SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 28-də Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı və “Gənc xilasedici” beynəlxalq turnirinin yekunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Fövqəladə Hallar nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birgə tədbirdə ölkəmizin ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Qırğızıstan və Belarusdan olan təmsilçilər də iştirak ediblər. Yarışa qatılan beynəlxalq təmsilçilər respublikamızın 16 rayon və şəhər komandalarının iştirakçıları ilə birlikdə "maneələr zolağı","kombinə edilmiş yanğın estafeti","axtarış-xilsaetmə işi","komandaların təqdimatı" mərhələlərində güclərini sınayıblar.
Qəbələ mədəniyyət mərkəzində keçirilən yarışların təntənəli bağlanış mərasimində iştirakçı ölkələrin təmsilçilərinin təqdim etdiyi bədii yaradıcılıq nümunələri maraqla qarşılanıb. Beynəlxalq tədbirin təntənəli bağlanış və qaliblərin mükafatlandırılması mərasimlərində fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
“Gənc xilasedici və yanğınsöndürən” yarışı ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqəladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarətdir. Yarışın keçirilməsinin məqsədi yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin aşılanması, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun aşılanması, məktəblilər arasında sağlam həyat tərzinin təbliğidir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl