• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların nəzərinə!

Təhsil naziri Mikayıl Cabbarovun 5 may 2014-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Belə ki, təhsil naziri Mikayıl Cabbarov 19 may 2014-cü il tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Hacıqabul, Kürdəmir və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qeyd edək ki, 29, 30 aprel və 1, 2 may 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə 5 may 2014-cü il tarixli qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar 19 may 2014-cü il tarixində qəbul ediləcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

Məlumat üçün qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya, elmi və elmi-populyar məqalələrin müəllifidir. 

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Fərəh Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.

Təhsil naziri Mikayıl Cabbarov Fərəh Əliyevanı ADMİU-nun rektoru təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, ADMİU-nun Azərbaycan təhsilində əvəzolunmaz yeri var. Təhsil naziri bu yaxınlarda ADMİU-nun 90 illik yubileyinin keçirildiyini və universitet əməkdaşlarının dövlət başçısı tərəfindən təltif edildiyini bildirib. Universitetin keçdiyi inkişaf yoluna nəzər salan nazir 27 il ərzində ali məktəbə rəhbərlik etmiş Timuçin Əfəndiyevin ali məktəbin həyatında mühüm rolu olduğunu söyləyib. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə görə onun əməyi dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilib. Sonra Fərəh Əliyevanın ADMİU-nun rektoru vəzifəsinə təyin olunması haqqında ölkə Prezidentinin sərəncamını nəzərə çatdıran nazir onun tərcümeyi-halı ilə mərasim iştirakçılarını tanış edib. ADMİU-nun rektoru Fərəh Əliyeva ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. F.Əliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin yeni inkişaf meyarları və fəaliyyət fəlsəfəsi kontekstində yeni yanaşmalar tələb etdiyini vurğulayıb. ADMİU-nun keçmiş rektoru Timuçin Əfəndiyev Fərəh Əliyevaya yeni vəzifəsində uğurlar arzulayıb. O, ali təhsil müəssisəsi kollektivinin yaxşı tanıdığı F.Əliyevanın universitetin gələcək inkişafı ilə bağlı dəyərli işlər görə biləcəyinə əminliyini bildirib. Məlumat üçün qeyd edək ki, Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir. 1986-1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildə «XX əsrin 60-70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə layıq görülüb. 1995-ci ildən dosentdir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Elmi konfrans və müsabiqələrin fəal iştirakçısıdır. Elmi monoqrafiya, elmi və elmi-populyar məqalələrin müəllifidir. Sonda təhsil naziri Mikayıl Cabbarov ADMİU-nun rektoru Fərəh Əliyevaya və Timuçin Əfəndiyevə gül dəstələri təqdim edib.

Mayın 5-də Sumqayıtda Təhsil Nazirliyi tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış kənd təsərrüfatı texnikasının təqdimat mərasimi keçirilib.

Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 ədəd yeni texnika və avadanlıqdan bölgələrdə yerləşən təhsil müəssisələrində əyani tədris vasitəsi kimi istifadə olunacaq. Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika, avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib. Ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet vəzifələrdən biridir. Mövcud şəraitdə kənd təsərrüfatı sahəsinin inkişafında əyani və texniki vasitələrlə təlim keçmiş, zəruri peşə vərdişlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk-peşə ixtisas təhsilli mütəxəsisslərinin hazırlanması vacib amildir. Eyni zamanda, müasir texnika və avadanlıqlara malik olması ilk peşə-ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq, əlavə maddi gəlir əldə etmək imkanı verir. Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun odənilməsi və müvafiq təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə başladığı işləri davam etdirəcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə-ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Mayın 6-da “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə əklil və tər çiçəklər qoyublar. Sonra iştirakçılar akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzüb, həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər. Artıq 8-ci dəfədir keçirilən müsabiqə Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub. Ümumtəhsil məktəblərinin VIII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunmuş inşa yazı müsabiqəsində təhsil naziri Mikayıl Cabbarov, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, baş nazirin müavini Elçin Əfəndiyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tanınmış ziyalılar, tələbələr, şagirdlər və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov müsabiqənin ümumtəhsil məktəblərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas məktəbləri tələbələrinin ümummilli liderimizlə bağlı fikir və duyğularının qələmə alınmasında, onların yazı qabiliyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Nazir Azərbaycanın bütün coğrafiyasını əhatə edən bu müsabiqənin növbəti ildən başlayaraq ümummilli liderimizin fəaliyyətinin müxtəlif sahələrini əhatə edəcəyini nəzərə çatdırıb və qalibləri təbrik edib. Sonra çıxış edən baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev müsabiqə iştirakçılarını təbrik edib və onlara uğurlar arzulayıblar. Respublika mərhələsinin iştirakçıları arasından 8 nəfər I, 7 nəfər II, 11 nəfər III yerə layiq görülüb. IV (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. I-IV yerləri tutan 91 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc edilib. Sonda müsabiqə qaliblərinə xüsusi diplomlar, mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim olunub. Ölkəmizin bütün bölgələrinin təmsil olunduğu müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən artıq şagird iştirak edib.

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun və “Çiçəyim” uşaq teatr studiyasının üzvləri aprelin 20-dən 26-dək Türkiyənin İstanbul şəhərində səfərdə olub.

İstanbulun Baxçalıevlər Kaymakamlığı İlçə Milli Təhsil Müdirliyi tərəfindən 23 aprel Beynəlxalq Uşaq Festivalına dəvət alan Yaradıcılıq Mərkəzinin 33 nəfərdən ibarət nümayəndə heyəti tədbirdə türk və liviyalı uşaqlarla birgə çıxış ediblər. Festivala toplaşan kaymakamlıq, bələdiyyə və təhsil şöbəsindən olan qonaqlar, sakinlər, uşaqlar və valideynlər ifa olunan “Azərbaycan suitası”, “Şənlik” rəqsi və “Azərbaycan” mahnısını məmuniyyətlə dinləyiblər. Teatr studiyasının üzvü 9 yaşlı Rüfət Məmmədovun çıxışı ilə bağlı isə yerli mətbuatda maraqlı məqalə dərc olunub.  Baxçalıevlər Kaymakamlığı, bələdiyyə və təhsil şöbəsinin rəhbərləri Azərbaycan nümayəndə heyəti ilə görüşüblər. Görüş zamanı türkiyəli rəsmilərə Azərbaycan bayrağı, milli geyimdə olan gəlincik, müxtəlif suvenirlər və Azərbaycan miniatür xalçaları hədiyyə olunub. Baxçalıevlər Kaymakamı Mehmet Ali Özyiğit da öz növbəsində mərkəzin rəhbərliyinə və uşaqlara festivalda fəal iştirakına görə öz təşəkkürünü bildirib və onlara müxtəlif mükafat, diplom və hədiyyələr təqdim edib. Aprelin 25-də isə Baxçalıevlərdəki liseydə festivalın final konserti təşkil olunub. Konsertdə Azərbaycan rəqqasları rəngarəng rəqslər nümayiş etdiriblər. Balacaların hazırladıqları səhnəcik və kompozisiyalar da maraqla qarşılanıb. Konsertin ən maraqlı çıxışı isə dərnək üzvü Şahin Tağızadənin ifa etdiyi “Çırpınırdı Qara dəniz” mahnısı olub. Mahnının final hissəsində “Azərbaycan bayrağını Qarabağdan asacağız” sözlərini zala toplaşanlar əllərində Azərbaycan bayraqları ayağa qalxaraq, xorla ifa ediblər.

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator Xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 3961 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox), Kommutator Xidmətinə isə 5600-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 5023 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 8984 müraciətin 6220-si (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1678 vətəndaşdan ərizə (661 ədəd), məktub (794 ədəd) və digər sənədlər (223 ədəd) qəbul olunub və qeydiyyata alınıb. 1035 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların şikayət xarakterli 51 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınaraq araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 41-i ümumtəhsil məktəblərinin (Bakı şəhərindəki məktəblərin fəaliyyəti ilə əlaqədar 28 müraciət daxil olub) fəaliyyətinə aid olan müxtəlif məsələlərlə bağlıdır. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, ötən ay Telefon Məlumat Mərkəzinə ən çox həftənin bazar ertəsi (830 zəng), çərşənbə axşamı (924 zəng) və çərşənbə (846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (1209 müraciət) və çərşənbə günləri (1150 müraciət), əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət edilib.

Mayın 7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib və Dövlət himni səsləndirilib. Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçib və təntənəli surətdə hərbi and içiblər. Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə hərbi vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar. Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri fərmanı və döş nişanı ilə təltif olunub. Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər. Tədbir iştirakçıları şagirdlərin əl işləri və rəsmləri, eləcə də təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza ilə yaxından tanış olublar.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatla bağlı tələb olunan sənədlər və s. barədə aşağıdakı linkdən tanış ola bilərsiz: http://xaricdetehsil.edu.gov.az/c-dptelebesi/qeydiyyat/ "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcəkdir.   İllik qeydiyyat forması

Mayın 8-də Təhsil Nazirliyi tərəfindən qanvermə aksiyası keçirilib.

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə təşkil edilmiş xeyriyyə aksiyasında nazirliyin əməkdaşları fəal iştirak ediblər. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır. Təhsil Nazirliyi gələcəkdə də müvafiq xeyriyyə tədbirlərində fəal iştirak etməyi nəzərdə tutur.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı