• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Ümumi təhsil müəssisələri və peşə liseylərində hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə müsabiqəyə elektron ərizələrin qəbulu başa çatıb.

Qeyd edək ki, yerdəyişmə üçün müraciət etmiş 1149 müəllimdən 771 nəfərinin ərizəsi təsdiqlənərək müsabiqəyə buraxılıb. Müsabiqə iyunun 17-dən 23-dək keçiriləcəkdir.
İyunun 17-də Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə iş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində müəllimlərin ixtisas üzrə bilik və bacarıqları, metodiki bilikləri, ikinci mərhələdə isə təhsil sahəsində məlumatlılıq, dünyagörüşü və şəxsi keyfiyyətlər qiymətləndirilib. Birinci mərhələdə iştirak etmiş 57 namizəddən 24-ü ikinci mərhələyə buraxılıb. İki mərhələnin nəticəsinə görə, ən yüksək bal toplamış 13 müəllim seçdiyi vakant yerə iş yerini dəyimək hüququ qazanıb.
İyunun 18-də ibtidai sinif, iyunun 19-da ingilis dili və informatika, iyunun 20-də biologiya, coğrafiya, kimya, iyunun 21-də fizika, tarix, iyunun 23-də riyaziyyat, rus dili, alman dili, əmək hazırlığı (texnologiya), fiziki tərbiyə, musiqi, təsviri incəsənət müəllimləri üçün yerdəyişmə üzrə müsabiqə keçiriləcəkdir.


10 il əvvəl