• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin nümayəndə heyəti Belarusun Minsk vilayətindəki Zubryonok Milli Uşaq Mərkəzində keçirilən “Sərhədsiz dostluq” adlı X Beynəlxalq Gənclər Forumunda iştirak edib.

Nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Elvin Məmmədxanov, Bakı şəhəri 23 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Fidan Rəhimova, 160 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov və 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Elgün Yusifovdan ibarət nümayəndə heyətinin qatıldığı forumda Azərbaycanla yanaşı Belarus, Rusiya, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Litva və Latviyadan olan qonaqlar da təmsil olunub.      
Forum MDB hökumət başçıları tərəfindən təsdiq olunmuş gənclər siyasəti istiqamətində 2020-ci ilədək Beynəlxalq Əməkdaşlıq Strategiyasının həyata keçirilməsi üzrə 2014-2015-ci illər üçün Fəaliyyət Planının icrası çərçivəsində həyata keçirilib.
Forumun rəsmi açılış mərasimində rəmzi olaraq məşəl yandırılıb. Bu şərəfli iş Belarusun təhsil nazirinin müavini Viktor Yerjik və Azərbaycan məktəblisi Elgün Yusifova həvalə edilib.
Tədbir zamanı Azərbaycan haqqında geniş təqdimatlar keçirilib, milli adət ənənələrimizin təbliğatına yönəlmiş rəqs və poeziya nümunələri nümayiş etdirilib, iştirakçılara mədəniyyətimizi əks etdirən suvenirlər və Azərbaycan şirniyyatı təqdim olunub. Forumun müxtəlif bölmələrində iştirak edən şagirdlərimiz Azərbaycan həqiqətlərini həmyaşıdlarına çatdırıb.
İştirakçılar müvafiq mədəni-kütləvi tədbirlərlə yanaşı Belarusun tarixi abidələrini ziyarət ediblər.
Forum iştirakçıları Belarusun təhsil naziri Sergey Maskeviçlə də görüşüblər. Azərbaycan Respublikası Təhsil Nazirliyi adından Sergey Maskeviçə hədiyyələr təqdim olunub, Azərbaycan-Belarus təhsil əlaqələri haqqında şöhbət aparılıb. 


10 il əvvəl