbə II kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı ailələrdən olan tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl