• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 4222 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çox), Kommutator Xidmətinə isə 5400-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4471 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8693 müraciətin 5956-sı (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1324 vətəndaşdan ərizə (438 ədəd), məktub (601 ədəd) və digər sənədlər (285 ədəd) qəbul olunub və qeydiyyata alınıb. 1374 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 39 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 12 müraciət tam araşdırılıb və nəticəsi barədə vətəndaşlara cavab verilib. Qeyd edək ki, şikayət xarakterli müraciətlərin 31-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 13 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin cümə axşamı (1037 zəng) və bazar ertəsi (943 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin cümə axşamı (1003 müraciət), çərşənbə axşamı (993 müraciət) və bazar ertəsi (975 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:30-dək və 14:30-dan 16:30-dək müraciət edilib.

İyunun 2-də Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov, İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev, Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev iştirak ediblər. Mətbuat konfransında ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi ilə əlaqədar bildirilib ki, Təhsil Nazirliyi həmin müəllimlərin yerdəyişməsi ilə bağlı elektron ərizələrin qəbuluna başlayıb. Hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi iyun ayı ərzində davam edəcəkdir. Müəllimlərin yerdəyişməsini həyata keçirmək üçün Təhsil Nazirliyinin rəsmi internet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” səhifəsində müvafiq bölmələr yerləşdirilib. İş yerini dəyişmək istəyən müəllimlərin elektron ərizələrinin qəbulu iyunun 1-dən 10-dək aparılacaqdır. Mətbuat konfransında məlumat verilib ki, nostrifikasiya (xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu iyunun 1-dən sentyabrın 1-dək dayandırılır. Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, habelə dövlət qulluğuna sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur. Tədbirdə xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələlərinə də toxunulub. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə vaxtından əvvəl qəbul hər il 6 yaşı 16 sentyabr – 31 dekabr tarixlərində tamam olan xüsusi istedadlı şagirdlərə şamil olunur. Həmin şagirdlərin seçilməsi və müvafiq qərar qəbul edilməsi aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrində (idarələrində) və nazirliyin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış komissiyalar tərəfindən aparılır. “Qaydalar”a görə, valideynlərin ərizələri iyulun 20-dən başlayaraq avqustun 20-dək həmin təşkilatlarda qeydiyyata alınır. Tədbirdə “QHT və təhsil ekspertləri üçün ictimai təşəbbüslərin dəstəklənməsi üzrə” II qrant müsabiqəsinin elan olunması barədə də məlumat verilib. Bildirilib ki, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və ekspertlərlə layihələrin həyata keçirilməsi üçün maliyyələşmə mexanizmi ilə bağlı növbəti təkliflər hazırlanıb və təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə layihə müsabiqəsi təşkil olunub. SABAH qruplarına qeydiyyat prosesi barədə də məlumat verilib. Bildirilib ki, indiyədək 1800 tələbə elektron qeydiyyatdan keçib. Bu proses hazırda davam etməkdədir. Mətbuat konfransında məktəb direktorlarının imtahan prosesinə yekun vurulması məsələsinə də toxunulub. Sonda Təhsil Nazirliyinin nümayəndələri jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

İyunun 3-də təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin müəllimləri ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyinin müfaviq struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva və idarənin əməkdaşları da iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov 2013 – 2014 – cü tədris ilinin yekunları barədə ətraflı məlumat verib və qarşıya qoyulan məqsədlərə nail olunduğunu bildirib. Nazir Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na toxunaraq təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişaf etdirilməsi, müəllimin karyera imkanları, fəaliyyətinin stimullaşdırılması və müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsinin əsas hədəflərdən olduğunu bir daha xatırladıb. Görüş zamanı təhsildə müəllim hazırlığı, kurikulumun tətbiqi, məktəblilərin fənn olimpiadaları, “Ən yaxşı ümumtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələri, tədris ilinin uzadılması, müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi kimi mövzulara toxunulub və bu barədə müzakirələr aparılıb. Nazir 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsinin aparılacağını bildirib. Sınaq qiymətləndirmənin diaqnostik tədqiqat xarakteri daşıdığı və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirildiyi qeyd edilib. Bu proses ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov müəllimlərin həyata keçirilən islahatlarla bağlı çoxsaylı suallarını cavablandırıb.  

İslam İnkişaf Bankı (İİB) tərəfindən Elm və Yüksək Texnologiya sahəsində Təqaüd Proqramının həyata keçirilməsi planlaşdırılır.

Proqram çərçivəsində doktorantlara və gənc alimlərə elmi və texnoloji sahələrdə tədqiqat aparmaq məqsədilə qrantlar ayrılır. Qeyd edək ki, 1991-ci ildən etibarən bu proqram üzrə 48 ölkədən 470 gənc alimin tədqiqat işi maliy­yələşdirilib. Təqaüd Proqramı doktorant və gənc alimlərə Şimali Amerika, Qərbi Avropa, Yaponiya, Avstraliya, eyni zamanda, Asiyanın inkişaf etmiş ölkələrində təhsil almaq və tədqiqat aparmaq imkanı verir. Qrant təhsil, yaşama, tibbi sığorta və aviabilet də daxil olmaqla bütün xərcləri əhatə edir. Doktorantlara həyat yoldaşı və iki uşağı əhatə edən ailə üçün maddi yardım ayrılması da nəzərdə tutulub. Təqaüd Proqramı çərçivəsində Lazer və fiber-optika, Naqil və yarımnaqillər, Polimerlər, Gen mü­hən­disliyi – Biotexnika, Nüvə fizikası – mühəndislik, Elektronika – Mikroelektronika – Te­le­­­­­kom­­mu­­nikasiya, Kompüter elmləri (Avtomatlaşdırılmış proyektləşdirmə - Av­to­mat­laş­dı­rıl­mış istehsal daxil olmaqla), Bərpa olunan enerji mənbələri – Yanacaq texnologiyası, Hidro­logiya – Su resursları, Metallur­giya, Kimya mühəndisliyi - Materiallar haqda elm, Tibb – Dər­man vasitələri, Kənd təsərrüfatı – Yeyinti tex­no­lo­gi­yası, Sistem mühəndisliyi, Kosmik fəza haqqında elm – Texnologiya, Ətraf mühitin qorunması tex­no­logiyası, Texnologiya və İnnova­siyaların idarə olunması (ancaq gənc alimlər üçün) ixtisasları və tədqiqat sahələrinə qrantlar ayrılacaqdır.

Mayın 31-də Bakıda "Bizim Sahibkarlıq Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus) beynəlxalq proqramı üzrə milli yarışda icra olunmuş layihələrin təqdimatı keçirilib.

Layihələr “Enactus” meyarları əsasında qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən, 2013-2014 tədris ilində “Enactus” proqramına qoşulmuş 11 komandadan Naxçıvan Dövlət Universiteti, Azərbaycan Aqrar Universiteti və Naxçıvan Özəl Universitetinin komandaları finala vəsiqə qazanıblar. Gərgin mübarizə şəraitində keçən yarışmada Naxçıvan Dövlət Universitetinin komandası çempion adını qazanaraq ölkəmizi oktyabrda Çinin paytaxtı Pekində keçiriləcək Dünya Kuboku yarışında təmsil etmək hüququ qazanıb. Qaliblər Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun fəxri fərmanları ilə təltif olunub və onlara bir sıra kommersiya qurumlarının qiymətli hədiyyələri təqdim edilib. Qeyd edək ki, "Bizim Sahibkarlıq Fəaliyyətimiz" adlı beynəlxalq proqramı 1975-ci ildə ABŞ universitetləri yaradıb. 2012-ci ilə qədər proqramın adı “Tələbələr azad sahibkarlıq fəaliyyətində (Students in free enterprises – SİFE)” olub. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışların keçirilməsinə başlanılıb və 2001-ci ildə ilk dəfə Londonda Dünya Kuboku yarışı təşkil olunub. 2005-ci ildə “SİFE – Enactus” proqramına qoşulan Azərbaycan 2006-cı ildən Dünya Kuboku yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-ə qədər ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50 000-dən yuxarı tələbə qoşulub.  “Enactus” proqramı üzrə milli yarışların keçirilməsində məqsəd gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, gənclərin məşğulluğuna dəstəyin göstərilməsi və biznesin gücü vasitəsilə insanların həyatlarının müsbətə doğru dəyişdirilməsidir. “Enactus” proqramı üzrə yarış biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması məqsədilə gənclər üçün yaradılmış platformadır. “Enactus” proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qələbə uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya, layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikasının gözlənilməsinə, maliyyə idarəçiliyinə, nitq qabiliyyətinə və digər meyarlara əsasən qalib komanda müəyyən edilir. 

Yeniyetmələrin Olimpiya Oyunlarının atletika üzrə 2-ci Avropa təsnifat yarışının açılış mərasimində Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Coca-Cola şirkətinin birgə təşkil etdiyi “Fəal ailəm, sağlam aləm” – sosial layihəsinin “Ən sürətli məktəb” nominasiyası üzrə “Estafet” yarışı keçirilib.

Yarışda Bakı şəhərində yerləşən 74 məktəbdən 104 ailə iştirak edib. “Estafet” yarışının nəticələrinə görə 11 ailə qalib olub. Onların təmsil olunduqları Bakı şəhəri 7, 27, 46, 83, 200, 242, 245, 319 nömrəli tam orta məktəbləri “Ən sürətli məktəb” adına laiq görülüblər. Yekunda məktəbləri təmsil edən ailələr təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. 

Təhsil Nazirliyi və Avropa İttifaqı arasında “Azərbaycan ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının (EHEA) tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə dəstək göstərilməsi” Tvinninq layihəsinə dair məsləhətləşmələr davam edir.

Layihənin məqsədi Avropa ali təhsil məkanına inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsindən ibarətdir. Burada Azərbaycan Respublikasının islahat proqramına uyğun olaraq Bolonya prosesinin prinsipləri çərçivəsində ali təhsil sektorunda islahatların aparılması, ali təhsil müəssisələrində keyfiyyətin artırılması və akkreditasiya sisteminin təkmilləşdirilməsi, təhsil, təlim və gənclər sahəsi üzrə Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq, mobillik və mübadilə proqramlarının artırılması nəzərdə tutulub.  

İyunun 4-də Türkiyənin Әskişəhərdəki Osmanqazi Universitetində şagirdlər üçün Türk Dünyası Bilik Olimpiadasının açılış mərasimi keçirilib.

Türk dünyasında ilk dəfə olaraq keçirilən olimpiadadan əvvəl iştirakçılar şəhərdə yürüş ediblər. Tədbirdə 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edir. Olimpiadanın keçirilməsində əsas məqsəd türk dünyasında şagirdlərin elmə marağını artırmaq, onları gələcəyin Nobel mükafatçısı kimi yetişdirməkdir. Açılış mərasimində çıxış edən Әskişəhər valisi Güngör Әzim Tuna bildirib ki, olimpiada türk ölkələrinin şagirdləri arasındakı əlaqələrin genişlənməsinə də stimul verəcək. Mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsən Qaralov tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını çatdırıb və Әskişəhərin valisinə Azərbaycanın tarixi ilə bağlı olan hədiyyə təqdim edib. Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan olimpiada haqqında məlumat verərək bildirib ki, burda 4-8-ci sinif şagirdləri öz ideyaları əsasında tərtib etdikləri sxemlər üzrə hazırladıqları modelləri nümayiş etdirirlər. Olimpiadada iştirak üçün 1000-dək layihə təqdim edilib və onlardan 100-ü seçilib. Olimpiadada Azərbaycanı Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədov və Hüseyn Әsədov (müəllim Həsən Qaralov), Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) təmsil edir. Sərgi iştirakçıları ilk olaraq Azərbaycan komandasının modelləri ilə tanış olublar. Onlar şagirdlərin modellərindən razı qaldıqlarını açıqlayıblar. Olimpiadada Elçin Məmmədov yazı yazan robot modelini nümayiş etdirir. Bu robotun hissələri daha da təkmilləşdirildiyindən onun işi mükəmməlləşib. Robot sərgi iştirakçıları üçün kağız üzərində "Türk dünyası" sözlərini yazıb. Robotun işi iştirakçılar tərəfindən alqışlanıb. Hüseyn Әsədov isə sərgidə raket modelini təqdim edir. Bu raket saniyədə 250 metr uca bilir. Raketin üzərində "Qarabağ" sözünü yazmiş H.Әsədov bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi onun ən böyük arzularındadır. Torpaqlarımızın azad edilməsinə öz töhfəsini vermək istəyən şagird bu raketin praktikada tətbiqini səbirsizliklə gözləyir. Tədbirdə raketin iş prinsipi əyani surətdə nümayiş etdirilib, onun hazırlanması texnologiyası göstərilib. Münsiflər heyəti bu modeli də müsbət qiymətləndirib. Atilla Məmmədli olimpiadada "Ağıllı dibçək" layihəsi ilə iştirak edib. Gülün sulanmaya ehtiyacı olduqda onun yerləşdiyi dibçək siqnal verərək sahibini xəbərdar edir. Şagird bunun üçün dibçəyin orta hissəsinə - torpaq qatına xüsüsi mexanizm yerləşdirib. Sərgidəki modellər iyunun 4-dən 6-dək nümayiş olunacaq. İyunun 7-də isə olimpiada yekunlaşacaq, qaliblərə müxtəlif mükafatlar təqdim ediləcək. Olimpiadada ilk yüzlüyə daxil olan layihələrin tanıtım filmləri çəkiləcək və "Kiçik əllər, böyük işlər" adı altında TRT Avaz televiziya kanalı ilə yayımlanacaq.

İyunun 4-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin üçüncü iclası keçirilib.

Tədbirdə Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyasının, qarşı tərəfdən isə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəsmisi iştirak edib. İclası Azərbaycan tərəfdən Təhsil Nazirliyinin nümayəndəsi aparıb. İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib, Aİ nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişiklərlə bağlı təqdimatlar edib. İki tərəf arasında əməkdaşlığın dərinləşdirilməsi və növbəti islahatların həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, rotasiya prinsipinə əsasən, alt komitənin növbəti iclası 2015-ci ildə Brüsseldə keçiriləcək.

İyunun 6-da “Elektroenergetikada kadr problemi: gələcəyə baxış” mövzusunda konfrans keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Bakıelektrikşəbəkə ASC idarə heyətinin sədri Baba Rzayev və digər qonaqlar iştirak edib.

 Konfransda Baba Rzayev “Elektroenergetika sahəsində kadr problemlərinin həllinə “Bakıelektrikşəbəkə” ASC-nin baxışı və fəaliyyət istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. ASC sədri elektroenergetika sahəsinin ixtisaslı kadrlarla təminatındakı mövcud vəziyyətdən danışıb. Bundan sonra söz təhsil naziri Mikayıl Cabbarova verilib.  “Elektroenergetikada kadr hazırlığının mövcud vəziyyəti” mövzusunda çıxış edən nazir bildirib ki, çoxşaxəli və mürəkkəb bir sahə olan energetika sənayesində hazırda ixtisaslı kadr təminatında kəmiyyət qıtlığı deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Bu da mütəxəssis hazırlığının keyfiyyəti ilə bütövlükdə iqtisadiyyatın və, o cümlədən, energetika sektorunun sürətli inkişaf dinamikası arasındakı fərqlə bağlıdır. Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı energetika ixtisaslı ali təhsildə qəbul planının artırıldığını deyən nazir 6 ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyələrində 3 ixtisas üzrə mühəndis kadrları hazırlandığını vurğulayıb. Bununla yanaşı ölkənin 6 orta ixtisas təhsili müəssisəsində 4 ixtisas üzrə ildə 280 nəfər kiçik mütəxəssisin hazırlığı həyata keçirilir. 57 ilk peşə ixtisas təhsili müəssisələrdə isə energetika sahəsi üçün 4 ixtisas üzrə ildə 1493 fəhlə kadrlar hazırlanır. Ali təhsil müəssisələrinə energetika ixtisasları üzrə mütəxəssis hazırlığı eyni zamanda TEMPUS proqramı çərçivəsində də həyata keçirilir. Bakalavriat səviyyəsində üç ali təhsil müəssisələrində 2013/2014-cü tədris ilindən başlayaraq TEMPUS proqramı ilə “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. Nazir bildirib ki, hazırda təhsilin keyfiyyəti və iqtisadiyyatın inlişafının mövcud tələbləri arasındakı fərqin aradan qaldırılması üçün sənaye sahələri ilə ali təhsil sistemi arasında sıx əməkdaşlığın qurulması zərurətə çevrilib. Belə ki, sənaye sahələri ilə ali təhsil müəssisələri arasındakı əlaqələr daha da genişlənməli və sənaye müəssisələri kadr hazırlığında bilavasitə iştirak etməlidir. Xüsusi diqqət təhsilalanların istehsal təcrübəsinin birbaşa onların gələcək iş yerlərində təşkil olunmasına yönəldilməlidir. Tədbirdə Təhsil Nazirliyi tərəfindən Bakıelektrikşəbəkə ASC-nin Tədris Mərkəzinə lisenziya təqdim edilib. Baba Rzayev elektoenergetika sahəsində kadr hazırlığının daha mükəmməl səviyyədə və sistemli şəkildə aparmaq üçün bu Tədris Mərkəzinin xüsusi rol oynayacağını qeyd edib. Qonaqlar Tədris Mərkəzi ilə tanış olublar. Sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Konfrans çərçivəsində “Azərbaycan Texniki Universitetində elektroenergetika sahəsi üzrə kadr hazırlığı” və digər mövzularda təqdimatlar keçirilib.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı