SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 9-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Media və təhsil dialoqu: yeni çağırışlar” mövzusunda praktik konfrans keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ali təhsil müəssisələrinin mətbuat əlaqələndiriciləri, media qurumlarının rəhbərləri, jurnalistlər iştirak ediblər. Konfrans 2 panelə bölünüb. “Təhsildə media təfsilatı” mövzusunda keçirilən birinci panel Bakı Dövlət Universitetində baş tutub. Burada Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov və informasiya texnologiyaları üzrə mütəxəssis Mehman Şəfaqətov “Təhsil Nazirliyinin media ilə əməkdaşlıq təcrübəsi” mövzusunda təqdimatla çıxış ediblər. Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın “Krizis kommunikasiyada media” mövzusunda məruzəsi də iştirakçılarda böyük maraq doğurub. Birinci panel müzakirələrdən sonra başa çatıb. Konfransın ikinci paneli Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib. Burada “APA Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edib. Tədbir “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzün “Sosial mediada PR texnologiyaları” və Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərovun “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzələri ilə davam etdirilib. Qeyd olunan mövzular üzrə müzakirələrə qoşulan Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, təhsil eksperti Etibar Əliyev konfransın böyük önəm daşıdığını, təhsil qurumları ilə media arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliklərini vurğulayıblar. Konfrans “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatıb.
08/07/2015 16:52
Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər arasında keçirilən Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb.
Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan və bu formatda ilk dəfə olaraq keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edib. Bağlanış mərasimində çıxış edən Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan bildirib ki, bu olimpiadanın keçirilməsi ilə türk dünyasında bir ilkə imza atılıb. Onun sözlərinə görə, belə tədbirlər gələcəyin alimlərinin, tədqiqatçılarının yetişdirilməsinə, şagirdlərin elmə marağının artmasına yardım edir. Bunu nəzərə alaraq, olimpiadanın növbəti illərdə də keçirilməsi nəzərdə tutulur. Osmanqazi Universitetinin rektoru, professor Həsən Gönen isə vurğulayıb ki, türkdilli xaqlar daha güçlü inkişafa nail olmaq üçün uşaqlarını gələcəyin peşəkar mütəxəssisi kimi yetişdirməlidirlər. Şagirdləri bundan sonra da belə olimpiadada fəal iştirak etməyə çağıran professor qeyd edib ki, tədbir iştirakçıları Türk Dünyası Bilik Olimpiadasının növbəti illərdə də Әskişəhərdə keçirilməsini arzulayırlar. Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunub. Onlardan yalnız 100-ü iştirak hüququ qazanıb. Münsiflər heyəti layihələri qiymətləndirərək qalibləri müəyyənləşdirib. Mərasimdə olimpiada qalibləri mükafatlandırılıb. Tədbirdə qaliblər iki - yeni elmi ideya və insanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları üzrə seçiliblər. Yeni elmi ideya nominasiyası üzrə I yerı Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan şagirdi tutub. Bununla, Azərbaycanı təmsil edən Elçin Məmmədovun yazı yazan robot modeli qaliblər sırasına düşüb. İnsanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları (tasarım) üzrə I yeri Makedoniya, II yeri Türkiyə, III yeri Tatarıstan Respublikasının şagirdi tutub. Qaliblərə diplom və pul mükafatları təqdim edilib. Qeyd edək ki, Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədovla Hüseyn Әsədov (müəllim Həsən Qaralov) və Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) ilə təmsil olunub.
08/07/2015 16:52
Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinə başlanılıb.
Sınaq qiymətləndirilməsində iştirak edən müəllimlərin rahatlığının təmin edilməsi üçün seçilmiş mərkəzlərdə hər cür şərait yaradılıb. Bu gün rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, təsviri incəsənət və rəsmxətt müəllimlərinin sınaq qiymətləndirilməsi aparılır. İyunun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), iyunun 12-də ingilis dili, informatika, tarix, gənclərin çağırışaqədərki hazırlığı, biologiya, iyunun 13-də isə fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimlərinin bilik və bacarıqları yoxlanılacaq. İmtahanlar Bakı şəhərində 4 zona üzrə məktəblərdə, 2 növbədə(10:00 - 12:00, 15:00 - 17:00) keçiriləcək. Bu məqsədlə 30 mərkəz müəyyən edilib. Sınaq qiymətləndirilmədə Bakı şəhəri üzrə ümumilikdə 357 məktəbin 30070 müəlliminin iştirakı gözlənilir. Sınaq qiymətləndirilməsi Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimlərini əhatə etməklə 10-13 iyun 2014-cü il tarixlərində keçiriləcək.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin VI sinif şagirdi Çinarə Əzimova Moskvanın Böyük Kreml Sarayında "Melodika pokoleniy" adlı II Beynəlxalq Uşaq Musiqi Festivalında ölkəmizi təmsil edib.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan konsertdə Azərbaycanla yanaşı, Belarus, Çin, Qırğızıstan, Rusiyadan olan istedadlı uşaqlar Kreml Sarayının Georgiyevsk zalında Prezident orkestri ilə birgə çıxış edərək məharətlərini göstəriblər. Qeyd edək ki, beynəlxalq müsabiqələr laureatı olan Çinarə uğurları ilə seçilir. Musiqi məktəbinin yetirməsi bir qədər əvvəl Estoniyanın Koxtla-Yarve şəhərində keçirilən beynəlxalq müsabiqədə və Latviyanın Riqa şəhərində gənc vokalçıların "Riqa Symphony" beynəlxalq müsabiqəsində iştirak edərək hər iki tədbirin Gran- Pri mükafatına layiq görülüb.
08/07/2015 16:52
İyunun 12-də Təhsil Nazirliyində 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunmuş təqdimat keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin struktur bölmələrinin rəhbərləri, media təmsilçiləri və müstəqil bloqçu jurnalistlər iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov giriş nitqində bildirib ki, son bir ildə fəaliyyətin əsas məqsədi uzun müddətli nəticələrə əsaslanan tədbirlər həyata keçirməklə fundamental dəyişikliklərə nail olmaq olub. Təhsilin keyfiyyətini yüksəldəcək mühiti yaradan mühüm tədbirlər bu sahədə ana sənəd olan “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb. Mikayıl Cabbarov tədris sisteminin, təhsil mühitinin dəyişdirilməsi, sağlamlaşdırılması istiqamətində atılan addımların əhəmiyyətini vurğulayaraq bildirib ki, təhsildə əsas qiymətləndirmə amili bilik səviyyəsi olmalıdir. Paytaxtda sınaq qiymətləndirilməsinin keçirildiyini xatırladan nazir indiyədək müəllimlərin təhsilalanlarla iş üslubunda metodik və kommunikativ yanaşma bilikləri barədə sistemli məlumat bazasının olmadığını bildirib. Müəllimlər barədə qəbul edilən qərarların obyektiv olması üçün sistemdəki müəllimlər “tanınmalıdır” - onların hazırlıq səviyyəsi, metodika və fənn bilikləri səviyyəsi haqqında məlumat olmalıdır. Nazir müəllimlərin sınaq qiymətləndirilməsinin növbəti mərhələdə bütün ölkə ərazisində tətbiq olunacağını da qeyd edib. Təhsil naziri bildirib ki, müəllimlərin hazırlığı ilə bağlı dəyişikliklər nəticəsində kolleclərdə müəllim hazırlığı planı azaldılıb, bu sahədə əsas ağırlıq bir neçə isxtisaslaşmış pedaqoji ixtisas məktəblərinə verilib. Burada məqsəd müəllim hazırlığında diqqəti kəmiyyətə deyil, keyfiyyətə yönəltməkdir. 2013-2014-cü tədris ili müddətində müəllimlərin işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılması istiqamətində də islahatlar həyata keçirilib. Bu sahədə şəffaflıq təmin olunub, müəllimlərin işə qəbulu və yerdəyişməsi prosedurları sadələşdirilib. Təhsil naziri bildirib ki, yeni məktəblərin tikintisinə, məktəblərin cari təmirinə diqqət artırılıb. Bir sıra sahələrdə, o cümlədən peşə təhsili müəssisələrində son 30 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla təchizat məsələləri həll olunub. Bu işlər əlavə büdcə vəsaitləri hesabına deyil, cari və mövcud büdcə hesabına həyata keçirilir. Nazir idarəetmə sahəsindəki dəyişiklərə də toxunub. Qeyd edib ki, bir neçə gün öncə pilot layihə çərçivəsində Bakıda fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatdırılıb. Onlar imtahan verərək ənənəvi biliklərlə yanaşı, müasir idarəetmə səviyyələrini də nümayiş etdiriblər. Təhsil sistemində tədris olunan məzmunun optimallaşdırılması istiqamətində işlər davam etdirilib. Təcrübədə ilk dəfə olaraq dərsliklərin qiymətləndirilməsinə ənənəvi qurumlarla yanaşı ixtisaslaşmış mütəxəssislər, TQDK ekspertləri cəlb olunub. Əvvəllər dərslik hazırlanıb çap olunandan sonra bunun üzərində qiymətləndirilmə aparılırdısa, bu il ilk dəfə olaraq prosesin ardıcıllığı təkmilləşdirilib. İndi dərslik barədə müvafiq rəylər öncədən alınır. Sonra Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov “2013-2014-cü tədris ilinin nəticələri” adlı təqdimatla çıxış edib. Təqdimatda son bir ildə həyata keçirilən fəaliyyət istiqamətləri haqqında ətraflı icmal əks olunub. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. “2013-2014-cü tədris ilinin nəticələri” adlı təqdimat
08/07/2015 16:52
Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi hesabat konsertləri ilə çıxış edib.
Mərkəzin Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirdiyi “Dostluq çələngi” adlı hesabat konsertində “Milli rəqs” dərnəyinin üzvləri valideynləri, Təhsil Nazirliyinin, Nizami rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri qarşısında bacarıqlarını göstəriblər. Konsertdə “Milli rəqs” dərnəyinin rəhbəri Lalə İbrahimovanın qurduğu “Bayram”, “Yallı”, “Qaval”, “Azərbaycan” və digər milli rəqslər müxtəlif yaş dövründə olan rəqs qruplarının ifasında nümayiş etdirilib. Bundan başqa, uşaqların ifasında bir neçə müasir rəqslər və dünya xalqlarının “Tarantella”, “Kavboy”, “Sirtaki”, “Lambada”, “Holland” kimi rəqsləri konsertə xüsusi rəngarənglik qatıb. Mərkəzin “Vokal” dərnəyinin, “Çiçəyim” uşaq teatrının üzvləri və “Milli rəqs” dərnəyinin oğlanlardan ibarət qrupu da mahnı və rəqslərini ifa ediblər. Konsert “Dostluq rəqsi” adlı kompozisiya ilə başa çatıb. Bu kompozisiyada 60 dərnək üzvünün ifasında dünya xalqlarının rəqsləri göstərilib. Yaradıcılıq Mərkəzinin daha bir hesabat konserti “Bizim rəqs dünyamız” mövzusunda olub. Burada “Milli rəqs” dərnəyinin üzvləri rəngarəng proqramla çıxış ediblər. Konsertdə “Milli rəqs” dərnəyinin rəhbəri Samirə Musaimin qurduğu Azərbaycan xalq rəqsləri müxtəlif yaş dövründə olan rəqs qruplarının ifasında nümayiş olunub. Bundan başqa, qızların ifasında bir neçə müasir rəqslər və dünya xalqlarının milli rəqsləri konsertə xüsusi rəngarənglik qatıb. Konsertdə Yaradıcılıq Mərkəzinin “Mahnı teatrı”nın üzvləri və “Milli rəqs” dərnəyinin oğlanlardan ibarət qrupu da iştirak edib.
08/07/2015 16:52
Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarovun 23 iyun 2014-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 28 iyun 2014-cü il tarixində saat 12:30-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 24, 25 və 27 iyun 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başa çatıb.
Qeyd edək ki, yerdəyişmə üçün müraciət etmiş 1149 müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək keçiriləcəkdir. İyunun 17-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə iş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilib. Birinci mərhələdə iştirak etmiş 57 namizəddən 24-ü ikinci mərhələyə buraxılıb. İki mərhələnin nəticəsinə görə, ən yüksək bal toplamış 13 müəllim seçdiyi vakant yerə iş yerini dəyimək hüququ qazanıb. İyunun 18-də ibtidai sinif, iyunun 19-da ingilis dili və informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya, iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün yerdəyişmə üzrə müsabiqə keçiriləcəkdir.
08/07/2015 16:52
İyunun 17-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə “JM Marriott Absheron” mehmanxanasında ziyafət təşkil etmişdir.
Əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilmişdir. Himnləri əməkdar artist Fidan Hacıyeva canlı olaraq ifa etmişdir. Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirmişdir ki, iki ölkə arasında enerji, siyasət, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir demişdir ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına güclü təsir göstərmişdir. Böyük Britaniyanın Azərbaycanda iri layihələrdə iştirakını xatırladan səfir, bu ölkəsinin Azərbaycana maraq göstərdiyini bildirmiş və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulamışdır. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbrikini çatdırmışdır. Nazir qeyd etmişdir ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir. Neft və qaz sektoru burada ən bariz nümunədir. M.Cabbarov bildirmişdir ki, Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində çoxsaylı azərbaycanlı tələbə təhsilini Birləşmiş Krallıqda davam etdirir. Nazir əlavə etmişdir ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. AzərTAc
08/07/2015 16:52
Təhsil Nazirliyinin nümayəndə heyəti Belarusun Minsk vilayətindəki Zubryonok Milli Uşaq Mərkəzində keçirilən “Sərhədsiz dostluq” adlı X Beynəlxalq Gənclər Forumunda iştirak edib.
Nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Elvin Məmmədxanov, Bakı şəhəri 23 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fidan Rəhimova, 160 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov və 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elgün Yusifovdan ibarət nümayəndə heyətinin qatıldığı forumda Azərbaycanla yanaşı Belarus, Rusiya, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Litva və Latviyadan olan qonaqlar da təmsil olunub. Forum MDB hökumət başçıları tərəfindən təsdiq olunmuş gənclər siyasəti istiqamətində 2020-ci ilədək Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə 2014-2015-ci illər üçün Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilib. Forumun rəsmi açılış mərasimində rəmzi olaraq məşəl yandırılıb. Bu şərəfli iş Belarusun təhsil nazirinin müavini Viktor Yerjik və Azərbaycan məktəblisi Elgün Yusifova həvalə edilib. Tədbir zamanı Azərbaycan haqqında geniş təqdimatlar keçirilib, milli adət ənənələrimizin təbliğatına yönəlmiş rəqs və poeziya nümunələri nümayiş etdirilib, iştirakçılara mədəniyyətimizi əks etdirən suvenirlər və Azərbaycan şirniyyatı təqdim olunub. Forumun müxtəlif bölmələrində iştirak edən şagirdlərimiz Azərbaycan həqiqətlərini həmyaşıdlarına çatdırıb. İştirakçılar müvafiq mədəni-kütləvi tədbirlərlə yanaşı Belarusun tarixi abidələrini ziyarət ediblər. Forum iştirakçıları Belarusun təhsil naziri Sergey Maskeviçlə də görüşüblər. Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Sergey Maskeviçə hədiyyələr təqdim olunub, Azərbaycan-Belarus təhsil əlaqələri haqqında şöhbət aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı