SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Türkiyənin Әskişəhər şəhərindəki Osmanqazi Universitetində şagirdlər arasında keçirilən Türk Dünyası Bilik Olimpiadası yekunlaşıb.
Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan və bu formatda ilk dəfə olaraq keçirilən olimpiadada 17 türk ərazisinin - Azərbaycan, Türkiyə, Krım, Qazaxıstan, Qırgızıstan, Özbəkistan, Türkmənistan, Bosniya, Bolqarıstan, Altay, Kosova, Makedoniya, Moldova, Guzey Kipr Türk Cumhuriyyəti, Arnavutluq (Albaniya), Şərqi Türküstan (Çin) və Başqırdıstanın orta məktəb şagirdləri iştirak edib.
Bağlanış mərasimində çıxış edən Beynəlxalq Könüllü Müəllimlər Dərnəyinin rəhbəri İbrahim Әrdoğan bildirib ki, bu olimpiadanın keçirilməsi ilə türk dünyasında bir ilkə imza atılıb. Onun sözlərinə görə, belə tədbirlər gələcəyin alimlərinin, tədqiqatçılarının yetişdirilməsinə, şagirdlərin elmə marağının artmasına yardım edir. Bunu nəzərə alaraq, olimpiadanın növbəti illərdə də keçirilməsi nəzərdə tutulur.
Osmanqazi Universitetinin rektoru, professor Həsən Gönen isə vurğulayıb ki, türkdilli xaqlar daha güçlü inkişafa nail olmaq üçün uşaqlarını gələcəyin peşəkar mütəxəssisi kimi yetişdirməlidirlər. Şagirdləri bundan sonra da belə olimpiadada fəal iştirak etməyə çağıran professor qeyd edib ki, tədbir iştirakçıları Türk Dünyası Bilik Olimpiadasının növbəti illərdə də Әskişəhərdə keçirilməsini arzulayırlar.
Olimpiadada iştirak üçün 1000 layihə təqdim olunub. Onlardan yalnız 100-ü iştirak hüququ qazanıb. Münsiflər heyəti layihələri qiymətləndirərək qalibləri müəyyənləşdirib.
Mərasimdə olimpiada qalibləri mükafatlandırılıb. Tədbirdə qaliblər iki - yeni elmi ideya və insanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları üzrə seçiliblər.
Yeni elmi ideya nominasiyası üzrə I yerı Türkiyə, II yeri Qazaxıstan, III yeri Azərbaycan şagirdi tutub. Bununla, Azərbaycanı təmsil edən Elçin Məmmədovun yazı yazan robot modeli qaliblər sırasına düşüb.
İnsanların istifadə etdiyi bir əşyanı daha mükəmməl formaya salmaq nominasiyaları (tasarım) üzrə I yeri Makedoniya, II yeri Türkiyə, III yeri Tatarıstan Respublikasının şagirdi tutub. Qaliblərə diplom və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, Azərbaycan bu olimpiadada üç şagirdlə - Bakı şəhərindəki 34 saylı Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Elçin Məmmədovla Hüseyn Әsədov (müəllim Həsən Qaralov) və Quba şəhərinin 1 saylı orta məktəbinin şagirdi Atilla Məmmədli (müəllim Aydın Məmmədli) ilə təmsil olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl