• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 25-də Bakıda Təhsil Nazirliyi və Avropa Təlim Fondunun birgə təşkilatçılığı ilə peşə təhsili və təlimi sahəsində partnyorluq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə “Turin prosesi – perspektivlər və problemlər” mövzusunda seminar keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Avropa İttifaqının və Avropa Təlim Fondunun nümayəndələri iştirak edib. Seminarda çıxış edən Təhsil Nazirliyinin İlk peşə-ixtisas təhsili sektorunun müdiri Namiq Məmmədov bildirib ki, “Turin prosesi” interaktiv bir proses olaraq, ayrı-ayrı ölkələrin peşə təhsili və təlimi sahəsində həyata keçirilən siyasətin faktlar əsasında təhlilini aparmaq, eyni zamanda bu sahədə son 2 ildə həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətlərin ayrı-ayrı ölkələr üzrə müqayisəsini apararaq ümumi inkişaf strategiyasının formalaşmasına yardım etməkdir.
Bununla yanaşı, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin üzvü Rza Zülfüqarzadə, Avropa Təhsil Fondunun Azərbaycan üzrə koordinatoru Franko Krestani və mütəxəssisi Yan Cumming çıxış edərək peşə təlimi və təhsili sisteminin cəlbediciliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi və əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi zərurətindən danışıblar. Bildirilib ki, bu, yalnız təhsil müəssisələrinin və Təhsil Nazirliyinin əsas vəzifəsi olmamalıdır, burada sosial partnyorların iştirakı da çox zəruridir.
Seminar iştirakçıları daha sonra işçi qrupları şəklində peşə təhsili və təliminin mövcud vəziyyəti, problemlər və perspektivlərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərinin ümumiləşdirərək seminar təşkilatçılarına çatdırıblar. Bununla yanaşı, seminar iştirakçıları bu cür tədbirlərin mütəmadi keçirilməsini və maraqlı tərəflərin peşə təhsili və təlimi sahəsində konkret əməkdaşlıq modellərinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Seminar işini qruplar üzrə davam etdirib. 


10 il əvvəl