• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İyunun 17-də Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Kraliça Ülyahəzrət İkinci Elizabetin doğum günü münasibətilə “JM Marriott Absheron” mehmanxanasında ziyafət təşkil etmişdir.

Əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilmişdir. Himnləri əməkdar artist Fidan Hacıyeva canlı olaraq ifa etmişdir.
Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq bildirmişdir ki, iki ölkə arasında enerji, siyasət, biznes, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycanlı tələbələr Böyük Britaniyada təhsil almağa böyük maraq göstərirlər. Səfir demişdir ki, xarici işlər naziri Uilyam Heyqin ötən ilin dekabrında Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına güclü təsir göstərmişdir. Böyük Britaniyanın Azərbaycanda iri layihələrdə iştirakını xatırladan səfir, bu ölkəsinin Azərbaycana maraq göstərdiyini bildirmiş və əlaqələrin bundan sonra daha da inkişaf edəcəyini vurğulamışdır.
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin adından Britaniya Kraliçasının doğum günü münasibətilə təbrikini çatdırmışdır.
Nazir qeyd etmişdir ki, Azərbaycan və Birləşmiş Krallıq arasında əlaqələr bir çox sahələri əhatə edir. Neft və qaz sektoru burada ən bariz nümunədir. M.Cabbarov bildirmişdir ki, Britaniya şirkətlərinin sərmayələri və texnologiyaları ölkəmizin zəngin təbii ehtiyatlarının istehsalında və dünya bazarlarına çıxarılmasında mühüm rol oynamışdır. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində çoxsaylı azərbaycanlı tələbə təhsilini Birləşmiş Krallıqda davam etdirir. Nazir əlavə etmişdir ki, Azərbaycan və Britaniya universitetləri birbaşa əlaqələr yaradırlar və əməkdaşlıq layihələri həyata keçirirlər.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 
 
AzərTAc
 
 


10 il əvvəl