• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin 16 gənc rəssamı Norveçdə keçirilən “Geniş ata dünyası” beynəlxalq rəsm sərgisinin mükafatçıları sırasına daxil olub.

Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən 16 gənc azərbaycanlı rəssama sərgidəki nailiyyətlərinə görə sertifikat göndərilib və Nizami Uşaq-Gənclər Yaradıcılıq mərkəzinə həmin layihədə fəal iştirakına görə təşəkkür bildirilib. Eyni zamanda keçiriləcək növbəti rəsm sərgisində iştirak etmək üçün təşkilat komitəsi tərəfindən mərkəzə dəvət məktubu gəlib.
Qeyd edək ki, Norveçin Oslo şəhərindəki Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən keçirilən “Geniş ata dünyası” beynəlxalq layihəsində iştirak etmək məqsədilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin “Rəsm” studiyasının 18 yaşadək olan üzvləri bu mövzuda rəsm işləri çəkib və əsərlər Norveçə göndərilib. Bu ilin əvvəlində Beynəlxalq Uşaqların Rəsm Muzeyində “Geniş ata dünyası” mövzusunda dünyanın müxtəlif ölkələrinin uşaqları tərəfindən göndərilmiş rəsm əsərlərinin yekun sərgisi keçirilib. Mütəxəssislərin rəyinə əsasən, Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzinin 16 gənc rəssamı sertifikata layiq görülüb.
Gənc rəssamlarımızı təbrik edir və onlardan yeni-yeni uğurlar gözləyirik. 


10 il əvvəl