SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 18-də “Gülüstan” sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri Xiyabana gələrək ümummilli liderimiz Hedər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Təntənəli mərasim dövlət himninin səslənməsi ilə başlayıb, sonra kollecin fəaliyyəti, tarixi və bu günü haqqında film nümayiş olunub.
Mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək yubiley tədbirinin iştirakçılarını salamlayıb. Təhsil naziri kollecin yubileyinin belə yüksək səviyyədə qeyd edilməsini dövlətimizin təhsil sahəsinə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirib.Misir Mərdanov qeyd edib ki, yubiley ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə kollecin bir neçə əməkdaşı “Azərbaycan Respublikasının əməkdar müəllimi” adına layiq görülüb və “Tərəqqi” medalı ilə təltif edilib.
Misir Mərdanov Təhsil Nazirliyi kollegiyasının qərarı ilə kollecin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına və Fəxri fərmanlarına layiq görülmüş əməkdaşlarının adlarını açıqlayıb, müəllim və tələbələri təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Nurlana Əliyeva “Ömürlərdə izi qalmış təhsil ocağı” adlı məruzə ilə çıxış edib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyev, YAP sədrinin müavini Əli Əhmədov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin çıxışlarında təhsil ocağının tarixən formalaşmış mütərəqqi ənənələrindən söz açılıb, kollecin məzunları olmuş görkəmli alim və ziyalılar xatırlanıb, yubilyarların ünvanına xoş sözlər deyilib.
Yubiley mərasimində AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və Milli Məclisin Sosial-siyasət komissiyasının sədri Hadi Rəcəbli təbrik nitqi söyləyiblər.
Sonda kollecin tələbələri “Zəkanın nurunda” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl