SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları növbəti dəfə beynəlxalq yarışdan uğurla qayıdıblar.
Yunanıstanın Kavala şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə dünya və Avropa çempionatlarında Azərbaycanın 5 zəka sahibi medal qazanıb.
Şahmatın rapid növü üzrə keçirilən dünya çempionatında Aytən Əmrayeva (17 yaş) qızıl, Nərmin Məmmədova (15 yaş) gümüş, Xanım Balacayeva (13 yaş) bürünc medala sahib olub. Blits yarışında isə zəka sahiblərindən Aydın Süleymanlı (9 yaş) gümüş və Fikrət Mustafazadə (7 yaş) bürünc medal əldə ediblər.
Şahmatçılarımız Yunanıstanın Kavala şəhərində keçirilən məktəblilərin klassik şahmat üzrə Avropa çempionatında da uğurlu nəticələr göstəriblər. Zəka sahiblərimizdən Aytən Əmrayeva (17 yaş) gümüş, Nərmin Məmmədova (15 yaş) və Aydın Süleymanlı (9 yaş) bürünc medala layiq görülüblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl